PDF Oxu

Müxalifət

  • 3 270

"REAL" və AXCP arasında nə baş verir?

image

"Əli Kərimli Azər Qasımovun vasitəsilə təşkilatı parçalamaq istəyir"

"Milli Şura" ilə "REAL" arasında uzun müddətdir davam edən düşmənçilik münasibətlərinin yeni detalları bəlli olub. Hər iki qurum arasında sosial şəbəkələrdə yaşanan gərginlik və qarşılıqlı ittihamlar səngimək bilmir. AXCP üzvlərinin sosial şəbəkələrdə İlqar Məmmədovun, Natiq Cəfərlinin ünvanına təhqir dolu fikirlər yazması vəziyyəti daha da qəlizləşdirib. Hətta bununla bağlı, bir müddət öncə, "REAL"ın icraçı katibi N.Cəfərli demişdi ki, cəbhəçilərin aqressiyasının səbəbi bəlli deyil: "Milli Şura" ictimaiyyətə açıqlasın ki, onların istədikləri və ya problemləri nədir? Bizim "Milli Şura" adlı problemimiz yoxdur və bu qurumu lazımlı hesab etmədiyimizə görə, cavab da vermək istəmirik. Biz heç vaxt "Milli Şura"nın keçirəcəyi mitinqlərdə də iştirak etməyəcəyik. Belə bir niyyətimiz də yoxdur".

"REAL"la "Milli Şura" arasındakı düşmənçiliyin həm də daha ciddi səbəbləri var imiş. Əldə etdiyimiz informasiyalarda bildirilir ki, Ə.Kərimli "REAL"dakı "adamı" Azər Qasımov vasitəsilə təşkilatı parçalamaq, onu İlqar Məmmədovun və digər "sözə qulaq asmayan" şəxlsərin nəzarətindən çıxartmaq istəyir. Bu gərginliklə bağlı N.Cəfərli dəfələrlə açıqlamalar versə də, dava-dalaş səngimək bilmir. Qısası, hər kəslə, bütün müxalifət qurumları ilə əsl düşmənçilik münasibəti yaradan Ə.Kərimlinin belə bir şəraitdə mitinqə getməyi rüsvaçılıqla sonunclanacaq. Heç bir siyasi təşkilat bu adamı və təmsil etdiyi qurumu dəstəkləmir. Şər-böhtan, təhqir maşınına çevrilən AXCP və "Milli Şura"nı kim dəstəkləyər ki!? Belə bir şəraitdə mitinqə gedən və ölkədə "ana müxalifət" olduğunu göstərmək üçün onun dediklərini yerinə yetirməyən, yersiz, məntiqsiz tələblərinə boyun əyməyən hər kəsə şər atan Ə.Kərimlinin rəhbəri olduğu partiya da, "Milli Şura" da iflasın astanasındadır. Aprelın 8-də keçirəcəkləri mitinq isə, bu iflası daha da sürətləndirəcək. Ölkəmizi terror meydanına çevirmək istəyən Ə.Kərimlinin bədxah niyyətləri heç vaxt baş tutmayacaq. Çünki xalqımız bu adama, onun "mənəvi atalarına" vaxtilə dirsək göstərib. Xalqdan heç bir halda dəstək ala bilməyən Ə.Kərimlini də qıcıqlandıran odur ki, heç kim onun yanında deyil. Necə deyərlər, xalq şərin, böhtanın yanında deyil, inkişafın, tərəqqqinin və saflığın yanındadır. Heç şübhəsiz ki, sosial şəbəkələrdə mənasız çağırışlar etməklə insanlarda dərin ikrah hissi yaradan Ə.Kərimli aprelın 8-də çıxılmaz duruma düşəcək. Çünki əvvəl "dindar"lardan istifadə etməyə çalışan Ə.Kərimlinin yanında partiyanın barmaqla sayılacaq qədər üzvlərindən başqa kimsə qalmayıb.

Samir

Digər xəbərlər