PDF Oxu

Müxalifət

  • 4 025

Guya iynə atsan, yerə düşməzmiş

image

Köşə

Tutaq ki, Əli Kərimlinin çağırışına uyan 150-200 nəfər "Məhsul" stadionuna gəlmədi, 10 manatlıq cəbhçiləri də mitinqə gətirmək mümkün olmadı.., o zaman nə baş verəcək? "Milli Şura"nın sədri Cəmil Həsənli "on minlərlə adam məni müdafiə edir, ideyalar(?)ımın arxasınca gəlir" deməklə, nəsə düzələcəkmi? Rəsul Quliyev düz deyir də, AXCP sədrinin "ağlı" qədər "ağıl" sahibi olanlar mitinqdə olmasa, C.Həsənli gərək tribunaya çıxıb, "Şahqulu" bəy kimi özbaşına danışsın. Dediklərindən belə çıxır ki, mitinqdə iynə atsan, yerə düşməzmiş. Amma orada olanlar yaxşı bilirlər ki, nəinki iynə, mitinqin ortasından helikopter və hətta teplavoz da keçirmək olardı.

Bunların dediyi kimi, əgər mitinqdə on minlərlə adam iştirak etmişdisə, o zaman "Məhsul" stadionu niyə dolmadı? Axı bu stadion cəmi 20-25 min adam tutur. İndi görün iş nə yerə çatıb ki, 12 il öncə "rəngli" inqilablardan fərəhlənən Ə.Kərimli mavi rəngdən imtina edərək, narıncı qalstuk vurub oturmuşdu AXCP-nin qərargahında... Hər cəbhəçidən də 10 manatdan yığıb, hərəsinə bir qalstuk tikdirmişdi. Mən 7-ci sinifdə oxuyanda, bu adamdan eşitdiyim sözləri indi də eşidirəm.

Dünən Eldəniz Quliyevin evində xırda toplanrı keçirən Ə.Kərimli ABŞ-ın Şimali Koreyaya hücum planlarından danışıb, hətta Cənubi Koreyada keçirilən hərbi təlimləri Qafqaz üçün mühüm amil adlandırıb. Beləsini qınamaq da olmur, bir adam ki, Trampla Kim Çen İnnin söz atışmasından mədət uma... Kəlbəcər işğal olunan gün Elçibəy "eybi yox, biz Çində bayrağımızı sancacağıq" demədimi?

İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovdan, ölümündən bir müddət öncə, müsahibə alırdım. Yəqin bilirsiniz ki, S.Həmidov birinci Qarabağ müharibəsi vaxtı Tərtər rayonunun icra hakimiyyətinin başçısı olub. Söhbət gəldi "Ləl-Cəvahir" Fonduna çıxdı, elə fondun adını eşidən kimi S.Həmidov tez əlini telefona atıb Ə.Kərimliyə, ardınca da P.Hüseynə zəng elədi. AXCP sədri telefonu açan kimi S.Həmidov soruşdu: Əli bəy, bəlkə jurnalistin sualına sən cavab verəsən, jurnalsit "Ləl-Cəvahir" Fonduna yığılan 850 kq qızılın taleyini soruşur. AXCP sədri "a kişi, get işinlə məşğul ol" deməklə kifayətləndi. Arıdnca da P.Hüseynə zəng etdi, o da bu sözü eşidən kimi, başladı İ.Həmidovu söyməyə ki, səni o öyrədib, ona görə mənə zəng eləmisən. İndi deyəndə ki, Ə.Kərimlinin Türkiyədə şirkətləri var, inanmırsız. Eləcə də, Azərbaycanda müxtəlif qohumlarının adına açdığı böyük gəlir gətirən obyektləri və formaları da vardır. O vaxt Rəhim Qazıyev nə vaxt Prezident Aparatına gəlirmişsə, Ə.Kərimli əsgər getməyə qorxduğundan, qaçıb gizlənirmiş. Başı qızılları çantalarla Türkiyəyə daşımağa qarışmışdı. Qohumların bir strukturda işləməyini indi "pis hal" adlandıran Ə.Kərimli bu qızıllardan onunla eyni strukturda işləyən arvadının və qohumlarının yaxa-yuxasına az taxmamışdı.

Nigar Qarasoylu adlı bir cəbhəçi qız mənə məktub ünvanlayıb, məktubu olduğu kimi nəzərinizə çatdırıram: "Qəzetdə yazmısınız ki, "Nida"çılar ayda Xədicə İsmayıldan 400-500 manat maaş alır. Mənim də adımı çəkmisiz. Biz Azərbaycanın ən parlaq gəncləriyik. Şəxsən mən özümü bayırda qoyacam və bunun sənə dəxli yoxdur. Kimlə bir yatağa giririk, ölkəni kimə satırıq, əcəb edirik...".

Əslində, bu "xanım" X.İsmayıl, İ.Qəmbərin, Ə.Kərimlinin mövqeyini ifadə edib. Əvvəla, bu xanımca, görəsən, bilirmi ki, o, mənə bu məktubu kafedə yazarkən, mən də qonşu masada oturmuşdum. Yanında da X.İsmayil! Nə diktə edirdisə, onu da yazırdı... O ki qaldı Nigarın "parlaq" gənc olmağına.., düz deyir, ölkəni satmağı özünə şərəf bilən belələrinin gələcəyi çox "parlaq"dır, "ulduz"ludur, təki otel ulduzuna çevrilməyəsən. Di bunu da arzulayırsansa, bu da bəkeş!

Samir

Digər xəbərlər