2015-ci il iyul ayının 8-də AXCP-dən istefa verən Əbülfəz Qurbanlı, uzun müddət idi iki, ölkədə yox idi. Onun Dağıstanda fəhlə işlədiyi ilə bağlı məlumatlar zaman-zaman mətbuatda tirajlansa da, bir çoxları bunun doğru olmadığı iddiasını irəli sürdülər. Məsələn, ondan əvvəl AXCP-dən istefa verən Asəf Quliyev bildirib ki, Ə.Qurbanlının, əslində, Avropa ölkələrindən "siyasi sığınacaq" istəyib. Lakin bunun üçün lazım olan "sənəd"ləri Əli Kərimlidən gizli şəkildə topladığı üçün xeyli çətinliklə üzləşib. Bildirilir ki, Ə.Qurbanlının Avropa ölkələrinə "siyasi mühacir" kimi getməsinə birbaşa Ə.Kərimli mane olub. Hətta onun qarşısında şərt qoyulub ki, əgər Avropaya getsə, şərlənəcək və nəticədə, deportasiya olunacaq. Bütün bunlardan sonra Azərbaycana qayıtmağı özünə "ar bilən" Ə.Qurbanlı Dağıstana-yaxın dostlarının yanına gedib. Orada fəhlə işlədiyini bəyan eləməklə, nəzərlərini məsələnin əsl mahiyyəti üzərindən yayındırmağa çalışıb. Ə.Qurbanlı hazırda Bakıdadır, hətta "Milli Şura"nın 8 aprel mini aksiyasına da gəlmişdi.
Məlum olduğu kimi, "Milli Şura" hər dəfə mitinqdən sonra 5-10 min pulun müqabilində insanları Avropa ölkələrinə "siyasi mühacir" adı altında göndərir. Hətta öz yaxın qohum-əqrəbalarını da bu yolla Azərbaycandan didərgin salan Ə.Kərimlinin mitinqdən sonra başını qaşımağa vaxtı olmur. Elə Ə.Qurbanlının da bu məqsədlə AXCP sədri tərəfindən "bağışlanıldığı" qeyd olunur. Bildirilir ki, Ə.Qurbanlı "Milli Şura"nın sonuncu mitinqinə də, məhz şəkil çəkdirmək üçün gəlib. Mitinqdə çəkilən fotodan sonra, o, "fəal" və "təzyiq"lərə məruz qalan müxalifətçi kimi təqdim olunaraq, "siyasi mühacir" kimi Avropaya getməyə çalışacaq.
AXCP üzvü Məsud Aliyev Ə.Qurbanlının "Milli Şura"nın son mitinqində iştirak etməsinə Facebookda açıq şəkildə münasibət bildirməsi də, sübut edir ki, o, həqiqətən də, Bakıya məqsədli şəkildə gəlib və yaxın vaxtlarda hansısa yollarla xaricə gedəcək. M.Aliyev yazır: "Əbülfəzin AXCP-dən istefa xəbərini oxuyanda, təəccüblənmədim. Dünyanın işinə bax, əvvəllər xaricə adam göndərən adam, indi özü kimlərinsə ayaqlarına düşüb".
Xatırladım ki, M.Aliyevin bu statusundan sonra sosial şəbəkələrdə cəbhəçilər tərəfindən onun əleyhinə təhqir dolu şərhlər yazılıb. İş o həddə çatıb ki, məsələyə AXCP sədrinin müavini Nurəddin Məmmədli qarışmalı olub. Lakin onun da mövqeyi digərlərindən fərqlənməyib: "Biz heç kimə yalvarmırıq, özü bilər. Xaricə də getmək istəyirsə, bunu da bacarar".
Göründüyü kimi, tamamilə qeyri-müəyyən danışan N.Məmmədli Ə.Qurbanlının, məhz AXCP sədrinin saxta sənədləri ilə xaricə göndəriləcəyini inkar etmir, bir növ bunu normal hal kimi qəbul edərək, özünü soyuqqanlı göstərməyə çalışır.
Samir