PDF Oxu

Müxalifət

  • 3 522

Erməni məyusluğu

image

Köşə

Erməni məyusluğu... Bir neçə gün bundan öncə, İsrailin Ermənistandakı səfiri Eliyaxu Yeruşalmi erməni jurnalistin "Azərbaycana niyə silah satırsız?" sualına "Bunun Ermənistana heç bir dəxli yoxdur" deyə cavab vermişdi. Düz on gün Ermənistanın parlamentində aləm bir-birinə dəydi. İsrail-Azərbaycan dostluğu öz yerindədir! İndi də ermənilər düşüblər Belarusun Ermənistandakı səfirinin üstünə ki, Aleksandr Lapşini Bakıya niyə təhvil vermisiz?.. Səfir İqor Nazaruk da erməniləri məyus edib: "Siz elə adam barədə israr edirsiniz ki, onun Ermənistana heç bir dəxli yoxdur. O, bir sıra ölkələrin vətəndaşıdır, ancaq Ermənistan vətəndaşlığını daşımır. Ona görə də, mən planetin 7,5 milyard sakinindən birini ayrıca müzakirə edə və ona belə diqqət ayıra bilmərəm". Hamısı da çox gözəl vurğulayır: "Sizə dəxli yoxdur".

Xaçaturovun KTMT baş katibliyinin başına ip keçirdib, sağa-sola fırladan ermənilərin bu məsələdə də ümidləri puça çıxdı: "Bu post Ermənistana heç nə vəd etmir". İki qardaş ölkənin-Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri isə ermənilərə nə vəd edirsə, bunu özləri daha yaxşı bilir. Kəsəsi, aprel ayı ermənilər üçün çox ağır oldu, sanki aprel bunlar üçün kabusa çevrilib. Ötən ilin aprel ayında daş üstündə daşlarını qoymadıq, bu ilin aprelinə qədər özlərini birtəhər sürüyüb gətirə bildilər.

Dünən hansısa xarici xəbər saytından oxudum ki, ermənilər növbəti "möhtəşəm" həyasızlığa imza atıblar. Erməni tarixçisi deyirmiş ki, Rodos heykəlini onlar tikiblər. O Rodos heykəlini ki, dünyanın 7 möcüzəsindən biridir. Gör müasir dünya nə günə düşüb ki, ermənilər nəyə iddia edirlər. Bir az sonra deyəcəklər ki, Misir ehramlarını ilk dəfə Vazgenin dədəsi Xaçaturyan tikib. Rodos heykəlinə iddialı olmaları isə lap gülüncdür. Hər halda, bildiyim qədər, məhz bu iddialarına görə, erməniləri rüsvay etməyə də başlayıblar. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, hələ e.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmişdi, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara almışdılar. Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlandırılan bu heykəl dünyanın altıncı möcüzə kimi qiymətləndirilir. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunub: möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə... Başında da günəş şüalarının rəmzi olan tac... Bu, Günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi. İndi özünüz fikirləşin siz Allah, Günəş Tanrısının, rodosların, sərkərdə Demetrenin tarixi, əxlaqı, mədəniyyəti olmayan ermənilərlə nə əlaqəsi var!?

Təsəvvür eləyin ki, Sarkisyan və ailəsi necə bədnamdırsa, hakim partiyanın üzvləri iddia qaldırıblar ki, Ermənistanda prezident haqqında lətifə yaratmaq, danışmaq, yaymaq qadağan edilsin. Necə ki, Şimali Koreyada elədir. Hünərin varsa, Kim Çen İn əminin adına bir lətifə qoş. Adamın bütün nəslini raketin quyruğuna bağlayıb partladarlar. Düzdür, Ermənistanda situasiya bir az fərqlidir, amma neyləmək olar. Bu gün Ermənistanda kim Sarkisyanı telekanalda görürsə, hamısı "qaynatam" deyir. "Kişi"ni də başa düşün, indi gör nə qədər lətifə qoşublarsa...

Samir

P.S. ABŞ hərbi xərcləri azaltmağı bəyan edir, hamının zəhləsini tökür. Özünün isə təkcə 2016-ci ildə hərbi xərcləri 611 mlrd dollar təşkil edib. Bu 1,7 faiz artım deməkdir. Dünyada ən çox nüvə başlığı da bu ölkədədir, amma gör necə "nüvə həyasızlığı" edir. Şimali Koreya məsələsini o qədər də qabartmayın, ortada ABŞ-a rəzalət bəxş edən ABŞ-Vyetnam müharibəsi var....

Digər xəbərlər