PDF Oxu

Müxalifət

  • 4 085

Xədicə İsmayılla "Milli Şura" arasında gərginlik yaranır!

image

"Milli Şura"nın üzvü, Hollandiyada yaşayan Ataxan Əbilov erməni saytına müsahibə verərək Azərbaycan dövləti və ordusu əleyhinə qərəzli fikirlər səsləndirmişdi

"Milli Şura"nın daxilində qarşıdakı mitinqlə bağlı gərginlik yaranıb, yeni narazılıqlar meydana çıxıb. Belə ki, əvvəllər "Milli Şura"nın keçirdiyi mitinqlərin əsas təbliğatçılarından biri kimi özünü göstərməyə çalışan Xədicə İsmayılla bu qurumun rəhbərliyi arasında gərginlik yaşanıb. 2016-cı ilin sentyabr ayında "Milli Şura"nın keçirdiyi mitinqlərdə radikal dini çağırışlar səsləndi, Əli Kərimli və Cəmil Həsənli siyasi təşkilatların rəhbərləri kimi deyil, tribunada dini şüarlarla çıxış etdilər. Elə mitinqdə iştirak edən 200-300 nəfərin də böyük hissəsinin "dindar" olması diqqət çəkirdi. Məsələ bundadır ki, "dindar"ların nümayəndəsinə tribunada çıxış üçün söz verən Ə.Kərimli X.İsmayılı çıxışdan məhrum etmişdi. Hazırda "Milli Şura" ilə X.İsmayıl arasında yaşanan gərginliyin əsas səbəbi tribunada kimlərin çıxış edəcəyi və dindarların mitinqdə hansı "rol"a sahib olacağı ilə bağlıdır. X.İsmayıl bu aksiyada dindarların arxa planda qalmasını tələb edib və şərt qoyub ki, tribunada ilk olaraq, o çıxış etməlidir. Yadınızdadırsa, "Milli Şura"nın sonuncu mitinqi haqqında təkcə yerli mətbuat deyil, xarici mətbuat da yazmışdı. Xarici mətbuat "Milli Şura"nın mitinqini siyasi deyil, nə istədiyini bilməyən "dindar"ların aksiyası kimi dəyərləndirmişdi.

X.İsmayılla "Milli Şura" rəhbərliyi arasında gərginliyin yaranmasının digər səbəbləri də vardır. X.İsmayıl Ə.Kərimlinin qarşısında xeyli sayda şərtlər qoyub. Bu şərtlərin bir qismi qəbul olunmasa da, Ə.Kərimlinin qəbul etdiyi şərtlər də var. Məsələn, Ə.Kərimli X.İsmayılın tələbində adı hallanan Eldəniz Quliyevin adını mitinqin keçiriləcəyi ilə bağlı hazırlanan məktublardan çıxardıb. Görünən budur ki, X.İsmayıldan ehtiyat edən Ə.Kərimli, faktiki olaraq, neçə illik dostunu-E.Quliyevi onun kaprizinə və şəxsi maraqlarına qurban verib.

Hazırda "Milli Şura" müxtəlif ölkələrin kəşfiyyatlarının maraqlarını təmsil edən şəxslər və icmalarla zəngindir. "Milli Şura"da təmsil olunan "milli" satqınlar, separatçılar vasitəsilə Ermənistan kəşfiyyatı da bu qurumun qərar və fəaliyyətlərinə təsir edə bilir. Təsadüfi deyil ki, Ermənistan xüsusi xidmət orqanları vasitəsilə idarə olunan və bilavasitə, düşmən ölkəyə işlədiyi sirr olmayan, "talış separatçıları" adlandırılan simalar da "Milli Şura"da təmsil olunurlar. Onlardan biri də Azərbaycan dövlətinə düşmən mövqeyi ilə fərqlənən, Ə.Kərimlinin yaxın dostu Ataxan Əbilovdur. Ermənilərə satılmış Ələkrəm Hümmətovla, Fəxrəddin Abbaszadə ilə yaxın münasibətlərdə olan A.Əbilov hazırda onunla eyni ölkədə- Hollandiyada yaşayır, eyni zamanda, "Milli Şura"nın Avropadakı təmsilçi və uzantıları ilə də sıx işbirliyi içindədir. Ötən ilin aprel döyüşləri zamanı erməni saytı olan voskanapat.info-ya açıqlama verən A.Əbilov Azərbaycan dövləti və ordusu əleyhinə qərəzli fikirlər səsləndirmişdi. Avropada yaşayan və Ə.Kərimli ilə sıx əlaqələri olan Ələkrəm Hümmətovun oğlu Romal Hümbətovla biznes əlaqələrinə sahibdir. "Milli Şura"nın faktiki rəhbəri olan (C.Həsəli, sadəcə, fiqurdur) Ə.Kərimliyə böyük maliyyə yardımları edir.

Samir

Digər xəbərlər