PDF Oxu

Müxalifət

  • 3 634

Əli Kərimli yediyi qaba tüpürə bilmir

image

Yaxud radikal müxalifət nə üçün AŞPA-nın qərəzli qərarlarına etiraz etmir?

Hər zaman vətənpərvərlikdən, torpaq sevərlikdən dəm vuran radikal müxalifətin vətənsevərliyini uzun müddətdir ki görə bilmirik. Azərbaycanda siyasi maraqları olan Avropa dairələri ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirdikdə radikal müxalifət düşərgəsi, xüsusən də, AXCP sədri Əli Kərimli nəinki etiraz edir, hətta düşmənlərin dəyirmanına su tökməkdə davam edir. Bu da onu göstərir ki, Ə.Kərimli yediyi qaba tüpürə bilmir. Elə AŞPA-nın Azərbaycana da təsiri olan Türkiyə ilə bağlı qərarı da bu baxımdan istisna təşkil etmədi.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı qəbul etdi. Bu, Avropanın qardaş ölkəyə qarşı illərdir apardığı təxribat planlarının yeni mərhələsi oldu. Azərbaycan ictimaiyyəti AŞPA-nın bu qərarına kəskin etirazını bildirdi. Sual olundu ki, Türkiyəyə qarşı ikili standartların daha bir nümunəsi - Avropa Türkiyədəki Konstitusiya İslahatları üçün keçirilmiş referendumdan ciddi narahatlıq duyursa, bəs işğal edilmiş Azərbaycan torpaqlarında - qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "referendum"u nə üçün pisləmədilər? Çünki işğalçı Ermənistan xristian ölkəsidir və bunun məntiqi nəticəsi olaraq Avropadakı xristian təəssübkeşliyi davamlı olaraq islamofobiyaya və qatı millətçiliyə çevrilir.

Sirr deyil ki, AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Elə Azərbaycanla da əlaqədar qondarma "siyasi məhbus" oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirirdi. Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə etmişdir? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdmüşdür. Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşmişdir. Bu gün islam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyillərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!

Azərbaycanın ictimai-siyasi xadimləri bu məsələyə konkret mövqe bildirdilər və AŞPA-nın qərarını qərəzli və ədalətsiz hesab etdilər. Lakin radikal müxalifər, nəinki münasibət bildirmədi, hətta dəstəklədi belə. Bütün bunlar onu göstərir ki, Ə.Kərimli Avropadakı anti-türk, islamofob dairələrlə sıx iş birliyindədir. Əgər belə olmasaydı, özünü "ana müxalifətin" lideri hesab edən "siyasətçi" kimi məsələyə milli maraqlar prizmasından yanaşar, qəti mövqe ortaya qoyardı. Amma ictimaiyyət bunu görmədi və bir daha aydın oldu ki, Ə.Kərimli anti-Azərbaycan, anti-türk və islamofob dairələrdən qidalanır və onların sifarişlərini yerinə yetirir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər