PDF Oxu

Müxalifət

  • 6 384

Nemət Pənahlı Əbülfəz Elçibəyin "KQB" agenti olması ilə bağlı sənəd yaydı- FOTO FAKT!

image

Nemət Pənahlı özünün facebook səhifəsində mərhum AXCP sədri Əbülfəz Elçibəy haqqında sensasion sənəd paylaşıb. Belə ki, Nemət Pənahlı bu fikirlərin Əbülfəz Elçibəy tərəfindən 6.2.1975-ci ildə yazıldığını iddia edir. N.Pənahlı sənədin surətini paylaşmazdan əvvəl belə bir cümlə də yazıb: "Çoxsaylı insanların xahişlərini nəzərə alaraq, bu tarixi sənədin surətini və mətnini sizlərə təqdim edirəm". Ə.Elçibəy tərəfindən imzalanan sənəddə yazılanları olduğu kimi təqdim edirik: "Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü doğrultmaq üçün mənə güzəştə gedib, imkan yaradasınız. Söz verirəm ki, bundan sonra hər yerdə dövlət və partiyanın leninçi siyasi xəttini ardıcıl müdafiə edib onun həyata keçirilməsinə səylə çalışacağam. Xahiş edirəm ki, qanun daxilində mənim Sov.İKP sıralarında qalmağıma kömək göstərəsiniz".

Maraqlıdır ki, Ə.Elçibəyin uzun illər leninizmə qarşı mübarizə apardığını iddia edənlər N.Pənahlının bu faktı qarşısında aciz qalıblar. Ə.Elçibəyə yaxınlığı ilə seçilən mənbələrdən əldə olunan informasiyalarda da göstərilir ki, həqiqətən də, sənəd Elçibəyin xətti ilə qələmə alınıb, öz qolu, imzasıdır. Məsələnin ən biabırçı tərəfi isə odur ki, İlqar Babayev adlı AXCP üzvü N.Pənahlının paylaşdığı fakta etiraz edərək yazıb ki, həmin dövrdə "KQB"yə agentlik eləmək satqınlıq deyildi.

Samir

Digər xəbərlər