PDF Oxu

Müxalifət

  • 4 276

İsa Qəmbər Müsavatdan imtina edə bilər

image

Siyasi uğurlardan və içtimai dəstəkdən məhrum olan dağıdıcı müxalifət hədəflərini və istiqamətini dəyişdiyini sərgiləyir. Yəni müxalifət başbilənləri bu dəfə sosial şəbəklər vasitəsilə diqqəti özlərinə yönəltməyə çalışırlar. Amma proseslər onu diqtə edir ki, siyasi fəaliyyətə başlayandan bu günə qədər bir-biri ilə birincilik uğrunda "amansız müharibə" aparan bu məxluqlar yenə də dinc durmayacaqlar. Yenə də bir-birini gözdən salmaq üçün ənənəvi ittiham vasitələrindən istifadə edəcəklər. Daha doğrusu, artıq bunun ilkin nəticələri baş verməkdədir. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrin ulduzuna çevrilməsini həzm edə bilməyən Müsavat başqanı Arif Hacılı, ACP-nin keçmiş lideri Rəsul Quliyev və digərləri müxtəlif metodlardan yararlanmaqla kimsədən zəif olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Təbii ki, bu qovğa və qarşıdurmalar sonda ciddi problemlərin yaranmaslna gətirib çıxaracaq. Yəni təcrübə bunu deməyə əsas verir. Beləcə, "düşmənçilik" hissləri sıravi üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar, bir partiyadan digər partiyalara transferlər baş verir. Diqqət çəkən məqam ondan ibarətdir ki, son günlər tarixin arxivinə atına Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri peyda olaraq müyyən təşəbbüslrlə və ideyalarla çıxışlar edirlər. Burada maraqlı sual yarnır: ağıllarına deyil, ağızlarına gələni deməklə gündəmə gəlməyə ümid edən arxivliklərlə Ə.Kərimli, İ.Qəmbər, Arif Hacılı əməkdaşlıq edəcəklərimi? Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, sözügedən şəxslər öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də eyni gündədrlər, eləməsələr də".

Araşdırmalara və proseslərə əsasən, demək olar ki, hazırkı mərhələdə daha cox AXCP-Müsavat qarşıdurması diqqəti çəlb edir. Xüsusilə də, Müsavatın "Milli Şura" deyilən qondarma qurumdan çıxmasından sonra iki partiya arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur. ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, müxalifətin ciddi iflasa uğramasının başlıca günahkarı AXCP və Müsavatdır. "Bu partiyaların bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə "Demkonqres"in, "Azadlıq" siyasi blokunun, "SİDSUH"un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub" - deyə S.Cəlaloğlu bildirib.

Bir sözlə, görünən odur ki, AXCP ilə Müsavat arasında qarşıdurma sağalması mümkün olmayan xəstəliyə çevrilib. Bunun müalicəsi isə, hələ ki, mümkün deyil. Aradabir Müsavatın və ya AXCP-nin bəlli funksionerləri əllərində hazır reseptlə Qərbə və ABŞ-a dərman axtarışı üçün üz tutsalar da, nəticəsiz geri qayıdıblar. Səbəb yenə də, hər iki partiya yetkilisinin boyunlarından böyük iddialarla çıxış etmələridir. Düzdür, A.Hacılı bir qədər bic tərpənərək, özünün "birləşdirici partiya sədri" olduğunu göstərmək üçün Ə.Kərimliyə birgə blok yaratmaq və ya birlikdə etiraz aksiyaları keçirmək təklifləri ilə müraciətlər edib. Amma Ə.Kərimli də az aşın duzun olmadığını, A.Hacılının fikirlərinin arxasında dayanan məkrli məqsədi anladığından, onun təkliflərini dəyərləndirməkdən imtina edib.

Müxalifət partiyalarının perespektivi yoxdur

Müxalifətin partiayalarıarası qarşıdurmalar, həm də, partiyalardaxili qarşıdurmalarla davam etməkdədir. Bunun bariz nümunəsini Müsavatda cəryan edən qalmaqalı istefalarla görmək olar. Çoxları hələdə baş verən istefaların səbəbini A.Hacılının başqanlığa yaramamsı ilə əlaqələndirsələr də, əslində, başlıca səbəb yığılıb qalan problemlərin yeni dönəmdə qabarıq şəkildə üzə çıxması ilə bağlıdır. Çox maraqlıdır ki, A.Hacılı Müsavatdaxili vəziyyətə özünə məxsus şəkildə don geyindirməyə uğursuz cəhdlər göstərir. Bildirir ki, baş verənlər fikir plüralizmi və demokratik dəyişikliklərin nəticəsidir. Müsavat başqanının müavini Osman Kazımov, A.Hacılının qardaşı Mustafa Hacıbəyli, Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı və digərləri utanıb-çəkinmədən A.Hacılıya haqq qazandırır, istefaları təbii proseslər kimi qiymətləndirirlər.

"ADR" hərəkatının sədri Qubad İbadoğlu isə iddia edir ki, Müsavatın dağılmasının günahkarı A.Hacıldır: "Müsavat partiyası bir qrupun, bir ailənin nəzarətindədir. Partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına və nüfuzunun itirilməsinə gətirib çıxardı. İndiki şərtlərlə partiyanı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur, bu isə Müsavatda yox dərəcəsindədir. Bütövlükdə, Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar".

Müavinləri də Arif Hacılıdan narazıdırlar

Baş verən maraqlı proseslər fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavatın keçmiş başqanı İ.Qəmbər parçalanmalara və dağılmalara seyirçi yanaşma nümayiş etdirir. Yəni daşdan-dəmirdən səs çıxır, İ.Qəmbərdən çıxmır. Sanki belə də olmalıdr. Bu isə, təbii ki, A.Hacılını qane etmir. Həm də İ.Qəmbərin A.Hacılıdan imtina etməsi, yeni imkan yaranacağı təqdirdə, başqanılığa qayıtması kimi başa düşülür. Bu fikiri möhkəmləndirən məqamlardan biri də, son vaxtlar İ.Qəmbərin önə cıxaraq "Milli-Strateji Düşüncə Mərkəzi" adından bəyanatlar verməsi və populist fikirlər səsləndirməsidir. Ona görə də, demək olar ki, İ.Qəmbər Müsavat başqanlığına qayıtmaq fikrindədir. Bu, baş verməyəcəyi təqdirdə isə, o, Müsavatdan imtina edə bilər. Çünki Müsavatda qalması onun əl-qolunu bağlayır. Həm də baş verən qalmaqallı hadisələri və qopmaları aradan qaldıra bilmədiyindən onun hədəflərini alt-üst edir. Yəni qınaq obyekti yardır. Məlumata görə, İ.Qəmbərin uzaqlara hesablanan bu gedişinə A.Hacılının müavinləri Səxavət Soltanlı və Yadigar Sadıqov da dəstək verirlər. Mənbəmizin dediyinə əsaslansaq, Qubad İbadoğlunun rəhbərlik etdiyi təşkilatdan da İ. Qəmbərə dəstək verənlər var. Bütün bunlara əsaslanaraq, o fikri yürütmək olar ki, İ.Qəmbər yaxın vaxtlarda Müsavatdan imtina edərək, "Demokratik Düşüncə Mərkəzi"ni partiyaya çevirdiyini elan edəcək. İ.Qəmbərin ayrılması A.Hacılı üçün çətin olsa da, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər başqan kimi fəaliiyətini davam etdirəcək. Ən azı, ona görə ki, xarici maraqlı qüvvələr indidən gələn il üçün maliyyə vəsaitləri ayıracaqları vədləri ilə çıxış edirlər. A.Hacılı isə bu fürsətdən imtina etmək fikrində deyil.

İ.ƏLİYEV

Digər xəbərlər