PDF Oxu

Müxalifət

  • 4 400

Müxalifətin "siyasi məhbus" savaşı-bütün tərəflər məğlub oldu

image

SİYASİ RAKURS

Qarşıdan gələn seçki ili isə dağıdıcıların sonu olacaq

Ötən ildən dağıdıcı müxalifətdə başlanan "siyasi məhbus" siyahısı uğrundakı savaş hər iki tərəfin ağır məğlubiyyəti ilə başa çatdı. Daha dəqiq desək, AXCP-"Milli Şura" cütlüyü ilə siyasləşmiş QHT-lər və "hüquq müdafiəçiləri" arasında baş tutmayan anlaşma tərəflər arasındakı uçurumu daha da dərinləşdirmiş oldu. Bir tərəfdən Ə.Kərimlinin, digər tərəfdən isə Xədicə İsmayılın və Leyla Yunusun qarşıdurmaları, o cümlədən, qondarma siyahılardakı say iddialarının, sadəcə, yalan olduğunu sübuta yetirdi. Beləliklə, diskusiya və qarşılıqlı anlaşmanın mövcud olmadığı bir vəziyyətdə "siyasi məhbus" siyahısı adı altında pul qazanmaq arzusunda olan dağıdıcıların bu arzularını ürəklərində qoymuş oldu.

Başqa tərəfdən, daha bir fakt isə budur ki, siyasiləşmiş QHT-lərlə yanaşı, özlərini "ana müxalifət" partiyaları kimi zorla ictimai rəyə sırımağa çalışan partiyalar da, bu mənada, ciddi zərbə aldılar. Buna səbəb isə, əlbəttə ki, bir-birlərinin sözlərinin, maraqlarının digərlərinin boğazlarından keçməməsidir. Ümumiyyətlə, yaranan təəssürat ondan ibarətdir ki, ənənəvi dağıdıcı müxalifət təşkilatları, nəinki bir araya gəlmək istəmirlər, hətta imzalarının eyni sənəddə olmalarını da rədd edirlər. Daha dəqiq desək, hətta adi bir bəyanata müxalifət imza atarkən, orada öz əbədi və əzəli düşməninin imzasını görmək belə istəmir. Bu, özünü kifayət qədər sübuta yetirmiş danılmaz faktdır.

Əslində isə, bu gün ölkədəki siyasi-ictimai vəziyyət də sübut edir ki, dağıdıcı düşərgənin mövcudluğu lazımsız bir şeydir. Çünki xalq da bu cür şəxsi mənafe və maddi maraqlarını güdən müxalifətdən imtina edir.

Buxarlanma və yoxa çıxma...

Dağıdıcı düşərgədə yığılıb-qalan illərin qıcığı və aqressiyası daxili çəkişmələrdə buxarlanıb, yoxa çıxır. Beləliklə, bu buxarlanma, bütövlükdə düşərgənin də buxarlanmasına gətirib-çıxarır. Hətta bunu elə müxalifətin öz dilindən də eşitmək mümkündür. Bu gün bir çox düşərgə təmsilçiləri müxalifət hakimiyyətə qarşı deyil, öz siyasi həmfikirlərinə qarşı savaş açdığını etiraf edirlər. Nəticə etibarilə, bu faktoru dərk edənlər sonda bir-birlərini "hakimiyyətə işləyirsən" ittihamı ilə suçlamaqla işlərini bitmiş hesab edirlər.

Fakt budur ki, güclü olan və xalq-hakimiyyət birliyini qoruyub-saxlamağı bacaran iqtidar düşərgəsidir

Düzdür, ölkədə normal, konstruktiv, dövlət maraqlarını qoruyan müxalifət partiyaları da var ki, onları ənənəvi düşərgə ilə eyniləşdirmək olmaz. Yəni istər "siyasi məhbus", istərsə də başqa məsələlərdə normal müxalifət dağıdıcıları rədd edir, onların təkliflərini qəbul etmədiklərini bəyan edirlər. Nəticədə, hakimiyyət qarşısında ifrat dərəcədə zəif görünən müxalifət bir-birinə qarşı savaşda amansızlıq nümayiş etdirir. Sanki müxalifət hakimiyyətə deyil, bir-birinə güclü olduğunu nümayiş etdirməyi qarşısına məqsəd qoyub. Düşərgə "liderləri" özünün "güclü" olmasını sübut etmək istəyir. Bu isə, göründüyü kimi, onların siyasi arenadan çıxdaş olmalarını daha da sürətləndirmiş olur.

Fakt budur ki, güclü olan və xalq-hakimiyyət birliyini qoruyub-saxlamağı bacaran iqtidar düşərgəsidir.

Qarşıdan isə, növbəti seçki ili gəlir. Belə olan məqamda düşərgədə yeni müxalifət seçki blokunun yaradılacağı real görünmür. "İctimai Palata", "Milli Şura" kimi qurumlar yarandı və heç nə edə bilmədi. Əksinə, düşərgə daha da parçalandı. Məhz bu cür vəziyyətdə, qarşıdan gələn seçkilər düşərgə üçün sonuncu il olacaq. Artıq buna heç bir şübhə yoxdur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər