PDF Oxu

Müxalifət

  • 3 500

Trollarının manipulyasiya taktikası AXCP sədrinin "mühacir biznesi"ni ictimaiyyətdən gizlədə bilməyəcək

image

Son zamanlar AXCP sədri Əli Kərimlinin nəzarətində olan sosial şəbəkə resursları müxtəlif mövzular ətrafında manipulyasiya etməklə öz aləmlərində "siyasi terapiya" taktikasından istifadə edirlər. Gah erməni mətbuatında gedən informasiyaları "copy-paste" edirlər, gah da Milli Məclisdə qəbul edilən qanunları təhrif edib ictimaiyyətdə çaşqınlıq yaratmağa cəhdlər göstərirlər. Lakin sosial şəbəkələrdə gedən müzakirələrdən də, aydın görünür ki, Ə.Kərimlinin trollarında bu, heç də yaxşı alınmır. Çünki ayrı-ayrı sosial şəbəkə istifadəçiləri "Azadlıq" radiosunun, "Meydan" TV-nin, eləcə də, Ə.Kərimlinin şəxsi səhifəsində paylaşılan məlumatlara verdikləri şərhlər elə dağıdıcı müxalifətin trollarını çıxılmaz vəziyyətə salır. Məsələn, guya Azərbaycanda söz azadlığının olmaması ilə bağlı qondarma bir təşkilatın hesabatını yayır və trolları vasitəsilə manipulyasiyaya başlayırlar. Ancaq haqlı olaraq, onlara ünvanlanan "Əgər Azərbaycanda söz azadlığı yoxdursa, o zaman siz necə bütün günü şayələr, dezinformasiyalar yaya bilirsiniz" kimi sualların qarşısında aciz qalırlar. Görünən odur ki, Ə.Kərimlinin və onun ətrafının bu cür manipulyasiya oyunlarının qurmaqda bir məqsədi var: gizli fəaliyyətlərini ört-basdır etmək. Bu gizli fəaliyyət isə, təbii ki, "mühacir alveri" il bağlıdır.

"Mitinqdə iştirak elə, sonra səni Əli Kərimli xaricə göndərəcək"

Uzun illərdir ənənəvi müxalifətin "lider" kreslosunu işğal edən və pafoslu çıxışlarla özünü "demokrat" kimi təqdim etməyə çalışan Ə.Kərimlinin, əslində, hansı məkrli işlər gördüyü, artıq hər kəsə bəllidir. İndi məlum olur ki, "Yurd" sədri mühacirətə göndərdiyi şəxslərə "müxalifətçi arayış"ını 5000 dollara satır. Bunu isə Ə.Kərimlinin mühacirətə göndərdiyi şəxslər özləri deyir. Həmin arayışlar isə ölkə mətbuatına, məhz Avropada yaşayan azərbaycanlılar tərəfindən göndərilib. Ə.Kərimlinin rəhbərliyi ilə təşkil olunan mitinqlər də, məhz mühacirətə göndərmək üçün "müştəri" axtarışı vasitəsidir. Məsələn, heç də təsadüfi deyil ki, təşkil olunan mitinqlərdə adının çəkilməsini istəməyən gənc fəallar həmin aksiyada "hökumətə etiraz" etdiyini desə də, "Milli Şura"nın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz olmadığını etiraf etmişdi. O, AXCP sədrinə inanmadığını deyərək, hələ də ona verilən vədin yerinə yetirilməsini gözləyir: "Ə.Kərimliyə inanmıram. Bilirəm ki, hər zaman olduğu kimi, yenə də hamını aldadacaq. Sadəcə, dostlarım dedi ki, get, mitinqdə iştirak elə, sonra səni Ə.Kərimli xaricə göndərəcək. Mən də çalışıram ki, həmin arayışı alım və xaricə gedim. Dostum Ə.Kərimlinin yanında olan adamdır. O, mənə vəd verib ki, rəhbərliklə danışıb və onlar mənə arayış verəcəklər. Dostum dedi ki, o arayışın qiyməti 3000 manatdır. Mən nə zaman o pulu ödəsəm, arayışı verib məni xaricə göndərəcəklər".

AXCP sədrini elə AXCP-çilər ifşa edirlər

Ə.Kərimli isə gah sosial şəbəkədə, gah da nəzarətində saxladığı internet resurslarında bu sübutları təkzib etməyə çalışır, ancaq bu cəhdləri işə yaramır. Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək mümkün deyil. "Yurd" sədri də bunu anlamağa başlayıb və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Ə.Kərimlinin dediklərinə heç kim inanmır. Əvvəllər bu kimi məsələləri "Yurd"un öz media quruluşları gündəmə gətirirdi və bununla da, özlərinə müştəri yığırdılar. Ancaq artıq vəziyyət o yerə çatıb ki, "yurd"çuların özü belə Ə.Kərimliyə etiraz edir.

AXCP sədri Ə.Kərimlinin "miqrant alveri" ətrafında faktların ortaya çıxması səbəblərindən biri də, Avropada olan miqratların davasıdır. Belə ki, Avropada olan azərbaycanlı miqrantlar şəxsi ədavətləri nəticəsində, bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getmələri haqqında olan sənədlər yayılır və bu sənədlərin hər birində isə Ə.Kərimli imzası var. Məsələ o qədər gərgin hal alıb ki, artıq "Yurd" sədri də məsələdən baş aça bilmir və bütün sübutları təkzib etməyə çalışır.

Əli Kərimlini ifşa edənlər ölümlə hədələnirlər

Qeyd edək ki, Ə.Kərimlinin "mühacir biznesi", artıq çox səs-küy salıb. Çünki onun vasitəsilə xarici ölkələrə "gedənlər", bu gün təhdid də edilirlər. Elə Almaniyada yaşayan azərbaycanlı mühacirlərdən birinin dediyi kimi: "Ə.Kərimlinin "mühacir biznesi"nə nəzarət edən şəxslər əlimdə faktların olduğunu bilir və məni ölümlə hədələyir, şantaj edirlər. Ancaq yaxın zamanlarda bütün Azərbaycan ictimaiyyəti Ə.Kərimlinin və onun adamlarının hansı işləri hansı məbləğ qarşılığında gördüyünü biləcək".

Daha bir mühacir isə sonda Ə.Kərimli tərəfindən aldadıldığını anlayaraq, Azərbaycan Miqrasiya Mərkəzinin hazırda Almaniyada yaşayan rəhbəri Əlövsət Əliyevə müraciət edib. O isə, öz növbəsində, qarşılaşdığı qəribə hadisə barədə sosial şəbəkədə status yazıb: "Bir həmvətənimiz məsləhət üçün ofisə gəlmişdi. Əvvəlcə Almaniyada olan vəkillərindən şikayət etdi, iki vəkil dəyişib, sonra isə problemini danışmağa başladı". Müraciət edən şəxs bildirib ki, müxalif partiyanın üzvüdür. İki ildir ki, Almaniya hökuməti ona qaçqın statusu vermir. İmtina qərarı alandan sonra birinci məhkəməsini uduzub: "Şəxs bildirdi ki, qəzetdə müxalifətçi olmağı haqqında yazı da çap olunub. Amma alman hökuməti baxmır. Qəzetə baxdım, 7 ildir nəşr olunur və həmin yazı çap edilənə qədər cəmi 106 sayı çap olunub. Bu isə, o deməkdir ki, sözügedən qəzet ancaq belə yazıları çap etmək üçün nəşr edilir. Soruşdum ki, hansı müxalifət partiyasının üzvüsən və partiya üzvlüyünü təsdiq edən vəsiqən varmı? Cavab verdi ki, Ə.Kərimlinin partiyasının üzvüyəm, amma vəsiqəm yoxdur. Dedim ki, Əli bəy hansı partiyanın sədridir? Cavab verdi ki, Yeni Azərbaycan Partiyasının...".

Göründüyü kimi, AXCP sədri ifşa olunmaqdadır. Məhz ifşa olunub biznesindən məhrum olmaq qorxusu Əli Kərimlini şantaj, namipulyasiya, şər və böhtan yolunu seçməyə məcbur edib. Amma o da aydırdır ki, onun bu cür metodları keçməyəcək. Çünki Azərbaycan ictimaiyyəti, xüsusilə də, gənclər AXCP-nin qeyri-qanuni ticarət növü ilə məşğul olması barədə məlumatlıdır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər