PDF Oxu

Müxalifət

  • 3 344

Razi Nurullayev AXCP sədri Əli Kərimliyə xəbərdarlıq etdi

image

"Təhqirlərə son qoy, tərəfdarlarına etika və mədəniyyət öyrət!"

2015-ci ilin fevral ayında AXCP-dən istefa verən Razi Nurullayevlə Əli Kərimli arasındakı düşmənçilik münasibətləri bu dəfə yeni məcraya qədəm qoyub. Agentlikdə ittiham etdiyi R.Nurullayevi digər şəxslər kimi sosial şəbəkələrdə təhqir obyektinə çevirən Ə.Krimli "Azadlıq" qəzeti, "Meydan" TV, "Hamam Times" vasitəsilə partiya sədrləri haqqında şantaj xarakterli məlumatlar yaymaqdadır. İki gün öncə isə, sosial şəbəkələrdə "Azadlıq" qəzeti səhifəsində cəbhəçilər tərəfindən R.Nurullayevin ünvanına təhqir dolu fikirlər yer alıb. Hətta R.Nurullayevin bir neçə fotosu montaj olunaraq paylaşılıb. "Azadlıq" qəzeti səhifəsinin ünvanına səslənən iradlara isə admin tərəfindən "maraqlı" reaksiya verilib. Ə.Kərimlinin cılızlığı, bədbəxtliyi bundadır ki, R.Nurullayevi söydürməyi "milli maraq" hesab edir. Bir partiyanın mövqeyi digər partyiya sədrini təhqir etdirməkdən ibarətdirsə, burada hansı siyasi fəaliyyətdən və sivil mübarizədən söhbət gedə bilər? Qısası, sosial şəbəkələrdə "Azadlıq" qəzeti səfihəsinin admini, Ə.Kərimlinin müşaviri İlham Hüseyn etiraf etdi ki, AXCP-nin əsas funksiyası insanları təhqir etdirməkdir.

Alternativ AXCP-nin sədri R.Nurullayevin də Ə.Kərimli və onun tərəfdarlarına verdiyi cavab çox gecikməyib. Belə ki, sosial şəbəkələrdə AXCP sədrinin sifarişi əsasında təhqir olunmasına münasibət bildirən R.Nurullayev bildirib ki, şəxsən Ə.Kərimlinin birbaşa göstərişi ilə qaragüruh dəstə sosial şəbəkələrdə öz əxlaqını nümayiş etdirir: "Biz bilirik ki, bu, sənin siyasətinin əsas ana xəttidir. Hər zaman rəqiblərinə, siyasi oppenentlərinə qarşı mübarizə üsulun şər və böhtan üzərində qurulub. Nəinki rəqiblərinə, hətta səni "siyasi səhnə"yə gətirən, üzdə liderim dediyin Əbülfəz Elçibəyə qarşı da eyni metod və taktikadan istifadə etmisən. Sən AXCP-nin sədri deyil, "Yurd" sədrisən. Etimad qurultayımızdan sonra bizi hədəf seçmisən. Sən və qaragüruhçulardan ibarət dəstə susmaq bilmir. Əsas mübarizə üsulunuz olan söyüş, təhqir, şərləmə və qaralama kampaniyanız davam edir. Biz susduqca, üzərimizə gəldiniz, qaragüruh dəstəsinin tərbiyəsizliklərinin əhatə dairəsi genişləndi. Səndən göstəriş alanlar etiraf edirlər ki, konkret olaraq, göstəriş Əli Kərimlidən gəlib və bunu etməyə məhkumdurlar. Söymək və söyülmək bəlkə də sənin üçün bir reklam, gündəmdə qalmaq vasitəsidir. Bunu hər kəs bilir ki, bir siyasi təşkilat və siyasətçi gündəmdə iki yolla qala bilər: ya siyasi arenada aktiv olmalı, xalqa xidmət edib iş görməlidir, ya da başqalarına qara yaxıb, ləkə vurub, rəqiblərini haqsız olaraq söyüb və eyni zamanda da söyülməlidir".

Samir

Digər xəbərlər