PDF Oxu

Müxalifət

  • 3 426

Saxtakar xislətli Xədicə İsmayıl

image

Mövsümi mitinq də "siyasi məhbus" siyahısını ortaya atmaqla Ə.Kərimli C.Həsənlini ofsaytda saxlamaq istəyir

Məlum olduğu kimi, havalar isindikcə dağıdıcı müxalifətin də görünür, qırışı açılır. Müsavat başqanı Arif Hacılının aprel ayından mitinqlərə başlamaq xəbərini eşidən hər şeyə qazanc mənbəyi kimi baxan, Vətən, millət, xalq anlayışını, milli və dövlətçilik maraqlarını çoxdan unudan, Azərbaycana təzyiqlər edilməsi üçün xaricə donos ötürən Xədicə İsmayıl kimi fərdlər yenə də, "siyasi məhbus" siyahısı ilə sezon mitinq də iştirak etməklə, Ə.Kərimli C.Həsənlini ofsaytda saxlamaq istəyir.

Bu yerdə, onu da xatırlatmaq yerinə düşər ki. mənəvi-əxlaqi baxımdan AXCP səlri Ə.Kərimliyə yaxın olduğunu dediyi halda, bu gün onunla bir sırada dayanmadığını söyləyir. Elə buna görə də, X.İsmayıl başçılıq etdiyi dəstə 94 nəfərlik "siyasi məhbus" siyahısı ilə mitinqdə iştirak (Karın könlündəki, əgər buna nail olsalar -R.H.) edəcəyini bildirib.

Davamlı olaraq, Azərbaycan əleyhinə yazıları ilə istər yerli, istərsə də xarici mətbuatda çıxış edən, heç vaxt erməni diasporu ilə sıx əlaqəsini gizlətməyən X.İsmayılın öz çirkin əməllərini, xəyalən təsəvvür etdiyi mitinqdə də göstərmək istəyir. Bu, heç də təəccübli deyil. Çünki erməni lobbisi və ona müttəfiq olan qüvvələrlə daim əməkdaşlıq edərək, milli maraqlarımızı satmış, ölkədə daim təxribat yaratmaq üçün çıxışlar edən bu şeytan xislətindən başqa nə gözləmək olar ki?!

Xədicə İsmayıl: "Bu dəfə butulka yox, qrant yığacam"

Müxalifətin biabırçı mitinqləri maraqlı görüntüləri ilə də yadda qalıb. Hər kəs aksiyaya bir rakursdan baxsa da, satqın xislətli X.İsmayılın gözü yalnız meydandakı boş su qablarını axtarırdı. Ancaq X.İsmayıl deyir ki, bu dəfə butulka yox, qrant yığacaq: "Özü də, ölkəmizdə fəaliyyət göstərən, Azərbaycanda siyasi sabitliyin pozulması üçün qrantlar ayıran səfirliklərin Ə.Kərimliyə ayırdığı qrantları. Bununla da, Ə.Kərimli C.Həsənlini ofsaytda saxlayaraq, ayrılan bütün pulları şəxsən özüm mənimsəmək istəyirəm".

Beləliklə, dağıdıcı müxalifətin nümayəndələri xarici ölkələrin səfirliklərinin ayırdığı maliyyə vəsaitinə sahib çıxmaq üçün mitinq keçirmək yarışına girişiblər. Çünki onları, elə X.İsmayılı da, əslində, düşündürən "siyasi məhbus" problemi deyil, məhz şəxsi maraqlarıdır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər