PDF Oxu

Müxalifət

  • 3 942

"Bu utanvcerici haldır və qınanmalıdır"

image

Mütəllim Rəhimli: "Müxalifət partiya sədrləri arasında xarici qüvvələrə işləyənlər var"

Son vaxtlar müxalifətin bir qədər fəallaşdığı və siyasi səhnədən silinmiş Eldar Namazovun, Rəsul Quliyevin, Rüstəm İbrahimbəyovun və digərlərinin peyda olmağa başladıqları müşahidə edilir. Bəzi ekspertlər bunu müxalifət düşərgəsində mövcud olan durğunluqdan istifadə edərək, tarixin arxivinə atılmış bəzi siyasətçilərin, yenidən peyda olaraq, önə çıxmağa cəhdi kimi qiymətləndirirlər. Amma bu məqamda sull yaranır: iddialı və təkəbbürlü AXCP sədri Ə.Kərimli, Müsavat başqanı A.Hacılı, Müsavatın keçmiş başqanı İ.Qəmbər R.Quliyevin, E.Namazovun, R.İbrahimbəyovun onların düşərgəsində meydan sulamasına imkan verəcəklərmi? "Ədalət" partiyasının aparat rəhbəri Mütəllim Rəhimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalif düşərgədə birliyin olmamasının başlıca səbəbi biri digərinin önə çıxmasına qısqanclıqla yanaşmasıdır: "Təəssüflər olsun ki, bir çox hallarda siyasi arenada təmsil olunan qüvvələrin müəyyən hissəsi xarici qüvvələrlə əməkdaşlıq edirlər. Hansı ki, həmin xarici qüvvələr ölkəmizdə öz istəklərini müxalifət partiya sədrləri vasitəsilə həyata keçirmək istəyirlər. İndiki halda kimlərinsə aktivləşməsi siyasi proseslərdə yeniləşmə demək deyil".

M.Rəhimlinin sözlərinə görə, müxalifət düşərgəsində təmsil olunan bəzi qüvvələrin ölkədə pozuculuq aktları həyata keçirməyə cəhd etməsi ictimai rəydə onlara olan nifrət hissini bir qədər də artırır: "Onlar üçün şəxsi maraqlar milli maraqlardan öndədir. Bu bağışlanması qeyri-mümkün olan xəyanətdir. Belələri mütləq cəzlandırılmalıdır. Əslində, müxalifət ümummilli məsələlərdə vahid bir mövqedən çıxış etməlidir. Hələlik, biz bunu onların fəaliyyətlərində görmürük. Ona görə də, bəzi qüvvələrin hansısa məsələ ilə bağlı fürsətçilik gözləməsi heç də yaxşı hal deyil".

M.Rəhimli onu da qeyd etdi ki, bu gün dünyanı idarə etmək iddiasında olan beynəlxalq güclər, Azərbaycan və digər ölkələrdə alternativ qüvvələri həmişə əllərində saxlamaq istəyirlər. Bunun üçün də əllərindən gələni əsirgəmirlər: "Bu da müxalifətdə olan siyasi qüvvələrdən təşkil olunur. Ona görə də, təkcə seçkilər ərəfəsində və ya digər hadisələr zamanı müəyyən müxalif qüvvələrin aktivləşməsi və onlara verilən maliyyə vəsaitlərinin artırılması heç də təsadüfi deyil. Bu, hətta onların fəaliyyəti ilə də bağlı deyil. Yəni bu, kənarda onların sahiblərinin yönləndirdikləri siyasətin nəticəsidir. Ona görə də, ölkədə keçirilən hər hansı seçkilər zamanı siyasi proseslərə hansı yollasa təsir etmək üçün bloklaşma və birləşmə halları müşahidə edilir".

"Ədalət" partiyasının funksioneri bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan bəzi qüvvələr siyasətə və oturduqları sədrlik kreslosuna gəlir mənbəyi kimi baxırlar: "Hazırkı məqamda müxalifət düşərgəsində partiyalararası qarşıdurmalar və funksionerlərin bir-birinə qarşı kəskin ittihamlarala çıxış etmələrinin səbəbi də birincilik əldə etmək və bunula da xarici qüvvələrdən daha çox maliyyə yardımı almağa hesablanıb. Bu, utanverici haldır və qınanmalıdır".

GÜLYANƏ

Digər xəbərlər