Son günlər siyasi arenada baş verən qarşıdurmalar və çəkişmələr fonunda diqqət çəkən əsas mövzulardan biri də "mühacur biznesi" ətrafında müxaliflərin bir-birini ittiham etməsi, birinin digərini satqınlıqda, xəyanətdə günahlandırmasıdır. Vəziyyətin yenidən gərginləşməsi, onu deməyə əsas verir ki, növbəti mərhələdə müxalif partiyaların parçalanması qaçılmazdır. Maraqldır ki, bundan öz məqsədləri üçün istifadə edib önə çıxmamağı palanlaşdıran partiya sədrləri üzə çıxmağa başlayıb. Misal kimi AXP sədri Pənah Hüseyn kimi müxalif texnoloqlarının ideyası ilə müxalifəti yenidən birləşməyə, bir olmağa cəhdlərin göstərməsini göstərmək olar. Daha doğrusu, artıq KAXCP sədri Mirmahmud Mirəlioğlu, "Ümid" sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, "VİP" sədri Əli Əliyev P.Hüseynin təklifinə, könülsüz də olsa, razılıqlarını bildiriblər. Artıq S.Cəlaloğlu ilə Ə.Əliyev bir araya gələrək, ADP-"VİP" birliyinin yarandığını elan ediblər. Amma maraqlı məqam "birləşmə" məsələsində P.Hüseynin qeyri-səmimi olduğu bu vəziyyətdə görünür. Əcəba, müxalifətin birləşməsi təklifi ilə çıxış edən P. Hüseyn niyə özü ADP-"VİP" birliyinə qoşulmaqla daxili stereotipləri dağıtmağa meyil göstərməyib? Yoxsa S.Cəlaloğlu və ya Ə.Əliyevlə yol getməyi özünə sığışdırmır? Və yaxud "Qarabağ" blokunda S.Cəlaloğlu ilə eyni maraqları bölüşən İ.Ağazadə niyə ADP -"VİP" birliyini "çürümüş kötük, uğusuz partiya sədrlərinin mənasız birliyi" adlandırıb? İ.Ağazadənin ittihamı, onu deməyə əsas verir ki, "Ümid" sədri bacarığından daha böyük iddialara düşüb. Çünki İ.Ağazadə müəyyən dövr dağıdıcı müxalifət düşərgəsində özlərini "ana müxalifət" kimi təqdim edən qüvvələrin kurasiyasında çalışmaqla, gələcəkdə ona "böyük ümidlər" də veriblər. Amma baş verən proseslərin gedişi zamanı verilən ümidlərin heç də real olmadığını anlayan İ.Ağazadə "Müxalifətin Siyasi Azadlıq" blokundan istefa verərək, müstəqil mübarizəyə üstünlük verdi. Amma nəticə İ.Ağazadə üçün heç də ürəkaçan olmayıb. 2015-ci il də parlament seçkilərində uğursuzluğa düçür olmaqla, arxivlik olduğunu nümayiş etdirdi.
Pənah Hüseyn müxalifətin baş bəlasına çevrilir
AXP sədri P.Hüseynin birlik ideyasını ortaya atıb, özünün qaçıb gizlənməsi, onu göstərir ki, ideya heç də AXP sədrinin beyninin məhsulu olmayıb. Sifariş başqa ünvandan, konkret desək, Müsavat rəhbərliyibdən gəlib. Çünki P.Hüseyn birbaşa Müsavatın ideoloji- siyasi xəttini təbliğ edən və bu partiyanın tapşırıqlqrını yerinə yetirən şəxsdir. Birlik modelinin ortaya atılması ilə A.Hacılı və İ.Qəmbər bir növ P.Hüseyn vasitəsi ilə "Milli Şura"nın sədri Cəmil Həsənlinin və AXCP səri Ə.Kərimlinin nəbzini yoxlamağa, onların mövqelərini öyrənməyə çalışıblar. Gözləntilər özünü doğrultmadıqda, P.Hüseyn iddialarından bir növ imtina edib. Bu fakt, bir daha onu göstəriri ki, "Milli Şura" və Müsavat münasibətləri düşmənçilik müstəvisinə yüksəlib və bu baxımdan, müxalif düşərgənin heç bir perspektivi yoxdur. Diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavat yetkililəri müxalifətin birliyinin, konkret desək, P.Hüseynin ideyasının dəstəklənməməsinə görə, AXCP sədri Ə.Kərimlini ittiham edirlər. Müsavat funksionerlərinin sosial şəbəkələrdə Ə.Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham etmələrini göstərmək olar. Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacılı Facebookda paylaşdığı səhfəsindəki yazısında iddia edib ki, bölücülük fəaliyyətinin nəticələrinin əziyyətini Ə.Kərimli də çəkməkdədir: " "Milli Şura"nın 8 aprel mitinqinin də uğursuz alınması Ə.Kərimlinin səhv siyasətinin acı bəhrəsidir. Bunu başa düşsələr, müxalifətin güclənməsinə nail olmaq mümkündür".
Söz yox ki, dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsinin müxtəlif, həm də konkret səbəbləri var. Başlıcası hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəklərini vəd etmələri, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məqam və nəqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhrik etmələri və bu kimi səbəblərlə əlaqləndirmək olar. Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlərin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündən düşməsinin başlıca səbəbləri sırasına aid etmək olar. Mövcud faktlara baxmayaraq, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da dağıdıcı müxalifətin çirkin, yaramaz siyasətinyn dəyişməsinin mümükün olmadığını göstərir. Bu cür müxalifət məhvə məhkumdur, necə ki, bunun artıq bütün elementləri açıq şəkldə görünməkdədir. Yəni müxalif partiyalar parçalanma mərhələsini başa vurub, məhv olma dövrünə adlayıblar.
İ.ƏLİYEV