PDF Oxu

Müxalifət

  • 3 939

Cəmil Həsənli Əli Kərimli ilə yollarını ayırır

image

Tahir Kərimli: "Dağıdıcı müxalifətin xaricdəki qüvvələrlə əlaqələri də zəifləyib"

Məlum olduğu kimi, "Milli Şura" deyilən qondarma qurum aprelin 30-da mitinq keçirməyi planlaşdırsa da, sonradan irəli sürdüyü təklifindən imtina etdi. Bu fakt, bir daha onu göstərir ki, dağıdıcı müxalifətin yarıtmaz qanadı olan "Milli Şura"nın rəhbərliyi uğursuzluqla nəticələnən 8 aprel aksiyasının nəticələrinə əsaslanaraq, növbəti biabırçılıqdan suğortalanmağa çalışıb. Söhbət etdiyimiz Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli də planlaşdırılan aksiyanın sonradan təxirə salınmasını Əli Kərimlinin və Cəmil Həsnlinin özlərinə inamsız yanaşmalarının sübutu kimi qiymətləndirdi: "Milli Şura"da toplaşan şəxslər özlərini biabır edirlər. Çünki onların bu günə qədər keçirdikləri aksiyaların, heç bir nəticəsi olmayıb və olmayacaq. Fakt budur ki, cəmiyyətdə heç kəs onları dəstəkləmir. Bu baxımdan da, dəfələrlə səslənib ki, bunlar ümummilli təşkilatlar deyillər. Yəni bunlar, artıq koporativ partiyalardır. Digər tərəfdən də, müxalifət düşərgəsində elə özləri öz aralarında o qədər dava-dalaş yaşayırlar, hətta bilmirlər ki, partiaya quruculuğunu həyata keçirsinlər, yoxsa aralarında olan "razborkanı" davam etdirsinlər. Bu gün "Milli Şura" Müsavatla, Müsavat AXCP ilə gərgin qarşıdurma vəziyyətindədir. Ona görə də, müxalifət təmsilçiləri bu cür acınacaqlı vəziyyətə düşüblər. Əgər bir təşkilatda mehribançılıq yoxdursa, onda həmin yerdə hər hansı bir irəliləyişin olmasından söhbət gedə bilməz. Yaxşı olardı ki, həmin şəxslər özlərinin öz daxili problemlərinin həlli ilə məşğul olsunlar".

T.Kərimlinin sözlərinə görə, "Milli Şura" deyilən qondarma qurum təmsilçiləri aprelin 30-da mitinq keçirməyi planlaşdırısalar da, sonradan irəli sürdükləri təklifindən imtina etməklə, bir daha öz gücsüzlüklərini nümayiş etdirdilər: "İnsanlar artıq bunların şüarlarından, bu cür yersiz hərəkətlərindən bezib. Bu baxımdan, aksiya keçirsələr belə, içtimaiyyət onlar, heç bir dəstək verməyəcək".

"Mitinqin təxirə salınmasına görə, "Milli Şura" ilə xarici himayədarları arasında soyuq münasibətlərin gərgin xarakter alacağını demək olarmı" sualına cavab olaraq T.Kərimli bildirdi ki, mitinq keçirmək istəyən partiyalar, şübhəsiz ki, xaricdə olan havadarları ilə daima əlaqədə olurlar: "Məsələ orasındadır ki, dağıdıcı müxalifətin xaricdəki qüvvələrlə əlaqələri də zəifləyib. Yəni xaricdəki havadarları bunlardan imtina etməyə başlayıblar. Çünki bu qüvvələr xaricidə olan qüvvələrə o vaxt sərf edərdi ki, bunlar müəyyən güc kimi təşkil olunsunlar. Hər hansı bir tapşırığı yerinə yetirə bilməyəndən sonra, onda həmin qüvvələr də bunlardan imtina edir. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin inkişafına, gücünə və qüdrətinə kölgə salmaq istəyən həmin xarici qüvvələr, artıq başa düşürlər ki, onlar daxildə olan qüvvələrə nə qədər yardımlar etsələr də yenə də sonda öz istəklərinə çatmayacaqlar".

"Məlumata görə, Əli Kərimli Cəmil Həsənlinin fikrini nəzərə almadan mitinq şousu yaratmaqdan çəkinib. Sizcə, Cəmil Həsənli bu qədərmi Əli Kərimli üçün əhəmiyyətsiz şəxsdir" sualına cavab olaraq, T.Kərimli qeyd etdi ki, "Milli Şura" AXCP-nin və Ə.Kərimli ətrafında birləşən qüvvələrdən ibarətdir: "Sadəcə olaraq, "Milli Şura" formal xarakter daşıyır. "Milli Şura" deyilən qurumda AXCP-nin tərəfdarlarından başqa, heç kəs qalmayıb. Ona görə də, "Milli Şura"da əsas söz sahibi Ə.Kərimlidir. Sadəcə olaraq, C.Həsənli öz formal rəhbərliyini "Milli Şura"nın görüntüsünü yaratmaqdan ötrü davam etdirir".

GÜLYANƏ

Digər xəbərlər