PDF Oxu

Müxalifət

  • 3 423

Eyni ssenarinin 25 illik oyunçuları

image

Eldəniz Quliyev: " REAL"ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər"

"Milli Şura"nın aprelin 8-də keçirdiyi mitinqin uğursuzluğu dağıdıcı müxalifət düşərgəsində də etiraf olunmaqdadır. Əli Kərimlinin pafoslu, yağlı vədlərinin puça çıxması, bir daha sübut elədi ki, bu adamlar illərdir eyni ssenari ilə özlərini və ətrafındakıları aldatmaqla məşğuldurlar. Heç şübhəsiz ki, bu mitinqdən sonra Ə.Kərimlinin uğursuz "taktika"larının, daha çox daxili intriqalarla gündəmə gəlməyə çalışmasının, ermənipərəst mövqeyinin, anti-Azərbaycan ruhlu çıxışlarının ən xırda detalları da açıldı. Ən yaxın adamları da Ə.Kərimlini sərt şəkildə tənqid edərək, onun yersiz çağırışlarını və fikirlərini tənqid etdilər. Yüz minlərlə insanın "Məhsul" stadionuna yığışacağını vəd edən Ə.Kərimli başa düşə bilmir ki, bu stadion cəmi 20-25 min adam tutur! Yaxşı, bu, bir tərəfə qalsın, axı "Məhsul"un heç 20-25%-ni də doldura bilmədiniz. Saat 15:00-də başlamalı olan mitinqə Ə.Kərimli və C.Həsənlinin mühafizəçilərin qolları arasında saat 15:30-da gəlmələrinin anlamı nə idi? Çünki utanırdı, maşında oturub gözləyirdi ki, bəlkə bir az çox adam gələ. Ancaq bu da olmadı və AXCP sədri öz xislətinə sadiq qalıb tribanaya çıxdı. Ə.Kərimlinin uğursuz mitinqi, verdiyi vədin puça çıxması, insanları müxtəlif vədlərlə aldatması elə müxalifət düşərgəsində də geniş etiraza səbəb olub. 8 aprel mitinqi, bir daha göstərdi ki, müxalifət partiyaları siyasi iradədən tamamilə məhrumdurlar, onlar sivil təşkilat kimi fəaliyyət göstərməyi deyil, daxili intriqalarla "gündəm" yaratmağı məqsəd seçiblər. Təsadüfi deyil ki, "Milli Şura"nın bu mitinqindən sonra Müsavatla AXCP arasındakı düşmənçilik daha da dərinləşdi, eləcə də, "REAL" üzvləri sosial şəbəkələr vasitəsilə AXCP sədrinin riyakarlığını ifşa etdilər. Səbəb də çox sadədir. Çünki Ə.Kərimli və AXCP üzvləri mitinqdə iştirak etməyənləri təhqir edirlər. Hətta Eldəniz Quliyev də mitinqdə iştirak etmədiyinə görə, insanları təhqir olundu.

Aslan İsmayılov: " Siz mənə deyin, hansı müxalifət liderinin yanında parlaq bir sima var?"

Aslan İsmayılov "Milli Şura"nın 8 aprel mitinqi və dağıdıcı müxalifət düşərgəsində təmsil olunan insanların bir-birilərini təhqir etməsinə münasibət bildirib. O yazır: "Mitinqdən sonra Musavat və AXCP üzvlərinin bir-birilərinə qarşı yönəldilmiş yazıları isə ikrah hissi doğururdu. Guya məqsədləri eyni olanlar bir- birilərinin uğursuzluqlarını toy-bayram kimi qeyd edirdilər. Özünə hörmət edən şəxs mitinqdə iştirak etməyənləri təhqir etməz. "REAL"-çıların iştirak etməmələrinin səbəbi də mənim üçün çox maraqlı idi. Bu gün təsadüfən "Milli Şura"nın üzvü Eldəniz Quliyevin "İlqar Məmmədov tezliklə azad edilməsə... "REAL"-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər... Hörmətlə!" məzmunda statusunu oxuduqdan sonra mitinqlə bağlı ətraflı fikir bildirməyi özümə borc bildim. Mitinqə eyni adamların çıxmasının səbəbi də çox maraqlıdır. Başqalarını demirəm, 2013-cü il mitinqlərinin hamısına gedirdim və insanların da getməsi üçün əlimdən gələni edirdim. Elə bu müddət ərzində bu gün həmin mitinqə gələnlər günümü qara etdilər, haqqımda yazmadıqları böhtanlar qalmadı. Onlardan aralanan kimi, təhqirlər də yox oldu. Dünənki mitinqdə "REAL"-çıların iştirakını mən də gözləyirdim. Mitinqdən dərhal sonra onların iştirak etməmələrinin səbəbi ilə maraqlandıqda isə, E.Quliyevin yuxarıdakı yazısına rast gəldim. Bundan sonra "REAL"çılardan iştirak etməmələrinin səbəbini soruşmağa ehtiyac da qalmadı. Ənənəvi müxalifət liderlərinin uğusuzluqlarına çox üzülürəm. Kimin içində nə var, başqalarına nə arzu edir onu da qazanır. Bu yolda xəyanət, haqsızlıq və təhqir görənlər birinci səbəbi öz etdiklərində axtarsınlar. Hamı bilməlidir ki, intriqalarla, başqalarının uğursuzluqlarında, böhtan atmaqla, oyunbazlıqla bu günə qədər heç kim uğur qazanmayıb. Əminəm ki, bundan sonra da qazanmayacaq. Müxalifət inhisarını, müxalifət sülaləsini də görürlər. 30 il eyni simaları müxalifətdə görürük. Müxalifətdə partiya sədrinin müavini, sədrin sözçüsü, gənclər təşkilatının sədri və digər adlarda oğulları da tanıyırıq. Azərbaycan balaca yerdir, nə baş verir, hamı bilir və görür. Siz mənə deyin: hansı müxalifət liderinin yanında parlaq bir sima var? Bu illər ərzində hansı müxalif partiyanın lideri dəyişib? Heç birində. Formal olaraq, dəyişmələri də görürük. Müxalifətin öz arasında olan mübarizə hakimiyyətə qarşı olan mübarizədən daha kəskin olub. AXCP, Musavat, AMİP və ADP-nin öz aralarında olanı kənara qoysaq da, yeni yaranan siyasi təşkilatlara hücumları kimlər görmədi?! "REAL", "Nida" təşkilatlarına "ya bizimlə olacaqsınız, ya da atdığımız çirkablarda boğulacaqsınız" prinsipini kimlər görmədi?! Bu xalq 25 il meydanda olanların hamısından, yumşaq desəm yorulub, inanmır, bundan sonra da inanmayacaq və buna tam haqqı var. Ona görə ki, hamısı bu xalqı aldadıb, onun səmimiliyini öz şəxsi maraqları və ambisiyalarına qurban verib. Kimisi siyasi partiyaya, kimisi paketə, kimisi obyektə, kimisi parlament mandatına satıb. Yekun olaraq, onu da bildirim ki, bu işdə heç bir Sem dayı, "seyid", "ağa", "dyadya", "Vasya" bizə kömək olan deyil".

Samir Kazımlı bildirib ki, "Milli Şura" heç bir tənqiddən nəticə çıxarmır, əksinə, insanın üzərinə təhqirlərlə hücuma keçir: "Belə hallar, aksiyada dini şüarların nümayiş etdirilməsi və cümhuriyyətçilik dəyərlərimizə ziddir və bizə zərbədir".

Samir

Digər xəbərlər