PDF Oxu

Müxalifət

  • 4 095

"Milli Şura"nın buraxılması real görünür

image

Teyyub Qənioğlu: "Müsavat başqanı Arif Hacılı da bundan məharətlə istifadə edir "

Daxili çəkişmələr, partiyalararası qarşıdurmalar müxalifət düşərgəsində həlli mümkün olmayan ciddi problemlər yaradıb. Siyasi analtiklərin də qeyd etdikləri kimi, müxalifətin böhranlı vəziyyətdən çıxması qeyri-mümkün görünür. Mövcud reallıqlara baxmayaraq, AXCP və Müsavat kimi dağıdıcı qaragühçular müxtəlif çirkin vasitə və üsullardan istifadə etməklə, o cümlədən, pozuculuq aktları törətməklə, ən azı gündəmdə qalmağa, mətbuatın diqqət mərkəzinə çevrilməyə çalışırlar. "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, AXCP və Müsavat partiyası hakimiyyətə gəlmək üçün ermənilərlə belə iş birliyinə getməkdən və əməkdaşlıq əlaqələri qurmaqdan çəkinmirlər: "Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan qüvvələr öz məqsədlərinə çatmaqdan ötrü xaricdə olan bəzi siyasi qüvvələrdən dəstək gözləyirlər. Ümumiyyətlə, istənilən siyasi qüvvələr öz məqsədlərinə çatmaq üçün özlərinin ideyalarını cəmiyyətə və yaxud da ətrafa yaymaq haqqında daim düşünürlər. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycana olan marağın artmasına gətirib çıxarıb. Bütün dünya ictimaiyyəti Azərbaycanda baş verən hadisələri izləyir. Bu baxımdan, müxalifətin təmsilçiləri çalışırlar ki, özlərinin ideyalarını beynəlxalq ictimaiyyətə çatdırsınlar. Çünki hər kəsin diqqəti Azərbaycandadır. Ancaq onlar dərk etmirlər ki, aparılan mübarizə millətin və dövlətin mənafeyinə ziddirsə, buna getmək qəti şəkildə olmaz".

"Müsavat başqanı Arif Hacılı "Milli Şura"nın qeyri-rəsmi sədri Əli Kərimli ilə olan konfliktlərini daha çox mətbuat müstəvisinə çıxartmağa meyil göstərir. Sizcə, bunun siyasi anlamı nədən ibarətdir" sualına cavab olaraq, T.Qənioğlu bildirdi ki, bütün dünyada belədir ki, bir-birinə rəqib olan qüvvələr öz rəqibini istənilən vasitələrlə sıradan çıxartmaq, gözdən salmaq haqqında daim düşünür: "Bunun üçün də müxtəlif vasitələrdən istifadə edirlər. Çünki başqa auditoriya yoxdur. Yəni müxalifət düşərgəsində özünə rəqib olan şəxsi sıradan çıxartmaq üçün cəmi bir auditoriya qalıb ki, o da KİV-lərdir. Müsavat başqanı Arif Hacılı da bundan məharətlə istifadə edir. Düzdür, müxalifət partiya sədrləri, biri digərindən üstün olmaq üçün, artıq uzun illərdir ki, mübarizə aparırlar. Aparılan bu mübarizənin də hər hansı bir nəticəsi görünmür. Görünür, nə qədər ki, müxalifət düşərgəsində olan Müsavat və AXCP-nin partiya rəhbərliyində həmin şəxslər təmsil olunur, bu mübarizə də o vaxta qədər davam edəcəkdir. Yəni müxalifət partiya sədrləri arasında birincilik uğurunda gedən bu mübarizənin sonu yoxdur. Demək olar ki, bunların barışması mümkün olan məsələ deyil. Çünki bu şəxslərin biri-birinə güzəştə getmələrindən söz belə gedə bilməz. Belə olan halda, heç olmasa iksindən biri tamamilə sıradan çıxmalıdır. Amma indiki şəraitdə müxalifət meydanı didişmələr məkanına çevrilib. Belə olan halda da, bundan sonra da uzun müddət AXCP və Müsavat arasında birincilik uğurunda gedən bu mübarizənin şahidi olacağıq".

GÜLYANƏ

Digər xəbərlər