PDF Oxu

Müxalifət

  • 3 084

Sarkisyanın Qarabağdakı bəyanatları erməni mətbuatının hədəfində

image

SİYASİ RAKURS

Aram Amatuni: "Sarkisyanın müxalifət üzərində üstünlük əldə etməsi üçün Qarabağda verdiyi bəyanatı nəinki zəif arqumentlərlə diqqət çəkir, həmçinin hakimiyyət daxilindəki "stavkaların" da heç nəyə qadir olmadığını göstərir"

Martın 25-də işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfəri və həmin səfərdə onun tərəfindən səslənən bəyanatlarının ardınca, ölkənin müxalifətyönlü KİV-ləri bu bəyanatları qeyri-ciddi fonda ictimailəşdirməkdə davam edirlər. SİA xəbər verir ki, növbəti bənzər analitik yazı ilə 1in.am saytının analitik yazarı Aram Amatuni çıxış edib. Belə ki, Sarkisyanın bəyanatlarını seçkiöncəsi dividend qazanmaq cəhdi kimi qiymətləndirən şərhçi qeyd edir ki, erməni prezident aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra Qarabağ cəbhəsində vəziyyətin hansı istiqamətdə dəyişəcəyi ətrafında da çıxış edib.

"Serj Sarkisyan digər güclər qarşısında üstünlük əldə etməkdən ötrü təhlükəsizlik mövzusunda oyun oynamağa cəhd edir"

Ermənistan prezidentinin, məhz bu sözləri ətrafında çıxış edən Aram Amatuninin fikrincə, S.Sarkisyanın sözügedən bəyanatı geniş olsa da, hədəf və ünvan tək deyil. SİTAT: "Aydındır ki, S.Sarkisyan digər güclər qarşısında üstünlük əldə etməkdən ötrü təhlükəsizlik mövzusunda oyun oynamağa cəhd edir".

Bir sıra daxili məsələlərə toxunan erməni şərhçi daha bir maraqlı məqama toxunaraq yazır: "Burada əsas məsələ sistemdir. Hazırda Ermənistanda mövcud olan hakimiyyət sistemi xarakter və keyfiyyətinə görə, təhlükəsizliyə cavab vermir, çağırışlara adekvat cavab verə bilmir".

"Sistemi hədəfə alaraq ona çaxılacaq "mıx", ümumiyyətlə görünmür"

"Bu sistemin özü-öz dəyərləri və mədəniyyəti ilə Ermənistana ciddi təhlükə yaradır"-deyə yazan Amatuninin fikrincə, bunu bir çox faktlarla sübuta yetirmək mümkündür: "Bunu Ermənistanda təəssüf doğuran hazırkı makroiqtisadi vəziyyətlə də əlaqələndirmək olar. İndiki zamanda sistemdə transformasiya prosesləri gedir və dəyişikliklər bayrağını da, məhz hakimiyyət qaldırıb: yeni simalar və yeni adlar ortaya çıxır. Lakin bütün bunlara baxmayaraq, sistemi hədəfə alaraq ona çaxılacaq "mıx", ümumiyyətlə görünmür".

Aram Amatuni sistem daxilində müxtəlif düşərgələr arasında qızğın mübarizənin getdiyini də yazaraq, qeyd edir ki, belə bir vəziyyətdə müsbət olmaqla yanaşı, mənfi qiymətləndirmələr də ola bilər. Lakin heç kim keyfiyyətli transformasiyanın şahidinə çevrilmir. "Əgər belə olsaydı, S.Sarkisyan ictimaiyyətə 2018-ci illə bağlı daha dəqiq messiclər göndərə bilərdi. Hansı ki, Sarkisyan bunun yerinə intriqaları daha da artırır və nəyin baş verəcəyi bəlli deyil, o cümlədən, ictimaiyyət 2018-ci ildən sonra nə əldə edəcəyini bilmir"-deyə sözügedən yazıda vurğulanır.

"2018-ci ilin aprelinə qədər nəyinsə dəyişəcəyinə inanmaq mümkün deyil"

Erməni analitik yazının mahiyyətini, məhz şərhin əvvəlindəki Qarabağ məsələsinə gətirərək qeyd edir. SİTAT: "Məhz bu kontekstdə sadə bir sual yaranır: S.Sarkisyan baş nazir Karen Karapetyanı silahlı qüvvələrə hücum əmri vermək ixtiyarına buraxacaqmı? Eləcə də Qarabağ münaqişəsi fonunda danışıqlarda əsas rol Karapetyanın üzərinə düşəcəkmi? Çünki 2018-ci ildən sonra baş nazir, faktiki olaraq dövlətin birinci adamına çevriləcək. Ancaq 2018-ci ilin aprelinə qədər nəyinsə dəyişəcəyinə inanmaq mümkün deyil".

Amatuni yazısının sonunda, xüsusilə, qeyd edir ki, Sarkisyanın müxalifət üzərində üstünlük əldə etməsi üçün Qarabağda verdiyi bəyanatı nəinki zəif arqumentlərlə diqqət çəkir, həmçinin, hakimiyyət daxilindəki "stavkaların" da heç nəyə qadir olmadığını göstərir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər