PDF Oxu

Müxalifət

  • 3 822

Əli Kərimli işçilərini Fransaya niyə göndərib?

image

AXCP sədri 175 min AVRO qrantı əldə etmək üçün...

Bir müddət öncə, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, qəzetin yazarı Səadət Cahangir, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və Xatirə Əliyeva Fransaya getmişdilər. Bəzi xəbər saytlarında "cəbhəçilər mühacirətə getdilər" başlıqlı məlumatlar yayan AXCP sədri Ə.Kərimli, əslində, bu 4 nəfəri tamamilə başqa məqsədlə Fransaya göndəribmiş. Belə ki, "Turan"TV-nin rəhbəri Q.Zahid bir müddət öncə, "Azadlıq" qəzetinin maddi durumunun yaxşılaşdırılması məqsədilə xarici təşkilatlardan 175 min AVRO qrant alıb. Lakin pulu "Azadlıq" qəzetinə deyil, birbaşa "Turan"TV-yə və şəxsi xərclərinə sərf edib. Bu isə Ə.Kərimlinin özündən çıxarıb və məsələnin tez bir müddətdə həll olunması üçün R.Hacıyevin başçılığı altında Fransaya göndərilən şəxslərlə Q.Zahid arasında növbəti insident yaşanıb. Ə.Kərimli göndərdiyi şəxslərə təlimat verib ki, 175 min AVROnun ən azı yarısı Qənimətdən alınaraq, ona gətirilsin. Hətta həmin vəsaiti Bakıya gətirmək üçün hava limanında şübhə yaranmasın deyə, pulların 4 nəfərin arasında bölünülməsi tapşırığını verib. Ancaq Ə.Kərimli ilə Q.Zahid arasında mövcud olan "soyuq" münasibətlər bu məsələdə də özünü göstərib. R.Hacıyev Q.Zahiddən pulun yarısını istəsə də, "yox" cavabı alıb. Q.Zahid R.Hacıyevlə söhbəti zamanı həmin pulları Əli Kərimliyə verməyəcəyini bildirib.

Təsadüfi deyil ki, T.Mirələmli özünün Facebook səhifəsində status yazaraq, "Azadlıq" qəzetinin bağlanmasına görə birbaşa Q.Zahidi ittiham etmişdi: "Qəzetə ayrılan qrantlar AXCP-yə dəxli olmayan işlərə sərf edildi, özü də Fransada". Q.Zahidlə Ə.Kərimli arasında baş verən qrant davası ilk dəfə deyil ki, baş verir. Bundan əvvəl də dəfələrlə hər iki şəxs arasında qrant üstündə əsl düşmənçilik münasibətləri yaranıb. Hətta 2013-cü ildə yaxınlarının adına müxtəlif QHT-lər yaradan Ə.Kərimliyə xaricdən ayrılan qrantların böyük bir hissəsi Fransada yaşayan Q.Zahid tərəfindən mənimsənilmişdi.

Son günlər AXCP ilə digər şəxslər arasında baş verən "siyasi mühacir" vəsiqələri ilə bağlı söz-söhbətlər də, məhz Q.Zahidin diktəsi ilə həyata keçirilir. Elə sonuncu dəfə saxta vəsiqəsi ilə gündəmə gələn cəbhəçi şəxsin Fransada yaşaması da bunu təsdiq edir. Bu, bir danılmaz faktdır ki, AXCP rəhbərliyinə yaxın olan və gizlində qalan bir neçə şəxs xaricə getmək istəyən adamları adıçəkilən partiya ilə əlaqələndirir, onlardan 3-5 min manat civarında "haqq" alıb, saxta partiya vəsiqəsi verirlər. Bu məsələlərlə bağlı İsa Qəmbər və Arif Hacılı da prokurorluğa çağırıldılar. Müsavat partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər az deyil. Lakin bu prosesdə əsas iştirakçılar AXCP-nin rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə "peşəkardırlar". Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayışlar almaqdır.

Samir

Digər xəbərlər