PDF Oxu

Müxalifət

  • 4 046

Dağıdıcı müxalifət son günlərini yaşayır

image

Teyyub Qənioğlu: "Müxalifət xarici qüvvələr tərəfindən ayrılan maliyyə yardımlarının azalması problemi ilə üzləşib"

Şahin Camalov: "Müxalifət təmsilçiləri xarici qüvvələrin əlində bir alətə çevrilir"

Vətəndaş cəmiyyətinin nümayəndələrinin siyasi proseslərə bu cür aktiv qoşulmaları düzgün deyil. Çünki vətəndaş cəmiyyətinin nümayəndələrinin işi özlərinə aid məsələlərlə məşğul olmalarıdır. Yəni öz işlərini atıb siyasi proseslərlə məşğul olması heç bir halda yolverilməzdir. Ümumiyyətlə, xaricdə bəzi siyasi qüvvələr var ki, onlar sırf müxalif yönümlü insanlara qrantlar verirlər. Son günlər Xədicə İsmayıl, Leyla Yunus və bu kimi üzdəniraq "hüquq müdafiəçiləri" dağıdıcı müxalifət ünsürlərini tənqid edən açıqlamalarla çıxış edirlər. Bu da, onu təsiq edir ki, dünən bir-birinə dəstək verən bu qüvvələrin bu gün düşmənə çevrilmələrinin kökündə maliyyə məsələləri ətrafı da ciddi ixtilaflarının yaranması dayanır. Söhbət etdiyimiz müsahiblərimiz son günlər müxalifət düşərgəsində dərin ziddiyyətlərin, bir-birinə ünvanlanan ittihamların gərginləşməsinin kökündə önə çıxmaq və bununla da, xarici maliyyə qaynaqlarına sahib olmaq məsələsinin dayandığını bildirdilər.

"Təkamül" Partiyasının sədri Teyyub Qənioğlu:

- "Milli Şura"da təmsil olunan qüvvələrin əksəriyyəti, əgər onlara qüvvə demək olarsa, dağıdıcı və radikal mövqeyindədirlər. X.İsmayıl, L.Yunus kimi şəxslər də hər zaman xaricdə olan qüvvələrin sifarişini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. İndi də xaricdən onlara verilən növbəti tapşırığı yerinə yetirirlər. Ümumiyyətlə, bu şəxslər hansısa bir məsələni gündəmə gətirərək, ondan öz maraqları üçün istifadə etməyə çalışırlar. Yəni bunlar üçün dövlətin və xalqın maraqları arxa plandadır. Bu da heç yaxşı bir əlamət deyil. Müxalifət düşərgəsində təmsil olunan şəxslərin bir-biri ilə düşmən münasibətində olmalarının səbəbi birinin digərinə güzəştə getmək istəməməsidir. Digər tərəfdən isə, müxalifət xarici qüvvələr tərəfindən ayrılan maliyyə yardımlarının azalması problemi ilə üzləşib. Bu baxımdan, müxalifət xaricdən onlara gələn sifarişi kimin daha dəqiq yerinə yetirəcəyi məsələsi üzərində mübarizə aparırlar. Bir sözlə, bunlar arasında xaricdən azalan maliyyə dəstəyini əldə etmək uğurunda mübarizə gedir.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Vətəndaş cəmiyyətinin nümayəndələrinin siyasi proseslərə bu cür aktiv qoşulmaları düzgün hal deyil. Çünki vətəndaş cəmiyyətinin nümayəndələrinin işi özlərinə aid məsələlərlə məşğul olmalıdır. Yəni öz işlərini atıb siyasi proseslərlə məşğul olması heç bir halda yolverilməzdir. Ümumiyyətlə, xaricdə bəzi siyasi qüvvələr var ki, onlar sırf müxalif yönümlü insanlara qrantlar verirlər. Onların da maraqları insanlar arasında narazıçılıq yaratmaqdır. Lakin həmin şəxslərin öz maraqları üst-üstə düşməyəndə isə bir-birlərini sıradan çıxartmaq üçün əllərindən gələni edirlər. Demək olar ki, xaricdə olan həmin qüvvələr bu şəxslərə maliyyə yardımları ayırdıqda onların çaldıqları havada oynamağı təklif edirlər. Belə olan halda da, müxalifət təmsilçiləri xarici qüvvələrin əlində bir alətə çevrilir. Ümumiyyətlə, bu şəxslərin nə etməsindən asılı olmayaraq, onlar heç vaxt ölkəmizin əldə etdiyi uğurlara kölgə sala bilməyəcəkdir.

GÜLYANƏ

Digər xəbərlər