Eks-spikerin özünə oxşar "Meydan" TV-də növbəti sərsəmləmələri
ABŞ-da mühacir ömrü yaşayan Rəsul Quliyev dağıdıcı müxalifət liderlərini sərt tənqid edərək, onları abır-həyaya, düz yola çağırıb. Bildirib ki, müxalif partiya sədrləri, 23 ildir "bəlkə də qaytardılar" röyası ilə yaşayırlar: "Onlar 1993-cu ildən bu günə qədər müxalifətin axırına çıxdılar, indi müxalifət sözü Azərbaycanda söyüş kimi qəbul edilir. Mən bu partiyaların liderlərini abır-həyaya dəvət edirəm və çıxıb getmələri ilə yerlərini gənclərə verməklə xalqa xidmət etməyə çağırıram, ancaq bu, mümkün olmayacaq. Çünki bu insanlar heç vaxt, heç bir işdə işləməyiblər, demoqoqiyadan başqa, əllərindən heç bir şey gəlmir"
"Badbaxt" mühacirin növbəti sərsəmələri
Eks-spiker verdiyi "nəsihətin" bir nəticə vermədiyini gördükdə, indi də özünə oxşar "Meydan" TV-də növbəti sərsəm çıxışlar etməyə başlayıb. Onun sərsəmləməsindən belə çıxır ki, guya 15 mart hadisələri zamanı Rəsul Quliyev ekstremal şəraitdə nə edəcəyini bilmirmiş. Məsələy münasibət bildirən Qarabağ müharibəsi qazisi Xəqani Rzaquliyev bildirib ki, bu adam özündən müştəbeh "badbaxt" mühacirimiz keçmiş döyüşçülər və qəhrəman "OMON"-çular haqqında istehza ilə danışaraq nə etdiyimizi S.Osmanqızından soruşur: "Erməniyə yanacaq satan, Bişkekdə atəşkəsə imza atan, zavallı mühacir, heç olmasa, ABŞ-dakı erməni "axperciklərindən" (dostu İ.Muradyandan da olar) mənfur erməni işğal planı barədə məlumat ala bilərdi".
X.Rzaquliyevin sözlərinə görə, bu düşük, "badbaxt" mühacir hakimiyyətdə təmsil olunduğu gündən bu günədək antierməni bir cümlə belə işlətməyib: "Keçmiş döyüşçüləri və əlilləri aşağılayan fikirləri dəfələrlə etiraz doğurub. R.Quliyev dünya siyasətini hələ də "zavoddan yanacaq oğurlamaqla" eyniləşdirir. Bu "badbaxt" bilmir ki, cənab İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi itirməyən və bir neçə hərbi-strateji məntəqəni azad etməyi bacaran tək Prezidentdir, düşmənə qarşı mövqeyini aşkar ortaya qoyan bir rəhbərdir. "Badbaxt" Rəsul müəllimi, görəsən ermənilərlə nə bağlayır?"
Sərdar Cəlaloğlu: "Rəsul Quliyev, yaxşı olardı ki, öz günahlarından da danışsın"
ADP sədri Sərdar Cəlaloğlu eks-spikerdən hələ çox sərsəmələr eşidəcəklərini bildirib: "R.Quliyevin "badbaxt" adamdır, çünki yetənə yetir, yetməyənə daş atır. Bir ara partiya sədrlərinin istefasını, müxalifətdəkilərin əxlaqsızlıq və cinayətkarlıqlarını deyirdi. Mən başa düşmürəm ki, R.Quliyev uzun müddət Azərbaycandan kənarda yaşamasına baxmayaraq, niyə bu cür hərəkətlərə yol verir. Açığını deyim ki, mən çox təəccüblənirəm".
ADP sədrinin fikrincə, R.Quliyevin müəyyən insanların seçiminə belə hörmətsizlik etməyə, göstəriş verməyə haqqı yoxdur: "Mən bunları anlaya bilmirəm. O öz günahlarından da danışsın. Yoxsa hərəyə bir eyib qoyub, "mən hamıdan düzgünəm" demək olmaz. Ayının bir sözü var, deyir: "Pis uşaqlarla dostluq eləmə". Yaxşı olardı ki, bu məsləhəti R.Quliyev özünə də versin, necə deyərlər, "kor-kora kor deməsə, bağrı çatlar."
Rəfiqə HÜSEYNOVA