Rufiz Qonaqov: "QHT-lərin siyasi proseslərə qoşulması qanunla qadağandır"
Müsahibimiz Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqovdur
- Rufiz müəllim, bəzi "hüquq müdafiəçisi" adı ilə çıxış edənlər dağıdıcı müxalifətlə eyni mövqe nümayiş etdirməkdədirlər. Sizcə, QHT-lərin siyasi proseslərə qatılmaları nə dərəcədə düzgündür?
- QHT-lərin siyasi proseslərə qoşulmaları qanunla qadağandır. Yəni QHT-lər ictimai birliklər haqqında qanuna görə, siyasi proseslərə qoşula bilməz. Hər hansı siyasi proseslərdə tərəf tutmaq mövqeyi nümayiş etdirilə bilməz. Qeyri-hökumət təşkilatları yalnız tərəfsiz, vətəndaş cəmiyyətini təmsil edən və onların fikirlərini ifadə edən birliklər, qurumlardır, yəni vətəndaş cəmiyyətinin əsas aparıcı institutlarıdır. Bu baxımdan, əgər belə hallar yenidən təkrar olunarsa və bu cür hallara rast gəlinərsə, bu, qanuna ziddir. Bir sözlə, bəzi QHT-lərin müəyyən siyasi proseslərə qatılmaları bizdə təəssüf doğurur.
- Xədicə İsmayıl və Leyla Yunus kimilərin hədələyici bəyanatlarla çıxış etmələrinin arxasında hansısa xarici fondların dayandıqlarını demək olarmı?
- Zaman-zaman bu cür hallar mövcud olub və bu gün də baş verərsə, hüquq-mühafizə orqanları və müvafiq dövlət strukturları məsələləri araşdıraraq, onlara xəbərdarlıq edilməlidir. Əgər bu xəbərdarlıqlardan bir nəticə çıxarmazlarsa, onda onlar qanunla cəzlandırılmalıdırlar. Qanuna görə, qeyri-hökumət təşkilatı hər hansı bir tərəfdən çıxış etməsi və ya siyasi proseslərdə iştirak etməsi yolveriməzdir. Həm də, onların hər hansı bir sifarişi yerinə yetirməsi nəyinki qanunla qadağandır, o cümlədən, həmin qeyri-hökumət təşkilatının, rəhbərinin və üzvlərinin azərbaycanlı olmaları real şübhələr doğura bilər.
- Sizcə, siyasiləşmiş QHT nümayəndələrinin Azərbaycanının milli və dövlətçilik maraqlarına qarşı çıxaraq, dağıdıcı müxalifətlə iş birliyinə getmələri hansı maraqlardan irəli gəlir?
- Faktlar sübut edir ki, pozuculuq aktları törətməyə hər fürsətdə məqam axtaran dağıdıcı müxalifətlə əməkdaşlıq əlaqələri quranlar daha çox L.Yunus, X.İsmayıl və bu kimi digər xaricdən maliyyələşən şəxslərdir. Hansı ki, onlar bununla müstəqil hüquq müdafiəçisi olmaq prinsipinə xəyanət etçiş olurlar. Düşünürəm ki, bu cür sifarişli mövqe tutan QHT-lər və onların təmsilçiləri əməllədindən əl çəkməlidirlər. Əks-təqdirdə, bu, onlar üçün heç də yaxşı olmayacaq. Çünki, acı nəticələr olub. Vaxtilə xaricdən maliyyələşərək erməni diasporasının sifarişlərini yerinə yetirən, Azərbaycanı gözü götürməyən və ölkəmizə qarışı qərəzli mövqeydə duran qüvvələrin, təşkilatların sifarişini yerinə yetirən, vətən xaini olan QHT-lər olub və onlar layiq olduqları cəzalarını alıblar. Bu baxımdan, onlarda eyni aqibətlə üzləşə bilərlər. Ümumiyyətlə, xaricidə olan bəzi siyasi qüvvələr var ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaqdan ötrü, məhz yunuslardan, kərimlillərdən, hacılılardan, ismayıllardan istifadə edirlər. Belələri vaxtaşırı ifşa olunduqlarından, cəmiyyət onları lazımsız toplum hesab edir.
GÜLYANƏ