PDF Oxu

Müxalifət

  • 4 392

Cəfəng iddialar müxalifətin həyat tərzinə çevrilir

image

Dövr və zaman dəyişsə də, görünən odur ki, Azərbaycanın dağıdıcı müxalifəti köhnə təfəkküründə və düşncəsində qalmaqdadır. Yəni müxalifət hələ də müasir dövrün yenilikləri, qlobal dəyişiklikəri ilə ayaqlaşa bilmirlər. Hələ də meydan təfəkkürü ilə yaşamaqda və fəaliyyət göstərməkdədirlər. Bu da, təbii olaraq, müxalifətin siyasi proseslərdə uğursuzluğa düçar olmasını şərtləndirən fakta çevrilir. SSR-nin dağılmasını şərtləndirən kodekslə məsləni qeyd etsək, fikrimizin əsaslı ola biləcəyini demək olar. Yuxarılar aşağıların, aşağılar isə yuxarıların təkliflərini, istək və tələblərini qəbul edə bilmədiklərindən, SSRİ dağıldı. Eyni ilə, Azərbaycan müxalifətində də yuxarılarla aşağılar arasında ciddi qarşıdurmalar mövcuddur. Bu baxımdan, aşağılardan başlayan istefalar yuxarılara doğru adlamqdadır. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün müxalif partiyaların rəhbərliyinə yeni simailar, yeni qüvvələr gəlib. Bir növ belə şəxsləri bəxtlərini, yəni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmaq olar. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədilklərindən uğursuzluğa düçür olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində bunu görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar.

Yenilik yalnız ikinci - üçün tip şəxslərin başqanlığa və ya kollegial orqanalara gətirilməsi deyil, bütövlükdə, idealogiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır. Hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Bir qədər əvvəl ADP-ə "Ümid" və "VİP" yeni dəyişikliklərə can atdılar. Hətta bu istiqamətdə müzakirələr də apardılar. Ancaq bu partiya sədrləri arasında aparılan müzakirələrin nəticəsiz qalması, düşərgə daxilində proseslərin istiqamətini dəyişdirib. Müxalifət qazanının dibini yalayan ekspertlər də etiraf edirlər ki, ciddi iradə ortaya qoyub, dəyişikliklərə gedilməsə müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxaran anormal vəziyyət düşərgədə ciddi problemlərin yaranmasına gətirib çıxaracaq.

Ziddiyyətlər Əli Kərimlini bitirəcək

Proseslərə əsasən, demək olar ki, hazırkı məqamda ən təlatümlü və naraht partiyalar AXCP, ADP, KAXCP və Müsavat partiyalarıdır. Müsavatda cərəyan edən hadisələr maraqlı nüansları ortaya çıxarır. Arif Hacılının başqanılığa gətirilməsiindən sonra partiya daxilində qarşıdurmaları günbəgün artmaqdadır. Partiya başqanı A.Hacılının idarəçiliyindən narazı olan qruplar açıq müstəvidə mübarizəyə başlayaraq, situasiyanı öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Bundan istifadə edən AXCP sədri Ə. Kərimli yaranmış vəziyyətdən səmərəli istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu iki partiya arasında əzəli düşmənçilik mövcuddur. Hər iki partiya funksionerləri bir-birini sıradan çıxarmaq üçün məqam gözləyiblər. Müsavatda baş verənlər Ə.Kərimlinin işinə yaradığından, o, bütün qüvvəsi ilə Müsavatı tamamilə sıradan çıxarmağa çalışır. Müxalifət düşərgəsində hazırda iki qütbə bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Amma Müsavat funksionerləri AXCP-nin həmlələri qarşısından geri çəkilmək fikrində deyillər.

Bu, faktdır ki, son illər bir neçə yeni müxalifət partiyasının yarandığı barədə bəyanat səslənib. Hətta gizlincə, qapalı yerlərdə qurultay keçirib və bir qədər sonra filankəsin yeni partiyanın sədri olaması barədə Mətbuat Şurasının reket elan etdiyi saytlarda və ya qəzetlərdə məlumat yayılıb. Sonradan məlum olub ki, qurultay-filan olmayıb. Sadəcə, partiya sədri elan olunan şəxsin bağ evində məclis qurulub və sağlıqlardan və pafoslu tostlardan sonra təşkilatın yaradıldığı barədə qərar verilib. Eyni zamanda, məclisin yüksək xərc hesabına başa gəldiyi nəzərə alınaraq xərc çəkən sədr elan olunub. Amma bu, bir faktdır ki, "sədr" siyasət nə olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşıb, elə o tərzdə də münasibət bildirir. Elə ilk müsahibəsində və ya açıqlamasında özünü ifşa etməklə adını siyasətdə uursuzluğa düçar olanların siyahısına yazır.

Hazırkı məqamda müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin böyük əksəriyyəti siyasətə gəlir mənbəyi kimi baxır. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmir. AXCP və Müsavat kimi partiya sədrləri xarici qüvvələrlə iş birliyinə getməklə, xarici qüvvələrdən və ya fondlardan maliyyə yardımları alıblar. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasətdə uğur əldə etmək olmaz". Belələri haqqında çoxsaylı faktlar-sübutlar göstərmək olar. AXCP sədr Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir. Belələrinin yenilənməsinə ehtiyac var ki, bunun da reallaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxluqlar heç cürə imkan vermədilər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipiallığına ehtiyac var ki, yəqin ki, bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək.

İ.ƏLİYEV

Digər xəbərlər