PDF Oxu

Müxalifət

  • 7 126

Dağıdıcı müxalifətin 8 aprel mitinqi nə vəd edir?

image

"Milli Şura"nın budəfəki mitinqi ötən illə müqayisədə daha sönük və biabırçı şəkildə keçiriləcək

"Milli Şura" aprel ayının 8-də mitinq keçirməyi planlaşdırır. Bir neçə ildir ki, fəsildən-fəsilə mitinqlər keçirən dağıdıcı müxalifət primitiv şüarlarla növbəti mitinqə hazırlaşır. Bəs bu günə qədər nə dəyişib? "Milli Şura" 2013-cü ildə də, ötən il də mitinqlər keçirib. Bu ilin aprel ayının 8-də keçiriləcək mitinqlə əvvəlkilərin bir fərqi olacaqmı? Öncə qeyd edək ki, onsuz da bir toy mərasimində iştirak edən qonaqların sayı qədər stadiona adam yığa bilməyən "Milli Şura"nın budəfəki mitinqi ötən illə müqayisədə daha sönük və biabırçı şəkildə keçirəcəyi şübhəsizdir.

2013-cü ildə "Milli Şura"da AXCP ilə bəarbər Müsavat, KXCP və digər partiyalar və siyasi təşkilatlar təmsil olunurdular. Lakin bununla belə, bu qədər partiya 20-ci sahədə yerləşən sürücülk məktəbinin stadionuna cəmi 600-700 adam yığa bilmişdi. Həmin il dağıdıcı müxalifət düşərgəsinin ağır məğlubiyyəti, bütün kartların açılması, xarici xüsusi xidmət orqanlarının maraqlarına xidmət etdiklərinin ayrı-ayrı cəbhəçilər və müsavatçılar tərəfindən etiraf olunması, böyük pullar müqabilində Azərbaycanda anarxiya yaratmaq istəmələri bu qrupların əsl simasını cəmiyyətə nümayiş etdirdi. Daha çox şəxsi ambisiyaların bir yerə topladığı partiyalar seçki məğlubiyyətindən sonra "Milli Şura"nı tərk etdilər, dağıdıcı müxalifət düşərgəsində növbəti, daha dərin böhran yaşandı. Xüsusilə də, heç bir təcrübəsi olmayan, vaxtilə Əli Kərimli ilə tərəfindən satqınlıqda ittiham olunan, 2005-ci ildə bir deputat mandatına görə bütün ətrafını satan Cəmil Həsənlinin "Milli Şura"nın "vahid namizədi" kimi "dəstək"lənməsi maraq doğururdu. Çünki illərdir "ana müxalifət"çilik uğrunda bir-biriləri ilə "döyüş"ən İ.Qəmbər və Ə.Kərimlinin C.Həsənliyə "güzəşt"ə getmələri olduqca maraqlı idi. Bu faktın özü sübut edirdi ki, "Milli Şura" xalqın iradəsi ilə deyil, xarici təxribatçı qrupların tapşırığı ilə yaradılmış bir qurumdur.

2016-cı ilin sentybar rüsvayçılığı təkrar olunacaq

Sonuncu dəfə 2016-cı ilin sentyabr ayında "Milli Şura"nın keçirdiyi sönük mitinq, bunu ardınca isə Müsavat partiyasının "Məshul" stadionunda özünü rüsvay etməsi düz 8 aydır ki, dağıdıcı müxalifət düşərgəsində dərin ümidsizlik və xaos yaşanmasına səbəb oldu. Sentyabr ayının 11-də mini aksiya keçirən "Milli Şura" ayın 18-də mitinq keçirməyi planlaşdıran Müsavata mane olmaq üçün növbəti mitinqini sentyabrın 17-nə təyin etdi. Bununla da, hər iki qurum səbatsızlığı, hər iki şəxsin- Ə.Kərimli və İ.Qəmbərin ağılsızlığı növbəti dəfə təsdini tapdı. Müsavat partiyası ilə "Yeni Müsavat" qəzeti arasında gərginlik yarandı, A.Hacılı aqressiv, yersiz fikirləri ilə bütün müsavatçıları, eləcə də, "Yeni Müsavat" qəzetinin əməkdaşlarını narazı saldı, nəticədə partiyanı tərk etdi. "Yeni Müsavat" qəzetinin bütün əməkdaşları partiyadan istefa verdilər, bir neçə rayon təşkilatları buraxıldı. Həmçinin, AXCP-dəki böhran daha da dərinləşdi, partiyada kütləvi istefalar başladı. AXCP-nin bir neçə rayon təşkilatı tam şəkildə buraxıldı, onlarla cəbhəçi Ə.Kərimlinin yarıtmaz hərəkətlərinə etiraz edərək, siyasi mövqelərini dəyişdilər. Eyni zamanda, "siyasi mühacir" biznesinə başı qarışan Ə.Kərimlinin yaxınlarının xaricdə ermənipərəst qüvvələrə casusluq etdiyi də aşkarlandı. Əvvəllər AXCP-nin üzvü olan müsavatçı Şahin Mirzəyev Ermənistandan "sığınacaq" istədi və bununla da, təmsil etdiyi partiyanın əsl məqsədinə bir daha aydınlıq gətirmiş oldu. F.Qəhrəmanlı dövlət əleyhinə çağırışlar edərək, insanları terrora və dağdıcılığa səslədi. Fiaskoya uğrayan Ə.Kərimli öz gücsüzlüyün ört-basdır etmək üçün ölkəmizdə xaos və anarxiya yaratmağa çalışan silahlı "dini" qruplaşmaları müdafiə etdi. 2015-ci ildə isə "Milli Şura"nın mitinqində "İŞİD"in bayraqları qaldırılmışdı.

Hansı müsavatçı "Milli Şura"nın mitinqinə getsə, dərhal partiyadan qovulacaq

Aprelin 8-də "Milli Şura" yenidən mitinq keçirməklə bu məqsədlə pul aldıqları xarici havadarlarının xoşuna gəlməyə çalışacaqlar. Eyni zamanda, bundan sonra Ə.Kərimlinin "siyasi mühacir" biznesi yenidən təşəkkül tapacaq. Xeyli sayda cəbhəçi mitinqdə bir-iki foto çəkdirəcək, təzyiqlərə məruz qaldıqlarını bildirəcəklər, daha sonra saxta profillər vasitəsilə manipulyasiya edərək, Avropa ölkələrinə getməyə cəhd edəcəklər. Ortada qazanan yenə Ə.Kərimli olacaq. Artıq bu, özünü göstərməkdədir. Belə ki, Müsavat başqanının müavini Tofiq Yaqublunun "Milli Şura"nın mitinqində iştirak edəcəyi ilə bağlı mövqeyi yeni qalmaqallar yaradıb. Bütün müsavatçılara göstəriş verilib ki, T.Yaqublunun etdiyi bu hərələt ədəbsizlikdir və hansı müsavatçı "Milli Şura"nın mitinqində getsə, dərhal partiyadan qovulacaq.

Samir

Digər xəbərlər