PDF Oxu

Müxalifət

  • 15 580

Müxalifət xarici qüvvələrin əlində oyuncaq kuklaya çevrilib

image

Tahir Kərimli: "Həqiqətən də, bu, faktdır ki, müxalifətin mitinq çağırışına ancaq öz qohumları səs verir "

Zaman-zaman müəyyən pozucu qüvvələr, xüsusilə də, "beşinci kolon" ölkəmizdə pozuculuq aktları törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərib. Ancaq mövcud faktlar sübut edir ki, xaricdən təlimat alan bu antimilli qüvvələr öz məkrli istəklərinə nail ola bilməyiblər. Çünki xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan təntənəli mərasimdə dağıdıcı ünsürlər barədə demişdir: "Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" və xüsusilə, bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır".

Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dağıdıcı müxalifətinə verdiyi qiymət tamamilə doğru idi. Yəni müxalifət düşərgəsini təmsil edən qüvvələri ölkəmizdə xoşagəlməz hadisələr törətmək istəyirlər: "Beşinci kolon" Azərbaycan dövlətinin çox pis gündə olmasını arzulayır və bunun üçün çalışır. Bu qüvvələr olmayan gücləri ilə çalışırlar ki, Azərbaycan dövlətinin inkişafına və əldə etdiyi uğurlara kölgə salsınlar. Amma onların nə istəmələrindən və nə etmələrindən asılı olmayaraq, bu qüvvələr inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlara heç nə edə bilməyəcəklər. Pislik elə onlara qalacaq. "Beşinci kolon" məkrli, pozucu qüvvələr xarici havadarlarının əlində idarə olunan alətə çevrilib. Həqiqətən də, bu, faktdır ki, müxalifətin mitinq çağırışına ancaq öz qohumları səs verir".

T.Kərimlinin sözlərinə görə, Azərbaycan xalqı xarici qüvvələrin əlində oyuncaq kuklaya çevrilən müxalifəti dəstəkləmir və dəstəkləməyəcək: "Çünki xalq müxalifətin nə oyunlardan çıxdığını çox yaxşı bilir. Yəni xalqımız yaxşını pisdən ayırmağı bacarır. Müxalifət düşərgəsini təmsil edən qüvvələr xaricdə olan havadarlarından asılıdır. Ona görə də, həmin müxalifət qüvvələri xarici havadarlarının göstərişlərini gözləyirlər. Bunun qarşılığında onlar xarici qüvvələrdən pul alırlar. Onsuz da bütün dünya dövlətləri Azərbaycanın güclü dövlət olduğunu çox gözəl bilir. Lakin bəzi xarici və daxili qüvvələrin bu cür yersiz hərəkətlərə əl atması onlara baş ucalığı gətirməz. Əlbəttə, Prezident İlham Əliyev müxalifətin nə etdiyini və hansı məkrli planlar qurduğunu cox yaxşı bilir. Bu baxımdan da, Prezident İlham Əliyev müxalifətə qarşı bu cür faktlara əsaslanan fikirlər söyləyir və onların iç aləmlərini çılpaqlığı ilə cəmiyyətə çatdırır".

Gülyanə

Digər xəbərlər