"Mebel fabrikində işlədiyi müddətdə Əli Kərimlinin yetkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi?"
Bildiyiniz kimi, "Milli Şura" aprelin 8-də növbəti uğursuz mini aksiya keçirdi. Aksiyadan öncə AXCP sədri Əli Kərimlinin və "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin "möhtəşəm mitinq olacaq, minlərlə insan iştirak edəcək" fikirləri darmadağın oldu. Bir daha aydın oldu ki, xalq bu tip adamlara qətiyyən inanmır, heç vaxt da inanmayacaq. Çünki xalqımız Azərbaycanı daha böyük uğurlara aparan iqtidarın yanındadır-XALQ-İQTİDAR birliyi bundan sonra daha da möhləmlənəcək. Əslində, "Milli Şura"nın bu mitinqindən sonra Ə.Kərimlinin pafoslu danışıqları da öz biabırçı mitinq fiaskosunu pərdələmək üçündür. "Məhsul" stadionunun onda bir hissəsini belə doldura bilməyən Ə.Kərimli öz peşmançılığını büruzə verməmək üçün, tribunada növbəti həyasızlığa da imza ataraq dedi ki, guya mitinqdə minlərlə insan iştirak edir. Başqa nə etməli idi ki!?
Uğursuz mitinqdən sonra Ə.Kərimliyə yaxın olan şəxslər də onu qınadılar, hətta istefa verməyə səslədilər. Vaxtilə AXCP-dən səs-küylü şəkildə istefa verən, Ə.Kərimliyə ən yaxın adamlardan biri olan Sahib Kərimli 8 aprel mitinqinin uğursuzluğuna görə, keçmiş liderini suçlayıb. S.Kərimli özünün Facebook səhifəsində "Milli Şura"nın son mitinqi haqqında yazır: "Mitinqin vaxtilə bağlı informasiya vətəndaşa çatdırılmışdı. Cəmiyyətdən mitinqə dəstək gəlmədi, həmişəki adamlar iştirak etdi, AXCP və bütövlükdə, cəmiyyət ciddi zədə aldı. Təşkilat və onun işi zəifdir. Ə.Kərimlinin reytinqi aşağıdır və insanlar ona güvənmirlər. AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar. Ə.Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan. Ə.Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun yetkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi? Hərbi xidmətdə olan Ə.Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Ə.Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı? AXCP-yə rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur. Əli bəy, istefa verin!"
Samir