PDF Oxu

Müxalifət

  • 3 394

Müsavatçıların "sadiq" dostları onlardan üz çevirdi

image

Yaxud AXP sədri Pənah Hüseyndən Müsavata "hakimiyyətə işləyirlər" suçlaması

Son vaxtlar müxalifətdə illər boyunca, bir yerdə olmuş partiya rəhbərliklərinin siyasi maraqları üst-üstə düşməyəndə, bir-birlərinə qarşı "hakimiyyətə işləmək" timsalında suçlamalar irəli sürmələri dəb halını alıb. Hətta bu istiqamətdəki vəziyyət o həddə qədər inkişaf edib ki, aralarından su keçməyən partiya "liderləri" belə keçmişə müraciət edərək, ittihamlarla çıxış etməyə başlayırlar.

Arif Hacılı Pənah Hüseynə İsa Qəmbər qədər maraq göstərmir

Onlardan biri də Azərbaycan Xalq Partiyasının sədri P.Hüseyndir. Onu da xatırladaq ki, məhz AXP daim Müsavatla birgə əməkdaşlıq formatında çıxış edərək, partiyanın sabiq başqanı İsa Qəmbərlə əlaqələr yaradan və bu əməkdaşlığını uzun müddət davam etdirən yeganə partiya sədrlərindəndir. Lakin Müsavat başqanının öz yerini A.Hacılıya transfer etdikdən sonra, Müsavatın yeni başqanının onunla siyasi tərəfdaşlıq etmək marağı elə də çox görünmədi. Ən azından, Müsavatın keçirdiyi ötən ilin mitinqlərində P.Hüseynin yeri tamamilə arxa plana köçürüldü. İndi isə AXP-Müsavat əməkdaşlığı, ümumiyyətlə, yox səviyyəsindədir.

AXP sədrinin cavabını vermək üçün Elman Fəttah önə sürülüb

Beləliklə, durumun onun üçün heç də ürəkaçan olmadığını görən P.Hüseyn anidən müsavatçıların yeni rəhbərliyini topa tutmağa başlayıb. Məsələn, deyib ki, iki il öncə - 2015-ci ildə siyasi partiyalarla hakimiyyət arasında baş tutan dialoqla bağlı yeni və detallı məlumatlara sahibdir. AXP sədri sözügedən detallar çərçivəsində iddia edib ki, Müsavat partiyasının rəhbərliyi dialoqdan əvvəl hakimiyyətdəki strukturlarla təklikdə görüş olmasını təklif edib, ancaq bu təklif qəbul olunmayıb.

Artıq bu məsələ müsavatçıların ekvatoriyasında geniş səs-küy yaradıb və nəticədə, A.Hacılı bu məsələnin yalanlamaması üçün müavini Elman Fəttahı önə sürüb. Təbii ki, o da, öz növbəsində, P.Hüseynin fikirlərinin həqiqətə uyğun olmadığını qeyd edib. SİTAT: "Mən həmin proses haqda məlumatlı biri kimi deyim ki, Pənah Hüseynin bu iddiası, yumşaq desək, həqiqətdən uzaq və yalandır".

AXP sədrinin ittihamı bumeranq effekti yaradıb

Üstəlik, Müsavat rəsmisi onlara ünvanlanmış ittihamı, məhz ittiham edənin üzərinə yıxaraq deyib ki, təkbətək görüş P.Hüseyn tərəfindən təklif olunub və müsavatçılar bundan imtina edib. Necə deyərlər, AXP sədrinin ittihamı bumeranq effekti yaradıb.

Lakin görünən budur ki, müxalifətdaxili vəziyyətin, onsuz da gərgin olduğu bir zamanda, uzun illər bir yerə olmuş partiyalar arasında da körpülər "yandırılmağa" başlayıb. Hətta vəziyyət o qədər çərçivədən kənara çıxıb ki, AXP sədri ittihamlarında İ.Qəmbərlə aralarında olan dostluğa da, yumşaq desək, tüpürüb. Hər halda, mövcud fakt da bu əsnadandır...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər