PDF Oxu

Müxalifət

  • 3 853

Əli Kərimli Sahib Kərimlini AXCP-dən çıxardı

image

Sahib Kərimli: "Əli Kərimli saxtakar və xəyanətkardır"

AXCP sədri postuna keçmiş namizəd, Sahib Kərimli sosial şəbəkədə verdiyi məlumata görə, Əli Kərimli onu partiya sıralarından rəsmən uzaqlaşdırıb. O, bir sıra məsələlərlə yanaşı, ölkə müxalifətinin bugünkü acınacaqlı durumundan da danışıb. Xatırladaq ki, S.Kərimli AXCP-nin son qurultayında sədrliyə namizədliyini irəli sürüb, alternativ namizəd olmuşdu, bu da Ə.Kərimli tərəfindən xoş qəbul olunmayıb. Artıq bu gün Ə.Kərimli S.Kərimlini partiya sıralarından uzaqlaşdırıb. S.Kərimli bununla bağlı sərt fikirlər söyləyib və Ə.Kərimlinin ünvanına ağır ittihamlar səsləndirib: "Dəfələrlə Ə.Kərimlinin təşəbbüsü ilə AXCP rəyasət heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı. İndi məlum olur ki, Şəki şöbəsinin məclisində guya yekdilliklə partiyadan xaric olunmağımla bağlı qərar qəbul edilib. Bütün saxtakarlıqlar bir tərəfə, təkcə onu qeyd edim ki, məclis sədri Elşad Həsənovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur. Ə.Kərimli 2018-ci ilə kimi, ona tanıdığım zaman gözləməyə cəsarət etmədi, ictimai rəyi nəzərə almadan partiya daxilindəki mövcud alternativ fikri saxta və anti-demokratik yolla susdurmaq yolunu tutdu. Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəyəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Ə.Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacağam.

S.Kərimli, həmçinin, bir il öncə AXCP qurultayında Ə.Kərimliyə alternativ olması və son anda geri çəkilməsi ilə bağlı bildirib ki, o vaxt AXCP sədrinə 2018-ci ilə kimi vaxt verilib: "Deyib ki, əgər həmin müddətə qədər hər hansı bir uğur əldə etməsə, sədrlikdən getməlidir. Ona görə də, AXCP rəhbərliyinə qarşı çıxmaq planınız tezləşə bilər. Təbii ki, ölkədə prezident seçkiləri olacaqsa, yeni situasiya yaranacaqsa, qərarımıza yenidən baxmaq zərurətimiz yaranacaq".

Müxalifət düşərgəsində məğlubiyyət xronologiyası

Göründüyü kimi, müxalifət düşərgəsində bir-birlərinin ardınca məğlubiyyət xronologiyası davam edir. Dağıdıcı düşərgədə baş verən prosesler, əksər sıravi müxalifət partiya üzvləri sədrlərinin istefasını belə tələb edirlər. Ən ağır durum isə onunla bağlıdır ki, fəaliyyətsizlik qeyri-səviyəyə malik olan və eləcə də, satqınçılıqla pul qazanan Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-dədir. S.Kərimli AXCP sədrinin yaxın zamanlarda siyasi səhnədən silinəcəyini, artıq silindiyini deyərək, onun "siyasi fəaliyyət" erasının bitdiyini də bildirib: "Beləliklə, Ə.Kərimli öz çirkin əməlləri, ikiüzlülülüyü, satqınçılığı nəticəsində düşdüyü siyasi bataqlıqdan uzaqlaşıb, mühitə uyğunlaşmalıdır. Çünki artıq yeni düşüncəyə, siyasi qabiliyyətə malik insanların və onların rəhbərlik edəcəyi sağlam müxalifətə ehtiyac var. Hazırkı müxalifət partiyalarının və onların başında duran Ə.Kərimli kimi başıboş "bəy"lərin erası çoxdan bitib".

R.HÜSEYNOVA

Digər xəbərlər