PDF Oxu

Müxalifət

  • 4 291

Öz xeyrini güdən bədnam məxluq

image

KÖŞƏ YAZISI

Ölkədə baş verən istənilən ən kiçik hadisəyə, hətta məişət olayına belə, siyasi don geyindirmək AXCP sədri kimi tanınan bədnam məxluq - Ə.Kərimlinin köhnə şakərlərindəndir desək səhv etmərik. Ona görə köhnə şakərlərindəndir ki, bu fərd "siyasi fəaliyyətini", məhz bu kimi məsələlər üzərində quraraq, şəxsi dividendlərini güdür.

Elə bu günlərdə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı özünün "facebook" səhifəsində o, "ağıllı" görünmək istəmişdir. Bu, heç də təəccüb doğurmur. Bu, o Ə.Kərimlidir ki, həmişə müəyyən neqativ halları az qala "bəşəri" və "qlobal" problem kimi qabardaraq, gah keçirdiyi iclaslarında, gah da sosial şəbəkələrdə münasibət bildirməklə, siyasi məşğuliyyəti üçün yenilik əldə etməyi hələ də bacarmayıb. Hətta sabah, kimsə özünü nakam sevgisi səbəbindən Xəzər dənizinə atsa belə, yenə də Ə.Kərimli düşəcək ortaya ki, bunun günahı hakimiyyətdədir (?!-R.H.). Bu baxımdan, belə bir tərzdə tərsinə düşünənlərə insan deyil, məxluq deyirlər. Çünki məxluqlarda normal anlama, hadisəni təhlil etmək və düşüncə şüur qabiliyyəti olmur.

"Vicdan" deyilən amildən uzaq Ə.Kərimli

Bu yerdə tərsinə qeyd etmək istərdim ki, düşünən məxluq Ə.Kərimlidən "vicdan" deyilən amil də uzaqdır. Çünki məxluqlarda normal anlama, hadisəni təhlil etmək, şüur və qabiliyyəti olmur. Yaxşı olardı ki, məxluq Ə.Kərimli "alabaş" avtobuslarına doldurularaq, hərbi bilgisi olmayan gəncləri və yeniyetmələri, hətta hərbi komissarlıqların xəbəri olmadan, qaynar cəbhə bölgələrinə göndərərək, təpədən-dırnağadək silahlanmış rus-erməni hərbçilərinin qabağına yollamaları haqda çox sevdiyi "facebook" sosial şəbəkəsində yazsın. Yazmır... Çünki bilir ki, ləyaqətsizlik simvoluna çevrilən bu məxluq sərt cavab alacaq. Çünki onun nə isə yazıb-yazmaması, ondan fərqli olaraq, normal düşünməyi bacaran, hadisələrə düzgün qiymət verən sağlam ruhlu ictimaiyyəti qətiyyən maraqlandırmır və buna ehtiyac da yoxdur. Ona görə də, Ə.Kərimli kimi antimilli ünsürün səsini birdəfəlik kəsmək lazımdır. Bu məxluqun yazı dağarcıqları onun sifarişinə əsasən, yazılır.

Bu səbəbdən də, adıçəkilən məxluqun hər hansı "düşüncəsi" elə onun özü kimi tərs düşünən məxluqların marağında ola bilər ki, bu da çox maraqsız və cılız məsələdir.

RƏFİQƏ

Digər xəbərlər