PDF Oxu

Müxalifət

  • 3 402

Müxalifət heç vaxt bir araya gələ bilməyəcək

image

Mais Səfərli: "Liderçiklərin səhv siyasətlərinin nəticəsi olaraq, partiyalardan istefalar və qopmalar baş verəcək"

Son günlər dağıdıcı müxalifətin bəzi texnoloqları aprel-may aylarında mitinqlərə başlayacaqları hədəsi ilə çıxış edirlər. Hətta Müsavat başqanı Arif Hacılı iddia edib ki, ümummüxalifətin respublika mitinqi təşkil olunacaq. Sual yaranır: bir-birinə düşmən kəsilən Müsavat - "Milli Şura", Müsavat-AXCP qarşıdurması fonunda Əli Kərimli, Cəmil Həsənli, Sərdar Cəlaloğlu və digərləri, Arif Hacılının bu təklifinə dəstək verə biləcəkləri nə dərəcədə inandırıcıdır?

"Yurddaş" Partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxslərin aksiyalar keçirməklə bağlı bəyanatları reallığı özündə əks etdirmir: "Bu gün müxalifəti təmsil edən həmin şəxslər özlərini elə bir vəziyyətə salıblar ki, onların kütləvi aksiyalar keçirmək gücündə olmalarına şübhə edirəm. Çünki onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da, müxalifət tərəfindən iddia edilən aksiyalarının keçirilməsi mümkün olmayacaqdır".

M.Səfərli onu da bildirdi ki, müxalifət düşərgəsini təmsil edən liderlərin hər hansı bir məsələlərlə bağlı bir araya gəlmələri qeyri-mümkündür: "Çünki onların arasında uzun illərdir ki, davam edən bir çox ciddi ziddiyyətlər var. Müxalifət partiya sədrləri arasında olan bu ziddiyyətlər, hətta böyük dava-dalaşlara səbəb olub. Uzun illərdir ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin ancaq öz aralarında didişməkdən başqa bir fəaliyyətləri yoxdur. Müxalifət təmsilçiləri arasında münasibətlər səməmi olmadığına görə, hər zaman müəyyən siyasi etikadan kənar davranışlara yol verilir. Ona görə də, onlar heç vaxt bir araya gələ bilməyəcəklər. Əksinə, bu liderciklərin səhv siyasətlərinin nəticəsi olaraq, partiyalarında istefalar və qopmalar baş verəcək. Bu baxımdan, bu günlər verilən populist və məntiqsiz bəyanatlar gündəmdə qalmaq üçün verilən boş bəyanatlardan başqa bir şey deyil".

Partiya sədri onu da bildirdi ki, müxalifət düşərgəsini təmsil edən bu qüvvələrin başa düşülməyən bu cür hərəkətlərə əl atmaları Azərbaycanın əldə etdiyi uğurlara paxıllıqla yanaşan qüvvələrin maraqlarına işləmək məqsədi daşıyır: "Müxalifət təmsilçiləri xarici qüvvələrin xoşuna gəlmək üçün hər şeyi edir. Onsuzda bu gün cəmiyyət üçün müxalifət düşərgəsində təmsil olunan qüvvələrin mövcudluğu heç bir önəm daşımır. Eləcədə, müxalifətçilərin mitinqlərini keçirmək istəmələri xalqın gözündən tamamilə düşmələri ilə nəticələnəcəkdir".

GÜLYANƏ

Digər xəbərlər