PDF Oxu

Müxalifət

  • 3 355

Ermənistan vətəndaş müharibəsi astanasında

image

Sarkisyan hakimiyyəti, həm də onun əleyhdarları aprel seçkilərinə "ölüm-qalım" şansı kimi baxır

Ermənistanda keçiriləcək parlament seçkilərinə saylı günlər qalmasına baxmayaraq, ölkədə kifayət qədər gərgin situasiya hökm sürməkdədir. İşğalçı ölkədə, normal cəmiyyətlərdə olduğu kimi, seçki təbliğat-təşviqat kampaniyası deyil, qətl və terrorla hədələmə halları daha çox diqqət çəkir.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın ardınca qondarma "DQR"-in "sabiq müdafiə naziri" Samvel Babayan da Serj Sarkisyanı hədələyərək, insanlara atəş açması ilə bağlı "Haykakan Jamanax" qəzeti vasitəsi ilə ultimatum da göndəriblər: "Hakimiyyətə məsləhət görmürəm ki, bizim alyansa qarşı çıxsın, çünki onlar atəş açmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər bu gün onlar atəş açırsa, sabah digər tərəf də atəş açar və o zaman heç kim onları sağ-salamat tapa bilməyəcək. Əgər sən insanlara atəş açırsansa, vacib deyil kimsən, polissən, yoxsa nəsən və hakimiyyət səni cəzalandırmırsa, o zaman qarşı tərəf də hərəkətə keçməyə məcburdur".

Baş verən olaylar, onu təsdiqləyir ki, hər iki tərəf qarşıdakı seçkilərin nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayır və bu seçkilərin qalibi olan siyasi qüvvə ölkəni idarə edəcək. Çünki 2018-ci ildən Ermənistan parlament üsul-idarəçiliyinə keçir. S.Sarkisyan isə gələn il keçiriləcək prezident seçkilərinə "hazırlıqlı" getmək istəyir. Belə ki, o, baş nazir kreslosuna oturub, bütün səlahiyyətləri əlində cəmləməyə çalışır. Ümumiyyətlə, həm Sarkisyan hakimiyyəti, həm də onun əleyhdarları, xüsusilə də, hakimiyyətin qəzəbinə tuş gələn qüvvələr aprel seçkilərinə "ölüm-qalım" şansı kimi baxır.

Seçki prosesi erməni ordusunu da parçalaya bilər

Ekspertlərin sözlərinə görə, Ermənistanda vəziyyət hər an nəzarətdən çıxa bilər. Çünki Ermənistanda siyasi mədəniyyət yox dərəcəsindədir və qarşıduran düşərgələr bir-birinə qarşı vaxtaşırı silah çəkirlər. Ekspertlər faktlara əsaslanaraq, bildirirlər ki, həm 1999-cu ildə Ermənistan parlamentindəki hadisələr, həm də 2008-ci ildəki prezident seçkiləri zamanı qanlı hadisələr oldu və seçki prosesləri erməni ordusunu da parçalaya bilər.

Seçkiərəfəsi hadisələr, onu deməyə əsas verir ki, bu gün Sarkisyan artıq hakimiyyətdən getməli idi, amma konstitusiya islahatları aparır ki, baş nazr olaraq qalsın. Bunu isə onun əleyhdarları həzm etmək niyyətində deyillər. Deməli, sekiərəfəsi qarşıdurma qaçılmaz olacaq. Bu yerdə Rusiya prezidenti Vladimir Putinin Moskvada səfərdə olan Ermənistan rəhbəri S.Sarkisyana sətiraltı dediklərimi bir daha xatırlatmaq istərdik: "Serj Azatoviç, bilirik ki, bizim görüşümüz Ermənistandakı iri daxili siyasət hadisəsi ərəfəsində keçirilir. Aprelin 2-də parlamentə seçkilər nəzərdə tutulur və bütün bunlar, üstəlik, konstitusiya islahatı ilə bağlıdır. Proses belə görünür ki, sadə deyil, lakin əminəm ki, Ermənistan sizin rəhbərliyiniz altında bu inkişaf mərhələsini də keçəcək".

Mübariz Əhmədoğlu: "Ermənistanda seçkilər silahlı qarşıdurma şəraitində keçəcək

İşğalçı ölkədə keçirilməsi planlaşdırılan parlament seçkilərinin silahlı qarşıdurma şəraitində keçəcəyini deyən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bildirib ki, saylı günlər qalan seçkilər zamanı Ermənistanı çox ağır vəziyyət gözləyir: "Hazırda Ermənistanda seçki ərəfəsində gərginlik getdikcə artır. Ermənistan rəhbərliyi bilir ki, seçkilər silahlı qarşıdurma şəraitində keçəcək. Ona görə də, indidən ehtimal olunan silahlı çıxışlara qarşı əks-addımlar hazırlayır".

M.Əhmədoğlu onu da vurğulayıb ki, çox güman ki, yaxın günlərdə vəziyyətin daha da gərginləşdiyini görəcəyik: "Onsuz da Ermənistanda indi də döyülmə, bıçaqlanma və güllələnmə halları var. Saxtakarlıqlar da göz önündədir. Hakimiyyət resurslarından istifadə olunur. Demək olar ki, əksər xarici müşahidəçilər seçkiyə dəvət olunmayıb. Bu seçkilərin bir fərqli cəhəti var: seçkilərin keçirilməsi üçün Avropa İttifaqı texniki yardım adı ilə yeddi milyon avro vəsait ayırıb. Ermənistan söz vermişdi ki, seçkiyə çoxlu sayda xarici müşahidəçilər dəvət edəcək. İndi isə, bəlli olur ki, ölkə rəhbərliyi yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu dəvət edib. Avropa Şurası, ATƏT-in Parlament Assambleyası və başqa müşahidəçi qurumları dəvət etməyib. Yəni Serj Sarkisyan komandası həm ölkə ictimaiyyətini, həm də beynəlxalq təşkilatları aldadır".

Parlament seçkilərinə kimi Ermənistanın cəbhədəki təxribatları hansı həddə çata bilər?

İşğalçı Ermənistan hər zaman cəbhə xəttində təxribatlar törədir və öz işğalçı siyasətini davam etdirir. Artıq görünən budur ki, Sarkisyan hakimiyyətdə qalmaq üçün yenə də Dağlıq Qarabağ faktorundan istiadə etməyə çalışır. Cəbhə xəttində yeni təxribatların törədilməsinin intensiv hal alması buna əyani sübutdur. Belə bir sual yaranır: parlament seçkilərinə kimi Ermənistanın cəbhədəki təxribatları hansı həddə çata bilər? Ekspertlərin sözlərinə görə, Sarkisyan cəbhədə xırda insidentlər yaradılmasından o tərəfə getməyəcək. Çünki bilir ki, onun reytinqi çox aşağıdır. Alternativ qüvvə olanların əksəriyyəti isə ənənəvi siyasətdən əl çəkilməsini istəyir. Buna görə də, müharibə ritorikasının artırılması çıxış yolu sayılıb. Çünki Sarkisyanın hakimiyyət triumfu da müharibə faktoruna bağlıdır. Amma bir faktı da dərk edir ki, artıq cəbhədə vəziyyət onun manipulyasiya edə biləcəyi həddə deyil. Bu səbəbdən də, xırda atəşkəs pozuntuları ilə kifayətlənəcək. Bir qədər artıq davranış Azərbaycan Ordusunun onlara 2-4 apreli xatırlatması bahasına başa gələ bilər. Beləliklə, 2 aprel seçkiləri Ermənistan üçün tam fəlakətli mərhələ olacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər