PDF Oxu

Müxalifət

  • 4 187

AXCP ilə Ramin Hacılı arasında "siyasi mühacir" davası!

image

Ramin Hacılı: "AXCP mitinqlər təşkil etməklə mühacirətə getmək istəyənlərə qəsdən şərait yaradır"

Dağıdıcı müxalifət düşərgəsində "siyasi mühacir" biznesi ilə bağlı dava-dalaş yenidən qızışıb. Uzun illərdir pul müqabilində məram və məqsədlərini anlatmayan bəzi insanları "siyasi mühacir" adı altında xarici ölkələrə göndərən AXCP sədri Ə.Kərimli fırıldaqlarını gizlətməyə çalışır. Başa düşür ki, insanlara verdiyi vəsiqələrə, aldığı pullara görə gec-tez qanun qarşısında cavab verməli olacaq. Məhz bu əməllərini gizlətmək üçün Ə.Kərimli hər gün təxribatçı məlumatları ortaya atmaqla, məsuliyyətdən yayınmağa, cəmiyyəti çaşdırmağa çalışır. Bu dəfə də AXCP üzvü Türkel Azərtürk adlı gənc "Ümid" Partiyasının üzvü Ramin Hacılını mühacirlər üçün saxta partiya vəsiqəsi hazırlayıb-satmaqda ittiham edib. T.Azərtürk bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat paylaşıb. 3000 manat pul müqabilində saxta "siaysi mühacir" vəsiqəsi düzəltməkdə ittiham olunan R.Hacılı qeyd edib ki, cəbhəçilərin onunla intriqası bir neçə il əvvəldən başlayıb: "Cəbhəçilər ilk dəfə 2012-ci ildə mənim üstümə hücum çəkiblər. Onların içərisisində Qənimət Zahid də vardı. 2013-cü ildə Demokratik İslahatlar Partiyasından ayrılanda, cəbhəçilər onlara qoşulmağı təklif etdilər, razılaşmadım. Yenə hücum başladı. Uzun müddətdir xaricdə təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Avropaya gedənlər arasında sənəd alıb, sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Hansı partiya və təşkilatların bu pullar hesabına yaşadığı ölkədə çox adama bəllidi".

R.Hacılı onu da qeyd edib ki, AXCP mitinqlər təşkil etməklə mühacirətə getmək istəyənlərə şərait yaradır və sənəd verərək, həmin şəxsləri mühacirətə göndərir: "Birdən-birə mitinq etdilər, siyasi muhacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir. Amma ətrafda hər kəs bilir. Cəbhəçilərin də əlində bir saxta dedikləri sənəd var. Dəqiqədə dövriyyəyə buraxıb adsız şahidlərin dilindən "filankəs dedi ki, bu saxta sənədi mənə filankəs (vurmaq istədikləri adamın adı) verib" yazırlar".

Samir

Digər xəbərlər