PDF Oxu

Müxalifət

  • 3 632

Pənah Hüseyn yenidən klounluğa başladı!

image

Tural Abbaslı: "İllərdir aparılan nəticəsiz "mübarizə" xalqın müxalifətə etimadını yox edib"

Dağıdıcı müxalifət partiyaları və bu partiyaların rəhbərləri zaman-zaman "birləşmək" ideyası ilə çıxış etsələr də, bu, mümkün olmayıb. Onlar heç vaxt sivil şəkildə birləşərək, normal siyasi blok yarada bilməyiblər. Çünki dağıdıcı müxalifət partiyalarının rəhbərləri şəxsi istəklərini partiya maraqlarından üstün tutublar. Xarici xüsusi xidmət orqanlarının ölkəmizdəki əlaltıları olan bu şəxslər 2013-cü ildə birləşməyə cəhd etdilər. Lakin bu dəfə də heç nə alınmadı. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı, Mirmahmud Mirəlioğlu və digər dağıdıcı müxalifət partiya sədrləri vaxtilə iqtidarda olub ölkəmizdə xaos yaradan adamlardırlar. Onların hakimiyyətdə olduqları müddətdə torpaqlarımız işğal olundu, dövlət büdcəsi tamamilə talandı, olan-qalan infrastruktur məhv edildi. Xalq qətiyyətlə öz sözünü deyib bu adamları illər öncə arxivin zibilliyinə atsa da, hələ də millətin yaxasında əl çəkmirlər. Artıq 2018-ci il yaxınlaşır və buna görə də, bu şəxslər yenidən "aktiv"ləşməyə çalışırlar. Məsələn, bu gün müxalifətin birləşməsinin zəruriliyini gündəmə gətirməyə çalışan AXP sədri P.Hüseyn neçə aylardır harada olduğunu, nə işlə məşğul olduğunu açıqlaya bilərmi? 4-5 ildən bir göbələk kimi çıxan bu adamların "birləşmək" eşqləri nə üçün seçkidən-seçkiyə ortaya çıxır? Özünü AXP sədri kimi təqdim edən (halbuki bu partiyanın cəmi 7-8 üzvü var) P.Hüseyn yenidən çağırış edib ki, birləşmək lazımdır. Bəs bu, nə dərəcədə real görünür? Köhnə ədavətli, bir-birilərini kəşfiyyat orqanlarına satmaqla pul, "hörmət" qazanan Ə.Kərimlinin, İ.Qəmbərin və A.Hacılının birləşməsi mümkündürmü?

"Ağ" Partiyanın sədri Tural Abbaslı "SƏS" qəzetinə açıqlamasında bildirib ki, illərdir aparılan nəticəsiz "mübarizə" xalqın müxalifətə etimadını yox edib: "İnsanlar artıq hansısa siyasi qüvvəyə inanmır və buna görə də, heç bir prosesə qoşulmur. Biz şəxsi ambisiyalar və intriqalara görə mübarizəyə xələl gətirilməsinin tərəfdarı deyilik".

Əslində, P.Hüseynin dediklərində heç bir ciddiyyət yoxdur, əvvəllər partiya sədrlərinin otağına birbaşa daxil olan AXP sədrini indi təkcə A.Hacılının "priyomnu"sunda 2 saat gözlədirlər. Belə adamı ciddiyəmi alarlar? Hər halda, cəmi 7-8 nəfər üzvü olan AXP sədrinin belə bir "ideya" ortaya atması öz zəifliyini də ört-basdır etmək üçün atılan süni və keçərsiz addımdır. İldə iki dəfə (yazda və payızda) yalnız "Yeni Müsavat" qəzetinin hansısa müsahibı bölümündə özünün köntöy fikirləri ilə gündəmdə qalmağa çalışan P.Hüseyni ciddiyə almayacaq, heç almaq mümkün deyil axı. Tutaq ki, bu adamın çağırışına səs verdilər, bəs kimlər birləşəcək və yaxud kimlər birləşə bilərlər?

Ə. Kərimli ilə İ.Qəmbərin birləşməsi Nurəddin Məmmədlinin kosmonavt olması qədər qeyri-mümkün məsələ olduğundan bu haqda heç danışmaq istəmirəm. Yerdə qalanlar da bəllidir, necə deyərlər, mahiyyət bəllidir. Onsuz da hər bir partiya öz rəngini alıb, tay-tuşları ilə qol-boyun olub. Mandatsız qalan "Ümid"i "birləşmək" xofu hara qədər apara bilibsə, o birilər üçün də bundan artıq nəsə əldə etmək sadəcə ağılsızlıq olardı. 200-250, o da qohum-əqrəba, 50 manat pula satılanlar! Hər halda, P.Hüseyn üçün "birləşmək" amili bəlkə də başqa cürdür. Məsələn, özünün bazar təfəkkürü ilə fikirləşsək və onun keçmiş qarpızsatan olduğunu nəzərə alsaq, bu adam ona görə "birləşmək" istəyir ki, pul qazansın, qrantlardan yararlansın, "siyasi mühacir" biznesindən pay əldə etsin...

Samir

Digər xəbərlər