Niyaməddin Orduxanlı: "Erməni diasporasından və siyasi məhbus məsələsində aldığı vəsait hesabına Əli Kərimli yaxşı pul qazanır "
Məlum olduğu kimi, yazqabağı dağıdıcı müxalif partiaya sədrləri yenidən həvəsə düşərək, aksiyalar keçirmək niyyətində olduqlarını bəyan edirlər. Daha doğrusu, artıq "Milli Şura" deyilən qondarma qurum aprelin 8-də mitinq kenirəcəklərini bəyan ediblər. Hətta ənənəvi ampluasından çıxış edən AXCP sədri Əli Kərimli mitinqin iştirakçılarının sayının on minlərlə olacağı barədə başından böyük açıqlamalarla çıxış edib. Söhbət etdiyimiz müsahibimiz BAXCP sədri Niyaməddin Orduxanlı isə Ə.Kərimlini danışdıran xarici maraqlı qüvvələr olduğunu bildirdi: "Dağıdıcı müxalifət düşərgəsini təmsil edən şəxslərin keçirdikləri mitinqə Azərbaycan xalqı heç bir dəstək verməyib. Dağıdıcı müxalifətin, xüsusilə də, Ə.Kərimlinin keçirdiyi aksiya heç vaxt ciddi dəstək qazanmayıb. Bu da, ondan irəli gəlir ki, Azərbaycan xalqı radikal siyasət aparan şəxslərin arxasınca getmir və onları dəstəkləmir. Ümumiyyətlə, Ə.Kərimlinin yenidən mitinq çağırışı etməsi sırf ona hesablanıb ki, bu şəxs, əsasən, siyasi mühacir alveri ilə məşğuldur. Bir sözlə, Ə.Kərimli bu gün özünün yeni bir bazarını açmaq niyyətindədir. O bazar nədən ibarətdir? Bildiyiniz kimi, indiyədək Ə.Kərimlinin ən yaxın qohumları birbaşa Avropaya mühacir kimi gedirlər. Guya bunun yaxın çevrəsində olan şəxslər ölkədə problemlə üzləşirlər və bunu əsas tutaraq, Ə.Kərimli ən yaxın şəxsləri Avropaya, Almaniyaya, Fransaya və Hollandiyaya göndərərək, orda yaşadır. Həmin statusla orda onlar böyük bir mülk və ev sahibi olurlar. Avropada yaşamağın yeganə yolu bundan keçir. Bu da dəfələrlə sübut olunub".
N.Orduxanlının sözlərinə görə, Hollandiyada yaşayan Ə.Kərimlinin nümayəndəsi Fikrət Hüseynli "Azadlıq" qəzetinin keçmiş əməkdaşı olub və indi də Qənimət Zahidlə birgə işləyir: "Bir mühacir statusu qazanmaq üçün Ə. Kərimlinin partiyasından 2500 dollara arayış alıb. Ona görə də, Ə. Kərimli bir partiya sədri kimi partiya arayışlarını satmaqla məşğuldur. Xalq şairi Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev Almaniyada belə bir adamın aldandığını sosial şəbəkədə yaymışdır. Yəni o, yaxınlaşıb Ə.Əliyevə ki, mən iki ildir burdayam və partiya sədri Ə. Kərimlinin arayışını almışam. O da, həmin şəxsə sual verib ki, Ə. Kərimli hansı partiyanın sədridir həmin şəxs isə, o partiyanın adını belə deyə bilməyib. Bir sözlə, həmin şəxs özü də etiraf edib ki, mən o arayışı pulla və müxtəlif yollarla almışam ki, gəlib Almaniyada siyasi sığınacaq ala bilim. Bir daha, qeyd etmək istəyirəm ki, bu, birbaşa biznes xarakteri daşıyır".
"Əli Kərimli aksiyalara Müsavatın və digər partiyaların da qoşulmasının vacibliyini söyləyib. Sizcə, bir-birinə düşmən kəsilən bu qüvvələrin eyni ideya ətrafında birləşməsi nə dərəcədə mümkündür" sualını cavablandıran N.Orduxanlı, onu da qeyd etdi ki, AXCP və Müsavat partiyaları bir-birlərinə nifrət edən təşkilatlardır: "Heç vaxt AXCP və Müsavat partiyalarının sədrlərinin bir araya gələrək, bir masa arxasında səmimi söhbət etməyiblər. Yalnız beynəlxalq təşkilatların dəstəyi ilə müəyyən seçki dövründə bir aylıq fəaliyyətləri olub və ondan sonra da uzun illərdir bir-birini təhqir etməkdən və biri digərini sıradan çıxartmaq üçün əllərindən gələni edirlər. Yəni onların səmimiyyəti yoxdur. Çünki bunlar birgə fəaliyyət göstərə bilmirlər. Demək olar ki, Ə. Kərimli ümumi görüntü naminə belə bir fikir işlədib".
"Ümumiyyətlə, demək olarmı ki, müxalifətin mövcudluğu ancaq sosial şəbəkələrdə və onların təsiri altında olan mətbu orqanlarda görünür" sualını cavablandıran N.Orduxanlı bildirdi ki, konkret olaraq, bu gün Ə. Kərimlinin siyasi fəaliyyəti yalnız sosial şəbəkədən ibarətdir. Özünün yaratdığı və ətrafında olan 5-10 nəfər saxta profillərindən insanların təhqir etməsi, aşağlanması adi hala çevrilib. Bir sözlə, necə ki, öz partiya sədri Əbülfəz Elçibəyə xəyanət etməklə, Azərbaycan siyasətinə xəyanəti Ə.Kərimli gətirmişdir, eləcə də, sosial şəbəkəyə saxtakarlığı və saxta profillər açmağı və onları idarə etməyi də Ə.Kərimli gətirib. Demək olar ki, bununla bağlı kifayət qədər faktlar var. Yəni Ə.Kərimlinin yanından ayrılmış, istefa vermiş və oradan uzaqlaşmış şəxslər sonradan mətbuata açıqlamalar verərək, bildiriblər ki, bəli, Ə.Kərimli hər bir partiya mənsubiyyətinin hər birinə 10 dənə saxta profil yaradıb, idarə tapşırığını verib. Bir sözlə, hər birinə özü nəzarət edir. Demək olar ki, beynəlxalq təşkilatlardan mitinq keçirmək adı ilə maliyyə vəsaiti qopara bilsin. Yəni Ə.Kərimli sırf özünün biznesini yaradır. 20 ildən artıqdır ki, Ə.Kərimli işləmir. Ancaq oğlu Türkel Kərimlinin İngiltərədə 5 ildir ki, ali təhsil alır. Bütün dünya bunu bilir ki, İngiltərədə təhsil çox yüksək səviyyədədir. Onun təhsil haqqı 120 min avro dəyərindədir. Yəni 200 min dollardan yuxarı illik təhsildir. Yəni burada söhbət ondan gedir ki, Ə.Kərimli 200 min dolları hardan alır oğlunun təhsilinə verilməsinə? Bu da, onu göstərir ki, Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurmaq üçün erməni diasporası ilə əməkdaşlığı nəticəsində vəsaiti alır. Bir sözlə, erməni diasporasından və siyasi məhbus məsələsində aldığı vəsait hesabına Ə.Kərimli yaxşı pul qazanır".
GÜLYANƏ