PDF Oxu

Müxalifət

  • 3 332

Yaz gəlib, yonca da bitib...

image

TƏRS BAXIŞ

"Milli Şura"nın mövsümi mitinq xəstəliyi yenidən oyanıb

Ölü qurum kimi yalnız mövsümi şəkildə gündəmə çıxmağa cəhd edən "Milli Şura"nın yenidən "Məhsul" stadionunda mitinq keçirmək istəyini bəyan etməsi, gözlənildiyi kimi, ictimai rəydə heç bir ajiotaj yaratmadı. Ona görə ki, boğazındakı buxovu AXCP sədri Ə.Kərimlinin əlində olan Cəmil Həsənlinin xalq qarşısında, ümumiyyətlə, heç bir siyasi reputasiyası qalmayıb. Xüsusilə, prezident və parlament seçkiləri ərəfəsində, eləcə də, referendum öncəsi bu faktor kifayət qədər öz təsdiqini tapmışdı.

"Milli Şura"nın cəmiyyətin iradəsinə və seçiminə uyğun gəlməyən mitinqinə sağlam düşüncəli vətəndaşların gedəcəyi qətiyyən ağlabatan görünmür

Ümumiyyətlə, əgər bu gün "Milli Şura" rəhbərliyi istənilən mövzu ətrafında kütləvi tədbir keçirmək istəsə, orada kütləvilik baxımından heç nə görünməyəcək. Yenə də 200-300 nəfərlik qohum-əqrəba və tanışlar. Ona görə də, "Milli Şura"nın cəmiyyətin iradəsinə və seçiminə uyğun gəlməyən mitinqinə sağlam düşüncəli vətəndaşların gedəcəyi qətiyyən ağlabatan görünmür. Danışılan hər bir söz, deyilən hər bir ifadə, ortaya atılan aqressiv iddialar, sadəcə, düşərgədaxili şəxsi dividendlərə hesablanan addımlardır. Yəni fakt da budur ki, növbəti mitinqlərini "sosial məsələlərlə" bağlı keçirəcəklərini (əgər buna nail olsalar-R.N.) iddia edən "Milli Şura"nın "liderləri" hər kəsdən yaxşı anlayırlar ki, bu mitinq də, təbii ki, qurumun əvvəllər keçirdiyi uğursuz mitinqləri kimi, sosial sifarişin nəticəsi deyil. Hətta deyərdik ki, sosial sifarişin əksinə olan mitinqdir! Ona görə də "liderlərin" bu mitinqdə "iştirakçı" qismində yalnız ənənəvi müxalifət partiyalarının köhnə üzvlərinin və qohum-əqrəbalarının yığılmasına ümidləri qalır. O da ki, mitinq keçirməyi bacarsalar. Bir halda ki, adı kütləvi tədbir olan mitinqdə piketçi sayından da az adam toplaşırsa, bunun harasını mitinq kimi qəbul etmək mümkündür?

"Milli Şura" mitinqə adam yığmaq üçün ciddi maliyyə çətinliyi çəkir?

Yeri gəlmişkən, görünür, Əli Kərimli-Cəmil Həsənli cütlüyü son vaxtlar bir az maliyyə çətinliyinə düşüblər və vaxtilə onlara əl tutan bəzi Qərb təşkilatlarından "sosal vəziyyətlərinin ağırlığı" adı ilə nə isə qoparmağa çalışırlar. Ona görə də, mitinqlərinin mövzusunun "sosial tələblər" üzərində quracaqlarını iddia edirlər. Lakin həmin təşkilatlar da, deyəsən, yavaş-yavaş ayılmağa başlayıblar. Onlar da dərk edirlər ki, belə arsız, yararsız və mənəvi dayaqları çürük olan müxalifətlə siyasi əlaqələr qurmaq və sifarişlər həyata keçirmək, ümumiyyətlə, mümkün deyil.

Əldə etdiyimiz dəqiq məlumata görə, "Milli Şura" mitinqə adam yığmaq üçün ciddi maliyyə çətinliyi çəkir. Artıq kimsəyə sirr deyil ki, müxalifətin mitinqləri indiyə qədər adambaşına pulla şirnikləndirmə ilə baş tuturdu ki, indi bu sarıdan da radikallar ciddi qıtlıq çəkirlər. Perspektivsiz olmaları üzündən onların xarici maliyyə kanallarının kəsilməsi mitinqlərin maliyyələşdirilməsini olduqca müşkül işə çevirib. Amma mitinq keçirmək istəyinin mövsümi xarakter alması iddiası, həqiqətən də, öz təsdiqini tapıb. Necə deyərlər, yaz gəlib, yonca da bitib...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər