Onlar daim ermənipərəst qurumların əlində oyuncaq olub
Amacları satqınçılıqdan və xəyanətkarlıqdan yoğrulan, müxalifətin üzüqara liderləri Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digərləri ölkəmizindən kənara çıxan kimi xalqımız və dövlətimiz əleyhinə anti-təbliğat kampaniyası aparırlar. Sual yaranır: dağıdıcı müxalifətin öz millətinə və dövlətinə qərəzi nədən irəli gəlir?
İstər İ.Qəmbər, istərsə də A.Hacılı uğursuz siyasi fəaliyyətləri boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub və gündəmdə qalmaqdan ötrü əsassız və məntiqsiz ifadələr işlədərək, ictimaiyyətin onları dəstəkləyəcəyini düşünüblər. Ancaq görünyü kimi, yanılırlar. Bu adamlar, artıq 24 ilə yaxındır ki, ətraflarında alqı-satqı cəmiyyəti qurublar. Baxın, hər ikisi iddia edir ki, 2018-ci il guya "Müsavat ili" olacaq. Sağlam düşüncəli ictimaiyyət, normal insanlar onun bu tipli bəyanatlarını yalnız istehza və gülüşlə qarşılayırlar. İ.Qəmbər kimi A.Hacılı iki onillikdən çox bir müddətdə hakimiyyət davası aparıb, lakin arzularını reallaşdırmağı bacarmayıbsa, rəhbərlik etdikləri partiyanı parçalanmalardan, qopmalardan, kütləvi istefalardan, kəskin narazılıqlardan qoruya bilməyibsə, onun bəlli iddiası necə gerçəkləşə bilər?
Elbəy Həsənli: "Arif Hacılı partiyada "pripiska" üsuluna keçib"
Bu gün Müsavatda baş verənləri isə ən yaxşı təhlil edən Müsavatın təbliğatçısı Elbəyi Həsənli partiyanın başqanı A.Hacılının ünvanına tənqidi fikirlər səsləndirib: "Müsavat Partiyasının məhvə doğru getməsinin səbəkarı yeni başqan A.Hacılıdır. Çünki Müsavat partiyasının başqanı dağıdıcı mövqedədir. Məhz Tofiq Yaqublu kimi, yəni birləşdirici fiqur olmalıydı. A.Hacılı isə dağıdıcıdır. Ona görə də, Müsavatın tifaqı xaraba qalıb. Tofiq bəy deyir ki, parçalanmışı yenidən birləşdirməyə çalışacaq. Bunun adı gopologiyadır. A.Hacılı başqan olandan sonra partiyanın az qala bütün elitası təşkilatı tərk edib, bir nəfər də tanınmış sima bu partiyaya daxil olmayıb. Elə bu səbəbdən də, A.Hacılı sovet dönəmindəki kolxoz sədrləri kimi pambıq "pripiska"sına keçib".
Bu yerdə iki ay bundan öncə, İ.Qəmbər-A.Hacılı ilə bağlı "facebook"da bir kollaj yayımlanmışdır. Həmin kollajda görünən o idi ki, bir başın yarısı A.Hacılının, yarısı isə İ.Qəmbərin idi. Əslində, bu şəkil çox mətləblərdən xəbər verirdi. Amma bu kollajla da iş bitmirdi. Görünən odur ki, Müsavat daxilində çəkişmələr nəticəsi olaraq bu gün partiya birdəfəlik yox olmaq ərəfəsindədir. Çünki satqınlıq, xəyanətkarlıq və riyakarlıq İ.Qəmbərin boyuna biçildiyi kimi, A.Hacılının da həyat tərzinə çevrilib.
Bu yerdə böyük mütəfəkkir şair Hüseyn Cavidin ibrətamiz sözlərini yada salmaq istərdim: "İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis!"
Rəfiqə HÜSEYNOVA