PDF Oxu

Müxalifət

  • 3 550

Müxalifətin yenidən birləşməsi yalnız xülya ola bilər

image

"Bunlar ancaq o zaman birləşə bilərlər ki, onları maliyyələşdirən xarici havadarlarının tələbi və istəyi olsun"

Zaman-zaman müxalifət düşərgəsində müxtəlif yönümlü blok və qurumlar mövcud olub. Amma partiya sədrlərinin iddiaları həmin qurumların dağılmasına gətirib çıxarıb. Baxmayaraq ki, müxalifətin bağlı olduğu xarici maraqlı dairələr blok və qurumların ən azı müəyyən mərhələyə qədər fəaliyyət göstərməsini arzu ediblər. Hətta bunun üçün böyük məbləğdə maliyyə vəsaitləri də ayırıblar. Ancaq bütün cəhdlərə və xarici dəstəyə baxmayaraq, müxalif qurumlar iddialı partiya sədrlərinin girovuna çevrildiklərindən, dağılıblar. Bu cür faktların fonunda bəzi partiya sədrləri yenə də müxalifətin ümumi birliyinə nail olmaq üçün təkliflərlə çıxış edirlər. Bu günlər eyni iddia və təkliflə ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı Arif Hacılı və AXP sədri Pənah Hüseyn çıxış ediblər. Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli isə bundan sonra müxalifətin hansısa blokda birləşməsinin qeyri-mümkün olduğunu bildirdi. Səbəbini isə, düşərgə daxilində həlli mümkün olmayan problemlərin mövcudluğu və partiyalararası ciddi qarşıdurmalarla əlaqələndirdi: "Müxalifət partiya funksionerlərinin birinin dediyi söz və irəli sürdüyü təklif digəri tərəfindən qəbul edilmir. Bu da müxalifətin bir araya gəlməsini mümkünsüz edir".

M.Rəhimli onu da bildirdi ki, müxalifət düşərgəsində birlik yaradılsa belə, bu yalnız xaricl qüvvələrin istəyi olduğundan, süni xarakter daşıyacaq. Süni yaradılan birlik isə, siyasi prodelərdə uğur qazana bilməz. Yəni bu cür süni birləşmələr olarsa, onda həmin birləşmələrin nəyə xidmət etməsi qaranlıq məsələdir: "Ayrılıqda fəaliyyət göstərən müxalifət partiyaları fərqli maraqlara qulluq edirlər. Yəni patiya sədrlərinin maraqları hər şeydən öndədir. Bu baxımdan, müxalifətin bir araya gəlməsindən söhbət gedə bilməz".

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da bizimlə söhbətində müxalifətin bir araya gəlmək istəyinin yalnız arzudan başqa bir şey olmadığını bildirdi: "Müxalifət partiya sədrləri öz düşərgələrində kiminsə ondan bir az qabaqda olmasını həzim eləmir. Demək olar ki, artıq uzun illərdir ki, müxalifət düşərgəsində "ana" müxalifət uğurunda mübarizə gedir. Məhz bu mübarizə müxalifət düşərgəsində cidd konfiliktlər yaradıb".

T.Novruzov faktlara istinad edərək bildirdi ki, müxalifət partiya sədrləri müxalifət düşərgəsində əsas söz sahibi olmaq üçün biri digərini sıradan çıxarmağa çalışır. Bunun üçün ən iyrənc vasitə və üsullardan istifadə etməkdən də çəkinmirlər. Belə olan halda, mehriban düşmənlər hər hansı bir birlikdə heç nə olmamış kimi necə birləşə bilərlər? Bunlar ancaq o zaman birləşə bilərlər ki, onları maliyyələşdirən xarici havadarlarının tələbi və istəyi olsun. Buna onların razılıq vermələri boş ciblərini doldurmaq məqsədi daşıyır. Ümumiyyətlə, müxalifət partiya sədrlərinin heç vaxt birləşə bilməyəcəklər".

GÜLYANƏ

Digər xəbərlər