PDF Oxu

Müxalifət

  • 3 558

Müxalifət növbəti bəlanın astanasındadır

image

Son günlər diqqətçəkən mövzulardan biri də müxalifət düşərgəsində yeni qarşıdurmaların yaranması və bunun fonunda istefaların baş verməsidir. Siyasi şərhçilər düşərgədaxili konfiliktlərin acı nəticəsi olaraq, yaxın günlərdə növbəti müxalifət partiyasının fəaliyyətinin dayandırılması və ya buraxılması barədə KİV-də bəyanatların yayılacağı proqnozu ilə çıxış edirlər.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu:

- Müxalifət düşərgəsində olan qarşıdurmanın yaranmasının başlıca səbəbkarları, məhz müxalifət partiya liderlərinin apardığı səhv siyasətlə bağlıdır. Demək olar ki, müxalifət partiya rəhbərləri, məhz başçılıq etdikləri qurumun "ana" müxalifət partiyası olduğunu cəmiyyətə sırımaq istəyirlər. Yəni onlar arasında olan əsas mübarizə bunun ətrafında gedir. Belə bir istəkdə olan ikinci bir partiyanı görəndə isə, ona qısqanclıq hissi ilə yanaşaraq, onu sıradan çıxartmaq üçün əllərindən gələni edirlər. Demək olar ki, AXCP, Müsavat və sonradan yaranan "Milli Şura" deyilən, lakin millikdən uzaq olan "şura" olan üçlük daim müxalifət düşərgəsində öndə getmək uğurunda biri-biri ilə mübarizə aparırlar. Nə qədər ki, həmin adları çəkilən partiyaların başında Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli dayanıb, bu mübarizə davam edəcəkdir. Xaricdə müəyyən qüvvələr var ki, Azərbaycandakı daxili proseslərə təsir etmək və onu özlərinin istədiyi istiqamətə yönəltmək istəyindədirlər. Həmin üzdəniraq xarici qüvvələr bu niyyətlərini həyata keçirmək üçün müxalifət düşərgəsində olan bəzi pozucu və ələbaxımlığa öyrəncəli olan toplumdan istifadə etməyə çalışırlar. Müxalifət də bundan yararlanmağa çalışaraq, özlərini xarici havadarlar önündə reklam etməyə çalışır. Amma onların nə istəməsindən asılı olmayaraq, həmin xarici qüvvələrin bu cür məkirli niyyətləri heç vaxt baş tutmayacaqdır.

"Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:

- Bütövlükdə, bu gün müxalifət partiyaları arasında gedən gərginliyin və onların bir-birinə qarşı olan iddialarının hamısının səbəbi var, bu da sırf xaricdən maliyyə əldə etmək məsələsi ilə bağlıdır. Çünki bu şəxslər üçün pul hər şeydən, hətta milli və dövlətçilik maraqlarından da üstündür. Yəni bu şəxslər xaricdə olan havadarlarından daha çox pul qopararaq, ciblərini doldurmaqla bağlı planlar qurmaqla məşğul olurlar. Belə olan halda da, istəyirlər ki, xaricdən ancaq özləri maliyyə əldə etsinlər digərləri yox. Buna iddiası olanları da sıradan çıxarmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalifət düşərgəsində bu cür qarşıdurmalar, dava-qırğınlar baş verir. Ümumiyyətlə, müxalifət düşərgəsində nə vaxt sakitçilik olub ki, bu gün də olsun. Demək olar ki, hər zaman bu iki partiya - AXCP və Müsavat arasında birincilik uğurunda mübarizə gedib və bundan sonra da gedəcəkdir. İnandırıcı görünmür ki, AXCP və Müsavat arasında nə vaxtısa mehribançılıq olsun.

GÜLYANƏ

Digər xəbərlər