PDF Oxu

Müxalifət

  • 3 778

"Mühacir biznesi" ətrafında növbəti qalmaqal

image

Bu dəfə səhnəyə AXCP sədrinin müavini Gözəl Bayramlı çıxdı

Uzun müddətdir ki, müxalifətin dağıdıcı qanadında "mühacir biznesi" ətrafında qalmaqallar və qarşılıqlı ittihamlar davam edir. Maraqlısı da budur ki, tərəflər arasında bu günə qədər irəli sürülən hər bir ittiham əsaslara söykənir və bu əsasların etiraf edilməsi əvəzinə ciddi-cəhdlə inkar olunur, hər kəs özünü "təmizə" çıxarmağa səy göstərir. Məsələn, ötən aylarda AXCP və Müsavat rəhbərliyinə qarşı "mühacir biznesi" ilə bağlı Avropaya saxta yollarla mühacirət etmiş insanlar tərəfindən elə sənədli faktlar irəli sürülmüşdü ki, partiya rəhbərliyi cavab vermək əvəzinə susmağı üstün tutdular. Susmaq isə razılıq əlamətidir.

3 min manata "döyülmək faktı" və saxta sənəd səndədir...

Beləliklə, qarşılıqlı ittihamların ifşalara çevrilməsi prosesi davam edir və bu dəfə AXCP sədrinin müavini Gözəl Bayramlı "Azərbaycan Avropa Hərəkatı"nın rəhbəri Ramin Hacılının saxta partiya sənədi düzəldərək, azərbaycanlıların Avropaya mühacirət etməsinə şərait yaratdığına dair iddialarla çıxış edib.

Düzdür, bu dəfə sözügedən ittiham hər hansı faktik sənədlərə əsaslanmasa da, bütün mənalarda, ittiham elə ittiham olaraq qalmaqdadır. Çünki G.Bayramlı sosial şəbəkələrdə Türkel adlı cəbhəçiyə istinad edərək, Almaniyaya mühacirət etmiş azərbaycanlının bu faktın üstünü açdığını qeyd edib.

Saxta işlərlə məşğul olduqları kimi, həm də müxalifətçiliklərində də saxtakar olduqlarını isbatlayırlar

Belə ki, iddiaya görə, R.Hacılı həmin şəxsə 3 min manata (!) AXCP-yə məxsus partiya bileti və guya naməlum şəxslər tərəfindən döyülməyi (?!) ilə bağlı sənəd verib. AXCP rəsmisinin istinad etdiyi şəxs - Türkel Azərtürk adlı feysbuk istifadəçisi Almaniyaya mühacirət etmiş azərbaycanlıya məxsus saxta sənədin də fotosunu paylaşıb.

Beləliklə, siyasi gündəmə "mühacir biznesi" kimi düşmüş qarşılıqlı ittihamların bu dərəcədə artması, bir daha, danılmaz faktı sübut edir ki, hansı partiyada, hansı siyasiləşmiş qeyri-hökumət təşkilatında təmsil olunmasından asılı olmayaraq, müxalifət düşərgəsində qazanc yollarından biri də, məhz budur. Sadəcə, bu ittihamları irəli sürən qarşı tərəflər, əslində, saxta işlərlə məşğul olduqları kimi, həm də müxalifətçiliklərində də saxtakar olduqlarını isbatlayırlar.

RÖVŞƏN

Digər xəbərlər