PDF Oxu

Müxalifət

  • 5 615

Əli Kərimlinin növbəti saxtakarlğı ifşa olundu- FAKTLAR!

image

""Azadlıq" qəzetinin və "Turan" TV-nin əməkdaşı Fikrət Hüseynli məndən 5700 dollar pul istədi"

Azərbaycandan müxtəlif xarici ölkələrə insanları "mühacir" adı ilə yollayan cinayətkar şəbəkənin mövcudluğu barədə dəfələrlə yazmışıq. Bu cinayətkar şəbəkənin başında duran şəxsin AXCP sədri Ə.Kərimli olması ilə bağlı da zaman-zaman faktlarla çıxış edərək, onun "siyasi mühacir" biznesi ilə bağlı xırda detalları belə işıqlandırmışıq. Bu vaxta qədər xeyli sayda sıravi müxalif üzvündən böyük məbləğdə pullar alaraq, onları Avropa ölkələrinə "siyasi mühacir" kimi göndərən Ə.Kərimli buna görə məsuliyyət daşıyır və törətdiyi cinayət əməllərinə görə gec-tez qanun qarşısında cavab verməlidir. Nəzərə alsaq ki, Ə.Kərimlinin Avropaya göndərdiyi şəxslərin bir neçəsinin taleyindən xəbər yoxdur, o zaman bu adamın necə böyük cinayət törətdiyini sübut etməyə ehtiyac qalmır. İnsanları şirin vədlərlə, Avropada "havayı pul" alacağı ilə şirnikləndirib ölkəmizdən didərgin salan AXCP sədrini heç də insanların taleyi deyil, şəxsi məqsədləri maraqlandırır. Bəs "Milli Şura"nın hər mitinqindən sonra cəbhəçilərə Stokholmda yaşamağı vəd edən Ə.Kərimlinin Avropaya göndərdiyi şəxslər nə üçün qaçqın düşərgələrində yerləşdirilir? İnsanları aldadıb pulunu mənisməyən Ə.Kərimli daha bu məsələ maraqlandırmır, kimi harda, necə yerləşdirirlərsə-yerləşdirsinlər. Buna görə AXCP sədri tənqid atəşinə tutulanda isə, yaxasını kənara çəkir və mələk donu geyinərək, bunu da özünə qarşı "siyasi təzyiq" kimi dəyərləndirir. Qısası, Ə.Kərimlinin "mühacirət" biznesinin toruna düşən xeyli sayda adam var, onlardan biri də AXCP-nin Xətai rayon təşkilatının üzvü Tural Hüseynovdur.

Tural Hüseynov: " Əli Kərimli ilə görüşdüm, o da dedi ki, Fikrəti tanımıram"

"Kim fikirləşərdi ki, özünü "demokratik" düşərgənin "mübariz" nümayəndəsi kimi təqdim edən bu adam, sözün əsl mənasında, dələduz, fırıldaqçı imiş. Bu şəxsin adı Fikrət Hüseynlidir. Hollandiyada mühacir həyatı yaşayan, "Turan" TV-nin efirində "Cəbhə xətti" verilişinin aparıcısı, özünü insan haqları "müdafiəçisi" kimi tanıtdırmağa çalışan Fikrət Hüseynli... Onunla ilk əlaqəmiz skaypla oldu. Məndən bu işin həll olunması üçün 5700 dollar pul istədi. İlk növbədə, tapşırdı ki, elə günü sabah pulu avroya çevirim, qardaşı Hüseynov Elxan Nurəli oğlunun adına olan "Unibank" hesabına 2000 avro köçürdüm. Qeyd edim ki, Fikrətin qardaşı da Hollandiyada yaşayır və bu məbləğ, bilavasitə Hollandiyaya gedib (pulun köçürüldüyü haqqında qəbz əlimdədir və surətini sizə təqdim edirəm). Mənim işim Bakıda görüldüyü halda, bu 2000 avro Hollandiyaya niyə gedirdi? Demək, bu adam o pulu bəri başdan nağd edib öz cibinə qoyur. Sonra mənə Bakıda onun "işgörəni" olan Mətləb adlı bir şəxs zəng vurdu və özünü turizm firmasının nümayəndəsi kimi təqdim etdi (sonra öyrəndim ki, bu adam o şirkətdə çalışmır). Bu Mətləb adlı şəxs mənə turizm firmasının bank hesabını verdi və mən Fikrətin tapşırığı ilə o hesaba 1135 avro pul köçürdüm. Bu pulun müqabilində firma mənim sənədlərimi viza almaq üçün hazırlayacaqdı, guya qanuni şəkildə. Beləliklə, bu işin görülməsi üçün cəmisi 1135 avro pul lazım imiş, 2000 avronu isə Fikrət heç bir iş görmədiyi halda mənimsəyirmiş. Çünki Bakıda görülən digər işlərə mən yenidən öz cibimdən pul xərcləmişəm". T.Hüseynov onu da qeyd edib ki, bu insan məni hər üsulla aldadıb: "Pulumu geri tələb edəndə isə, bildirdi ki, mənim sənə verəcək pulum yoxdur. O, mənə dedi ki, əgər məsələni ictimailəşdirsən, biabır olacaqsan. Almaniyada və Hollandiyada yaşayan qohumlarımla təhdid edərək, onların və AXCP adının da hallanacağını dedi. Məsələ ilə bağlı Ə.Kərimli ilə görüşdüm. O da dedi ki, Fikrəti tanımıram və onun bizim partiya ilə heç bir əlaqəsi yoxdur. Bütün bu hadisələrdə Fikrətlə olan yazışmalar, dəlil-sübutlar, səs yazıları, bank qəbzləri, aldığım sənədlər hamısı bir fakt kimi əlimdədir".

T.Hüseynovun dediklərindən, bir daha aydın olur ki, "siyasi mühacir" biznesi ilə məşğul olan böyük bir şəbəkə var və bu cinayətkarlar, məhz AXCP-də axtarılmalıdır. Necə ola bilər ki, F.Hüseynli neçə illər "Azadlıq" qəzetində işləsin, amma Ə.Kərimli onu tanımasın? Necə ola bilər ki, "Turan" TV-də veriliş aparan F.Hüseynli AXCP sədrini tanımasın? Axı insanlar bilir ki, F.Hüseynli AXCP sədrinin ən yaxın adamlarından biridir və bu gün də belədir. "Azadlığ"ın ofisində, ilk olaraq, F.Hüseynli ilə görüşüb-öpüşən Ə.Kərimli indi bu adamı tanımadığını iddia edirsə, bu da növbəti riyakarlıq nümunəsidir. Hesab edirəm ki, "siyasi mühacir" biznesi və bu işin icraçıları ən təhlükəli hədd gəlib çatıblar. Artıq uzun illərdir bununla özünə səltənət quran Ə.Kərimli qanun qarşısında cavab verməlidir. T.Hüseynovun dedikləri araşdırılmalı, AXCP sədri, onun ən yaxın əlaltısı F.Hüseynli cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Samir

Digər xəbərlər