PDF Oxu

Müxalifət

  • 3 178

Xarici işlər nazirlərinin Moskvada görüşü keçiriləcək

image

Azər Badamov: "Sarkisyanın özü də başa düşür ki, status-kvonun saxlanılması qəbuledilməzdir və uzunmüddətli ola bilməz"

Müsahibimiz millət vəkili Azər Badamovdur

- Azər müəllim, aprelin 27-də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri ola bilər?

- Biz istəyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. İstəmirik ki, əlavə qanlar axıdılsın. Ona görə də münaqişənin həll olunması istiqamətində danışıqlar davam etdirilməlidir. Düşünürəm ki, hər bir danışığın müəyyən qədər əhəmiyyəti vardır. Görüşdə müəyyən məsələlər müzakirə olunur, kompromis yollar haqqında fikir mübadiləsi aparılır. Ən azından, danışığın aparılmasına razılıq münaqişənin həllində tərəflərin istəklərinin olmasının əlamətidir.

- Sizcə, bu günə qədər münaqişənin sülh yolu ilə həlli ilə bağlı masa arxasında oturmaqdan yayınan Sarkisyan rejimi nə baş verdi ki, 27 aprel görüşünə razılıq verdi?

- Münaqişənin sülh yolu ilə həll edilməsi ilə bağlı masa arxasında oturmaqdan yayınmasında Sarkisyanın məqsədi mövcud status-kvonu mümkün qədər uzatmaq istəyidir. Sarkisyanın özü də başa düşür ki, status-kvonun saxlanılması qəbuledilməzdir və uzunmüddətli ola bilməz. Çünki Azərbaycan heç vaxt işğalla razılaşmayacaq .Son günlər Azərbaycan Milli Ordusunda genişmiqyaslı hərbi təlimlərin keçirməsi müharibənin bir o qədər də uzaqda olmadığını göstərir. Sarkisyan bilir ki, yenidən müharibə alovlansa, Azərbaycan Ordusu hərbi potensialından geniş surətdə istifadə edəcək və düşmənə qarşı amansız olacaqdır. Düşünürəm ki, ona görə də, Sarkisyan rejimi danışıqlara razılıq veribdir.

- Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşünə bir vasitə ola biləcəkmi?

- Təbii ki, xarici işlər nazirləri ümumi məsələləri müzakirə edir, prezidentlərin görüşü üçün müəyyən məsələlər razılaşdırılır. Amma son sözü prezidentlər deyir. Düşünürəm ki, prezidentlərin görüşləri mütləqdir. Tərəflər görüşdən və münaqişənin prezidentlər səviyyəsində müzakirələrindən imtina etsələr, müharibə qaçılmazdır. Ermənistan isə Azərbaycanla müharibə aparmaq gücündə deyil . Ona görə də, prezidentlər görüşməli və görüşdə münaqişənin həlli istiqamətində müəyyən qədər irəliləyiş olmalıdır. Çünki Cənab Prezident deyib ki, biz görüş xatirinə görüşmək istəmirik.

GÜLYANƏ

Digər xəbərlər