PDF Oxu

Müxalifət

  • 4 802

Cəbhəçi necə "siyasi mühacir" statusu alıb?

image

KXCP sədri ifşa olunacağından qorxaraq verdiyi saxta sənəddən imtina edir

AXCP, Müsavat, KXCP və digər dağıdıcı müxalifət partiya sədrlərinin "siyasi məhbus" və "siyasi mühacir" biznesi ilə məşğul olduqları heç kimə sirr deyildir. Azərbaycanda oxuyub təhsil almağı, zəhmət çəkməyi, işləməyi özünə ar bilən cəbhəçilər, müsavatçılar bütün yollardan (təbii ki, qanunsuz yollarla) istifadə edərək, "siyasi mühacir" kimi Avropa ölkələrində yaşamağa can atırlar. Təkcə ona görə yox ki, cəbhəçiləri, müsavatçıları Avropada "xoş həyat" gözləyir, həm də bu adamlar Azərbaycan dövlətinə olan düşmən münasibətlərini, milli maraqlarımızın əleyhinə yönəlmiş təbliğatlarını daha geniş miqyasda yaymaq istəyirlər. Bu kimi şəxslər saxta sənədlərlə xarici ölkələrə getməyə müyəssər olsalar da, ancaq orada öz çirkin niyyətlərinə nail ola bilməyiblər. Mətləbə keçək!

Biz zaman-zaman AXCP, Müsavat, KXCP və digər dağıdıcı müxalifət partiya sədrlərinin "siyasi mühacir" biznesi ilə məşğul olması haqqında kifayət qədər tutarlı faktlar dərc etmişik. Bu dəfə Alıyev Gəraşif İbrahim oğluna KXCP tərəfindən verilmiş saxta sənədlər ortaya çıxıb. Bunu KXCP-nin Salyan rayon şöbəsinin sədri Ədalət Yusifov faktları fotolarla təqdim edərək də təsdiqləyir. Ə.Yusifov sənədlərin saxta olduğunu iddia etsə də, bu, heç də inandırıcı deyil, çünki onun imzası ilə bir neçə nəfər bu vaxta qədər xaricə getməyə çalışıblar. Bunun üçün də, şəxsən Ə.Yusifovdan mitinqlərdə təlimatlar alıblar. Ə.Yusifov özü də etiraf edir: "Bu sənədlərə diqqətlə baxın. Aliyev Gərşasif İbrahim oğlunun adına KXCP-nin Salyan rayon şöbəsi adından verilmiş sənədlərdir. KXCP üzvünün vəsiqəsi və AXC-nin 20 illik yubileyi münasibəti ilə mənim imzamla, AXCP Salyan rayon şöbəsinin möhürü ilə təsdiqlənmiş diplom. Bu şəxs hal-hazırda Fransada mühacir həyatı yaşayır. Mənim bu sənəddən xəbərim yoxdur".

Həqiqətən də, bu şəxs hazırda Fransadadır. Lakin Ə.Yusifovun bu boyda saxtakarlığı öz üzərindən atması siyasi həyasılıqdan başqa bir şey deyildir. Lap deyək ki, Ə.Yusifovun imzası saxtadır, bəs KXCP sədri M.Mirəlioğlunun imzası və möhürü o sənədə necə vurulub? Məgər KXCP sədrinin möhürü əllərdə gəzir? Bu, o deməkdir ki, ifşa olunacaqlarından qorxan M.Mirəloğlu Ə.Yusifov vasitəsilə manipulyasiya etməyə çalışır. Lakin fakt ortadadır.

Samir

Digər xəbərlər