PDF Oxu

Müxalifət

  • 3 760

"VİP", ALDP və ADP niyə birləşə bilmədi?

image

SİYASİ RAKURS

Müxalifətdə olan bütün partiyalarda avtoritar idarəçilik sistemi mövcuddur

Son zamanlar istər müxalifətin dağıdıcı qanadında, istərsə də, konstruktiv cinahında atılan müxtəlif səpgili birlik modelləri istiqamətindəki addımlar ard-arda uğursuzluqlarla nəticəsini tapmaqdadır. Nə seçki ərəfələrində, nə də başqa vaxtlarda gəlinən razılıqların boşa çıxması isə, əslində, düşərgədə köklü şəkildə formalaşan avtoritar idarəçiliyin, şəxsi ambisiya maraqlarının aşkar göstəricisidir.

Hətta qısa zamanda birliyin sıralarının artacağı, Qubad İbadoğlunun lideri olduğu "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın da onlara dəstək verəcəyi iddia edilirdi

Artıq bir neçə müddət idi ki, ümumi razılaşmaya gələrək, yeni birlik formatı istiqamətində siyasət yürütrmək qərarı verən üç müxalifət partiyası – "Vətəndaş və İnkişaf", Azərbaycan Liberal və Demokratik, eləcə də, Azərbaycan Demokratik partiyalarının sözügedən istəkləri elə yarı yoldaca qırılıb-qaldı. Halbuki yaradılması baş tutmayan birlik barədə hər üç siyasi təşkilatın lidelrəri mətbuata nikbin açıqlamalar verməklə yanaşı, bu modelin uğurla nəticələnəcəyi barədə tərəfdarlarına çoxsaylı vədlər də verirdilər. Hətta qısa zamanda birliyin sıralarının artacağı, Qubad İbadoğlunun lideri olduğu "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın da onlara dəstək verəcəyi iddia edilirdi.

Ancaq sonda irəli sürülən iddiaların, verilən vədlərin heç biri baş tutmamış qaldı və ortada yalnız daha öncədən söylənilmiş pafoslu fikirlərdən başqa heç nə görünmədi.

Müxalifətin geniş birliyinə nail olunmamasının ən başlıca səbəbi məqsədlərin və amalların tamamilə fərqli olmasındadır

Qeyd edildiyi kimi, yenilənməyən və köhnə siyasi adət-ənənələrindən əl çəkməyi bacarmayan müxalifət cameəsinin uğur qazanmama səbəblərindən biri və birincisi onların hər kəs üzərində lider olmaq istəkləridir. Ancaq burada digər amillər də mövcuddur. Məsələn, müxalifətin geniş birliyinə nail olunmamasının ən başlıca səbəbi məqsədlərin və amalların tamamilə fərqli olmasındadır. Belə ki, müxalifətin bir hissəsi, xüsusilə, dağıdıcılar cinahı fikirləşir ki, aranı qarışdırmaqla, situasiyanı gərginləşdirməklə nəyəsə nail olmaq, hakimiyyətə gəlmək mümkündür.

Başqa tərəfdən, hətta siyasi proseslərdə hakimiyyətə qarşı loyalllıqları ilə seçilən və konstruktiv adlandırılan düşərgə təmsilçiləri arasında da liderlik" iddiaları baş qaldırır. Bu isə birliklərin təsis edilməsinə ciddi maneələr törədir. Çünki müxalifətin özündə avtoritarlıq mövcuddur. İstənilən vəzifədə, eyni zamanda, partiya rəhbəri kimi qalmaq isə avtoritarlıqdan başqa bir şey deyil. Müxalifət bir tərəfdən, hər zaman islahatlar aparılmasının zəruri olduğunu iddia edir, lakin digər tərəfdən öz daxilində islahatlar etmək bacarığını ortaya qoya bilmir. Nəticədə isə "VİP", ALDP və ADP-nin baş tutmayan birlik aqibəti reallaşır. Belə olanda isə, günahı başqa tərəflərdə deyil, özlərində axtarsalar, daha yaxşı olardı.

Rövşən RƏSULOV

Digər xəbərlər