PDF Oxu

Müxalifət

  • 4 126

Mühacir biznesinin "kralı"

image

Əli Kərimli - insan, yoxsa iblis?..

Ataların gözəl deyimi var: "Qozbeli qəbir düzəldər". AXCP sədri Ə.Kərimlinin "siyasi karyerasına" nəzər salmaq kifayətdir ki, onun insan olmadığına tam əmin olaq...

Uzun illərdir ənənəvi müxalifətin "lider" kreslosunu işğal edərək, pafoslu çıxışlarla özünü "demokrat" kimi təqdim etməyə çalışan AXCP sədri Ə.Kərimlinin hansı "yuvanın quşu" olduğunu izah etməyə ehtiyac duymuruq. Faktlar və dəlillilər bunu bir daha təsdiqləyir.

Mitinqə çıxanlara arayış vədi

Digər bir məqam isə, "Yurd" sədrinin biznesinin çökməsin deyə təşkil olunan mitinqlərin etirazla qarşılanması da təsadüfi deyil. Məlum faktdır ki, mitinqə çağrılan adamların böyük bir hissəsi, məhz mühacirətə getmək üçün gəldiklərini, bununla bağlı onlara Ə.Kərimli tərəfindən təminat verildiyini bildirirlər. AXCP sədri isə "mühacir biznesinin" "kralı"dır. Monopoliya altına alınan bu "biznes"ə ənənəvi müxalifət liderləri və birbaşa Ə.Kərimli nəzarət edir. Bu biznesin çiçəklənməsində maraqlı olan da elə Ə.Kərimlidir. Çünki onun şəxsi büdcəsinin bir hissəsi də, məhz bu biznesdən gələn gəlirlər hesabına dolur.

Ən qəribəsi isə odur ki, Ə.Kərimli özünü bütün bu faktlardan xəbərsiz kimi göstərərək, AXCP-ni "Rəsulzadə-Elçibəy" ideya-siyasi xəttinə qaytaranları, elçibəyçilik ideologiyası əsasında yenidən quranları ittiham edir. Ancaq hər kəs bilir ki, bu günə qədər mühacirətə gedənlərin sənədlərində, məhz Ə.Kərimlinin imzası var. Elə bu günlərdə cəbhəçi gənc, AXCP Xətai rayon şöbəsinin üzvü Tural Hüseynovun (Azərtürk) şikayəti Ə.Kərimlinin iç üzünü bir daha üzə çıxırdı. T.Hüseynov müraciətində bildirib ki, bir neçə ay bundan əvvəl, ailəvi olaraq Avropaya getmək üçün sənəd düzəldən işbaz alverçilərlə əlaqə yaratmağa çalışıb. Az müddət sonra T.Hüseynov Hollandiyada mühacir həyatı yaşayan, "Turan" TV-nin (rəhbəri hazırda Fransada yaşayan "Azadlıq" qəzetinin baş redaktoru, AXCP funksioneri Qənimət Zahiddir-red.) efirində "Cəbhə xətti" verilişinin aparıcısı, özünü insan haqları müdafiəçisi kimi tanıdan, AXCP-çilərlə sıx əlaqəsi olan Fikrət Hüseynli ilə əlaqə yaradıb. Qarşı tərəf onun istəyini həyata keçirmək üçün 5700 dollar pul istəyib. İlk növbədə, tapşırıb ki, pulu avroya çevirsin, T.Hüseynov tapşırılan kimi edib. Lakin Macarıstan səfirliyi ona və həyat yoldaşıma viza icazəsi versə də, iki körpə övladına icazə verməyib. Fikrətin ona yaratdığı problemlərdən, danışdığı yalanlardan cana doyan T.Hüseynov sonda hər şeydən bezib, Avropaya getmək fikrindən daşınıb və pulunu geri tələb edib".

Göründüyü kimi, "mühacir biznesi" məsələsində AXCP-nin və onun rəhbəri Ə.Kərimlinin adı yenə də "qırmızı xətlə" keçməkdədir.

Bütün bunlara rəğmən sübutları və faktları təkzib etmək bir yana, "Yurd" sədri həyasızcasına özünə bəraət qazandırmağa çalışır. Ancaq Ə.Kərimli və ətrafındakı zombi dəstəsi, mənfəətbaz qaragüruhçular bilməlidirlər ki, xalqı bir dəfə, uzağı iki dəfə aldatmaq olar. Ancaq üçüncü dəfə xalq üzünüzə tüpürəcək. Çünki Ə.Kərimli xəyanət və satqınlıq etməyi adi hal hesab edir.

Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmurlar. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də, məhz odur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər