PDF Oxu

Müxalifət

  • 3 658

"Freedom House" haqqında düşünərkən, yalnız bir atalar sözünü xatırlamaq kifayət edər

image

SİYASİ RAKURS

Yaxud Qarabağı "qismən azad ölkə" kimi tanıyan saxtakar qurumun qondarma fikirləri demokratik inkişafımıza heç bir təsir göstərə bilməz!

"Freedom House" təşkilatı növbəti qərəzi hesabatını yayıb. Belə ki, "Keçid ölkələr-2017" adlı dırnaqrarası hesabatda növbəti dəfə ölkələr qruplara bölünüb və gözlənildiyi kimi, Azərbaycana qarşı xüsusi "münasibət" sərgilənib. Məsələ ondadır ki, vaxtilə digər bənzər hesabatlarında da ölkəmizə qarşı aşkar siyasi həyasızlıq nümayiş etdirən bu təşkilat Azərbaycanda mövcud olan azad medianı, real demokratik idarəçiliyi, problemsiz şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyətini hədəfə alıb. Eləcə də, rüşvət və korrupsiya halları ilə seçkilərdə səslər alındığı bir ölkəni - təcavüzkar və işğalçı Ermənistanı az qala "ideal demokratik ölkə" qismində təqdim edib.

Bu, bir sərsəmlik idi!

Əslində, "Freedom House"nin hər il sərgilədiyi bənzər və dəyişilməz oyunbazlığı kimsədə təəccüb doğurmamalıdır. Çünki dırnaqarası demokratiya axtarışına çıxan bu qurumun, bilavasitə erməni lobbisindən maliyyə qaynağı kimi istifadə etməsi haqqında kifayət qədər faktlar və dəlillər mövcuddur. Məsələn, elə də uzağa getməyərək, "Freedom House"nin 4 il öncə, daha dəqiq desək, 2013-cü ildə yaydığı "Dünyada Azadlıq" adlı hesabatını xatırlayaq. Məsələ ondadır ki, bu dırnaqrarası demokratik qurum həmin vaxt Azərbaycanı "azad olmayan" ölkələr kateqoriyasına aid etmişdi. Ancaq bu ədalətsizlik sonradan növbəti və daha ölçüyəgəlməz həyasızlıqla müşahidə olunmuşdu. Belə ki, həmin hesabatda adıçəkilən təşkilat erməni separatçılarının əlində olan və bütün dünyanın işğal altında olduğunu təsdiq etdiyi Dağlıq Qarabağı Azərbaycandan fərqli olaraq (?!) "qismən azad" ölkələrin siyahısına əlavə etmişdi. Yəni tamamilə təcavüzkar, işğalçı və hərbi xuntanın əlində olan bir ərazi "qismən azad" hesab olunub, Azərbaycan isə "azad olmayan". Digər tərəfdən, bu qondarma qurum Dağlıq Qarabağdakı separatçı rejimin "qismən azad ölkələr" kateqoriyasına daxil edilməsini bu ərazidə "ədalətli prezident seçkiləri keçirilməsi" ilə "əsaslandırmışdı" ki, məhz bundan sonra "Freedom House"nin simasızlığı tam şəkildə aydın olmuşdu - bu, bir sərsəmlik idi!

Bu faktın özü nəyin-nə olduğunu demirmi?

Beləliklə, bu Qərb təşkilatının, bilavasitə bir siyasi oyuncaq olması bu dəfə də öz təsdiqini tapmış oldu. Ermənistandakı qaniçən rejimin keçirdiyi saxta parlament seçkilərinin xalqa vurduğu növbəti zərbəsi soyumamış, "Freedom House" bu ölkəyə verdiyi balı bacardığı qədər Azərbaycandan yüksək verib. Sizcə, bu faktın özü nəyin-nə olduğunu demirmi?

Baxın, bir tərəfdən işğalçı ölkə kimi tanınan Ermənistanda baş verən siyasi hadisələr həmin təşkilatın gözünə ancaq yaxşı qiyafədə görünür, erməni lobbisindən rüşvət alaraq, hesabatı hazırlayan qərbli "demokratlar" təcavüzkar ölkədə total saxtakarlıqla keçirilmiş son parlament seçkilərini "rəqabətli seçkilər" kimi qələmə verir və həyasızcasına bu seçkilərin nəticələrini tanıdıqlarını bildirir. Bununla da, biz "Freedom House"nin nə dərəcədə "obyektiv" olduğunu bir daha görmüş oluruq.

Azərbaycanla bağlı konkret sifarişlər və ya"it hürər, karvan keçər"!

Söz yox ki, yuxarıda da qeyd edildiyi kimi, "Freedom House"un fəaliyyəti, onun hesabatları bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən, Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Adi bir faktı bir daha diqqətdən keçirək. Məsələn, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, mənşəyi bilinməyən müxtəlif fondlar və lobbilər tərəfindən maliyyələşdirilən bu təşkilatın bir sıra ölkələrdə, məsələn, Latın Amerikası dövlətlərində çıxardığı oyunlar sayəsində qazandığı çirkin reputasiya "Freedom House"un nəyə xidmət etdiyini açıq göstərir. Məhz bu faktın özünü diqqətə alarsaq, onu beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın yanlış olduğunu deyə bilərik. Çünki bu təşikilat, bilavasitə insan haqlarına hörmətsizlik edir, hətta bu haqlara tüpürür! Ən azından, bir milyondan çox doğma yurd-yuvalarından, isti ocaqlarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın haqlarını təhqir edir...

Biz, hələ BMT-ni, digər mötəbər beynəlxalq qurumların Qarabağ məsələsində çıxardıqları qətnamələri demirik...

Azərbaycanda media, vətəndaş cəmiyyəti, demokratik idarəçilik faktoruna gəlincə, "Freedom House"nin hər hansı qondarma hesabat yayması, heç bir halda ölkəmizdəki demokratik inkişafa təsirini göstərə bilməz. Bu səbəbdən, qənaətə gəlmək olar ki, belə qurumlar haqqında yalnız bir atalar misalını xatırlamaq kifayət edir - "İt hürər, karvan keçər"!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər