PDF Oxu

Müxalifət

  • 10 756

Ermənilərin Xədicə İsmayılı ürəkdən dəstəkləmələrinin sirri

image

ANALİTİKA+FAKT

"Azadlıq Radiosu"nun əməkdaşı daim ermənilərin müdafiəsini öz üzərində hiss edib və bu səbəbdən də, özünü erməni maraqları yönümündə göstərib

Bəlli olduğu kimi, mayın 3-də Dünya Mətbuat Azadlığı Günündə məşhur "əl-Cəzirə" TV-nin ingilisdilli saytında "Azadlıq Radiosu"nun əməkdaşı, eyni zamanda, özünü "hüquq müdafiəçisi" kimi tanıtmağa cəhd edən Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib. X.İsmayıl həmin məqalədə gözlənildiyi kimi, qərəz və böhtanları ilə hakimiyyətə qarşı arqumentsiz fikirlər səsləndirib.

Bunun ardınca tanınmış jurnalist Azər Həsrətin "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş məqaləsi dərc edilib. "Əl-Cəzirə" isə hər iki yazını fərqli mövqe kimi yayımlayıb.

"Araşdırma jurnalistikasının artan önəmi" yazısına tutarlı "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" cavabı

Qeyd edək ki, A.Həsrət yazısında, Azərbaycanda medianın durumu ilə bağlı X.İsmayıldan fərqli mövqe ilə çıxış edərək, Azərbaycan dövlətinin söz azadlığı və mediaya göstərilən diqqət və qayğıdan, mütəmadi olaraq, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün faktlara toxunub. Təbii ki, A.Həsrətin əsl reallığı əks etdirən məqaləsi daim Azərbaycanın dövlətçilik və milli maraqlarına qarşı çıxışları ilə yadda qalan X.İsmayılı təmin edə bilməzdi və gözlənildiyi kimi o, A.Həsrəti məqaləsinə görə hakimiyyətin sözçüsü adlandırıb və "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" yazısının, məhz özünün "Araşdırma jurnalistikasının artan önəmi" yazısına cavab olduğunu bildirib: "Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də, o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir".

Eni Vandaryan Xədicə İsmayılın müdafiəsinə ona görə qalxdı ki...

Göründüyü kimi, X.İsmayılın narahatlığına səbəb onun yalanlarının ifşa olunmasıdır ki, bunu A.Həsrət əsaslı faktları ilə üzə çıxarıb və ifşa edib. Bu ifşanın ardınca daha maraqlı detallar üzə çıxmağa başlayıb. Məsələn, azərbaycanlı media nümayəndələri X.İsmayılın qərəzli və böhtanlı yazısına, eyni zamanda, A.Həsrətin ona verdiyi cavabına hər hansı bir münasibət göstərməmiş, Ermənistan jurnalistləri dərhal X.İsmayılın müdafiəsinə qalxıblar. Məsələ ondadır ki, Ermənistanın ictimai-siyasi fəallarından və yazarlarından biri olan Eni Vandaryan adlı tvitter istifadəçisi paylaşım edərək, A.Həsrətə qarşı X.İsmayılı müdafiə edən münasibət göstərib. SİTAT: "Azərbaycan hakimiyyətinə loyallığının əvəzində, bu günlərdə İndoneziya səfərilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu A.Həsrətin yazısı".

Beləliklə, ortada olan fakt budur ki, X.İsmayılla ermənilərin Azərbaycan dövlətinə qarşı fikirləri kifayət qədər üst-üstə düşür və bu, heç də təsadüfi sayıla bilməz. Çünki hələ bir müddət öncə, bizim tərəfimizdən X.İsmayılın ana tərəfdən erməni kökünə bağlı olması barədə məlumatlar və faktlar ictimai rəyin diqqətinə çatdırılıb. Hətta bununla bağlı bəlli olub ki, X.İsmayılın dayısı Rusiyada ermənipərəst lobbi təşkilatlarının birində aparıcı şəxslərdəndir.

Erməni qanının daşıyıcısı!

Xatırlatmaq yerinə düşərdi ki, X.İsmayılın ana tərəfdən erməni olduğunu müxalifətçi Elman Türkoğlu (Bayraqdar) da iddia etmişdi. Xatırlatma: "Xədicə İsmayıl ata tərəfdən deyil, ana tərəfdən ermənidir. Amma buna baxmayaraq, onun həqiqi soyadı İsmayılyandır. Çünki onun damarında erməni qanı axır. O, Azərbaycan jurnalistikasının ən pozğun əməkdaşı və üz qarasıdır. Onun internetdə zəncilərlə və digərləri ilə etdiyi əməlləri mənə bu ifadəni işlətməyə məcbur edir" . Bu linkdən həmin açıqlamanı yenidən izləyə bilərsiniz (http://sia.az/az/news/politics/434631-elman-turkoglu-xedice-ismayil-azerbaycan-jurnalistikasinin-uz-qarasidir).

Bu da son deyil, X.İsmayılla erməni dostlarının yaxın əlaqələri Azərbaycanın milli-dölvətçilik maraqlarına qarşı çoxsaylı çıxışları ilə yadda qalıb. Həmin faktlardan birini də dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdik.

Xədicə İsmayıl Dağlıq Qarabağın Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı keçirilən konfranslarda irəli sürülən sübutlara qarşı ermənilərlə birgə etiraz edib!

Məsələn, 2014-cü ilin 24 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında "Fundamental azadlıqlar" mövzusu müzakirə olunurdu. Tədbirdə çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa hazırlaşsa da, özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı "müstəqil və demokratik ölkə" kimi təqdim etməsinə etiraz əlaməti olaraq, mövzusunu sırf Ermənistan üzərində qurmuş və Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoymuşdu. Erməni çıxışçıya xitab edərək "Dağlıq Qarabağı müstəqil ölkə adlandırıb, burada əyləşənləri aldatmayın. Burada oturan heç kəs, heç Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Ağlınızı başınıza toplayın" deyərək, rəsmi Yerevanın qəddar siyasətini sərt tənqid etmişdi.

ADİHİ rəhbəri Əhməd Şahidov çıxış edərkən, azərbaycanlı jurnalist X.İsmayıl 10-a yaxın erməni dostuna işarə etmiş və onlar Əhməd Şahidovun arxasında düzülərək, arxalarını ADİHİ rəhbərinə çevirərək, bir növ onun çıxışına etiraz etmişdilər. Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirmiş və Ermənistan hakimiyyətini ifşa etmişdi.

Yəni bütün bunlar faktdır və X.İsmayılın mövzu ilə bağlı müdafiəsində nəyə görə, məhz ermənilərin canfəşanlıq göstərmələr pərdəarxası məqamları növbəti dəfə üzə çıxıb. Bu baxımdan, əgər X.İsmayıl A.Həsrəti hakimiyyətin adamı kimi təqdim edirsə, burada hər hansı bir xəyanətkarlıq izini görmək mümkün deyil. Çünki A.Həsrət ən azından, öz dövlətinin maraqları kontekstindən çıxış edir.

X.İsmayılın damarlarında erməni qanı daşıması, dost və aşnalarının da erməni olmaları səbəbindən, Azərbaycan dövlətinə və milli maraqlarına qarşı çıxması əsl xəyanətdir. Əlbəttə ki, əgər bu məsələdə kimlərsə X.İsmayılı müdafiəyə qalxırsa, onların da milli xəyanətkar olmaları faktı ortaya çıxmış olur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər