PDF Oxu

Müxalifət

  • 5 487

Müxalifət xalqdan kənarda mövcud olan siyasi qrupdur

image

Bu, artıq bir faktdır ki, son 25 ildə müxalifət milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Məhz adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai-siyasi proselərdə uğur qazana bilməyiblər, içtimai dəstəkdən məhrum olunublar. Xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digər qaraguruhçular, hər dəfə ayrı-ayrı dövlətlərdə xoşagəlməz hadisələr baş verəndə, özlərinin varlığını sübut etmək üçün fəallaşır və diqqət mərkəzinə çevrilməyə çalışırlar.

Müxalifətin ideya və təklifləri cəmiyyət üçün maraqsızdır

Sosial bazasının yoxluğu üzündən dağıdıcı müxalifət neçə vaxt idi ki, mitinq, küçə yürüşü və digər aksiyalar keçirə bilmir. "Milli Şura"- AXCP çütlüyü aprelin 8 - də mitinq keçirsə də uğursuzluğa düçar oldu. Çünki içtimai rəy bu qüvvələrin mitinq çağrışına rədd cavabı verdi.

Hazırkı məqamda isə dağıdıcı müxalifətin əsas müzakirə etdiyi mövzu 2018-ci ildə keçiriləcək prezident seçkiləri məsələsi ətrafında müzakirələr qurmasıdır. Hətta müxaliflər indidən "vahid namizəd" məsləsinin həll etmək üçün təklif və ideyalarla çıxış edirlər. Söhbət etdiyimiz müsahiblərimiz seçkilərə hələ il yarım qalmasına baxmayaraq, müxalifət yetkililərinin indidən "vahid namizəd" məsələsi ətrafında müzakirələr qurmalarını onların abnormal durumda olmaları ilə əlaqələndirdilər.

"Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan partiayalar pərakəndə bir halda olduqlarından, onalarlın hansısa prinsipial məaləsədə ortaq mövqeyə gəlmələri qeyri-mümkündür: "Müxalifətin bir ayara gəlməsi üçün uzun müddətdir ki, həmin qüvvələr çalışırlar, amma heç bir nəticəsi olmur. Belə olan halda da, müxalifətdə olan digər siyasi partiyaların liderləri bu cür məsələlərdən istifadə edərək, həmin düşərgədə olan digər siyasi partiyaları öz ətrafında birləşdirməyə çalışırlar. Lakin müxalifətin birləşməsi real görünmür. Ümumiyyətlə, müxalifət liderlərinin biri-birinə nifrət etmələri onların süqutunu bir qədər də yaxınlaşdırır. Əgər bir yerdə nifrət varsa, onda həmin yerdə hər hansı bir irəliləyişin olmasından söhbət gedə bilməz. Gərək ölkədə keçirilən seçkilərdə qalib gəlmək üçün xalq tərəfindən dəstəyin olsun. Amma müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur ki, ölkədə keçirilən seçkilərdə qalib gəlsin. Belə olan halda da, müxalifətin seçkilərdə uğur qazanmasından söhbət gedə bilməz".

Müxalifət partiya sədrləri bir-birinə nifrət edirlər

"Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da müxalifət partia yetkililərinin mehriban düşmənlər olduqlarını bildirdi. Qeyd etdi ki, müxalifət nə vaxt mehriban olub ki, indi də olsun: "Sadəcə olaraq, müxalifət lidelərinin özlərinə sərf edəndə və xarici qüvvələrin tapşırığı olanda, onlar hansısa bir məsələ ilə bağlı bir araya gəlirlər. Amma bu da, çox uzun çəkmir. Artıq uzun illərdir ki, müxalifət ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Amma buna baxmayaraq, yenə də müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallara dalaraq, 2018-ci ildə keçiriləcək seçkilərə indidən hazırlıq görürlər. Əlbəttə ki, onların seçkilərə indidən hazırlıq görməsinin heç bir nəticəsi olmayacaq. Yəni hər zaman olduğu kimi, bu seçkilərdə də müxalifət məğlub olacaq. Çünki onların Azərbaycan xalqı tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin var olub-olmaması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitcə öz yerində otursun".

GÜLYANƏ

Digər xəbərlər