PDF Oxu

Müxalifət

  • 4 299

"Burası dəqiqdir"

image

Elşən Musayev: "Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, son vaxtlar müxalifətin bir qədər fəallaşdığı və siyasi səhnədən silinmiş Eldar Namazovun, Rəsul Quliyevin, Rüstəm İbrahimbəyovun və digərlərinin peyda olmaları başladığı müşahidə edilir. Sizcə, bu, nəyin əlamətidir?

- Adını çəkdiyiniz insanların hamısı fürsətcil xislətə malikdirlər. Onları xalq, millət deyil, öz maraqları düşündürür. Həmin maraqlar da kənardan pul və qrant vasitəsilə təmin olunanda proses başlayır. Yəni bütün hallarda bu şəxsləri kənardan təlimatlandıranlar var. Heç nə təsadüfən baş vermir. Nə aktivləşmə, nə də qəfil ortalığa çıxma. Düzdür, planın, trayektoriyanın haralarda cızıldığını deyə bilmərəm. Amma pulu və tapşırığı verən hər kimlərdirsə, Azərbaycanın qatı düşmənləridir, ölkəmizin bugünki sabit, stabil vəziyyətini həzm edə bilməyənlərdir. Burası dəqiqdir.

- Sizcə, arxivlik olan müxalif funksionerlərinin yenidən aktiv siyasətə qayıtmalarına Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının və digərlərinin münasibəti necə ola bilər? Onların həmin şəxslərlə əməkdaşlıq etməsi mümkündürmü?

- Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii ki, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də eyni gündədirlər, eləməsələr də.

- Növbəti il prezident seçkiləri keçiriləcək. Müxalifətin indidən bu seçkilərə hazırlaşdığı müşahidə edilir. Müxalifət diqqəti cəlb etmək üçün pozuculuq aktlarının seriyasını artıra bilərmi?

- Mümkündür ki, artsın. Amma bir şərtlə ki, xaricdən pulları gəlsin. Azərbaycanın dağıdıcı müxalifəti heç bir zaman ideoloji xətt üzərində mübarizə aparmayıb. Ona görə belə deyirəm. Pul, qrant olanda azacıq dirçəlirlər, olmayanda isə, gedirlər qış yuxusuna. Pulları gəlməsə, heç mitinq və aksiya təyin edəcəklərinə də inanmıram. Amma gəlsə, ən azından artistlik cəhdini edəcəklərinə şübhəm yoxdur. Həm də, bekar adamlardır, işləri-gücləri yoxdur. Üstəlik, bunların erməni lobbisindən və ya digər anti-Azərbaycan qüvvələrindən maaş almaları yeni məsələ də deyil. Dəfələrlə də təsdiq olunub ki, müxalifətin möhtəkir, radikal və uğursuz qanadının hakimiyyət hərilsiyi onları bütün yaramazlıqlara sövq edib. Müxaliflər düzələn məxluqlar deyil. Keçmişdə nə olublarsa, indi də odurlar. Fəqət, nə təxribat törətsələr, nəyə cəhd etsələr, qarşısı alınacaq. Bunu əminliklə deyirəm.

GÜLYANƏ

Digər xəbərlər