PDF Oxu

Müxalifət

  • 3 961

ADP-Müsavat qarşıdurması

image

Sərdar Cəlaloğlu: "İsa Qəmbərin yalnış mövqeyi Müsavatın dağılmasına səbəb oldu"

"Müsavat partiyasında proseslər elə cərəyan edir ki, artıq onu tənzimləmək çətindir. Yalnız hərəkətsizliklə partiya daxilində sakitlik yaratmaq olar. Yəni bataqlığa düşən çapalamamalıdır".

Bunu "SƏS" qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavata Arif Hacılının başqan olandan sonra partiyada baş verən konfliktləri, istefaları şərh edərkən bildirib. Onun sözlərinə görə, partiya daxilində ziddiyyətli məqamlar yaranıbsa, tərəflər aktiv addımlar atmamalıdır: "Müsavatda əllərində imkan olanlar etiraz edənləri təşkilat sıralarından azad edirlər. Qarşı tərəf isə, buna etiraz olaraq, aksiya keçirir və öz tərəfdarlarını partiyadan çıxarmağa çalışır. Bununla da, partiya dağılır".

ADP sədri qeyd edib ki, psixoloji sakitləşmə getdikdən sonra bütün problemləri həll etmək mümkün idi: "Çox təəssüflər olsun ki, İsa Qəmbər də mövqe tutaraq, çox aktiv hərəkətlərə imza atdı. Bu da partiyanın qarşısıalınmaz bir tərzdə dağılmasına gətirib çıxardı".

S.Cəlaloğlu onu da bildirib ki, bundan sonra Müsavat partiyası özünün əvvəlki gücünü bərpa edə bilməyəcək: "Hətta partiyadan çıxarılan və istefa verən simalar bir araya gətirilsələr də, Müsavat əvvəlki gücündə olmayacaq. Yəni yamaqlı olacaq".

A.Hacılı 2014-cü ilin sentyabrında keçirilən qurultayda Müsavat partiyasının başqanı seçildikdən sonra təşkilat daxilində ciddi qalmaqal yaranıb. A.Hacılının apardığı siyasətə etiraz edənlərdən bəziləri partiya sıralarından xaric edilib, bəziləri isə özləri istefa verdiyini bəyan edib və bildirib ki, A.Hacılı partiyanı idarə edə bilmir.

Mustafa Hacıbəyli: "Təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?"

Müsavat partiyası məclisinin üzvü, başqan müşaviri Mustafa Hacıbəyli ADP sədri S.Cəlaloğlunu təhqir olunmuş şəxs hesab etdiyini bildirib: "Sərdar Cəlaloğlnun fikirləri özünə aiddir. Çünki sual yaranır ki, təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?"

Müsavat rəsmisinin sözlərinə görə, əgər S.Cəlaloğlu, həqiqətən də, özünü təhqir olunmuş hesab edirsə, onda müxalifətçilik adından birdəfəlik imtina etsin: "Əgər belədirsə, onda görüşlərini müxalifətlə deyil, iqtidarla keçirsin. Çünki onun özü də əvvəllər belə bir təşəbbüs ilə çıxış etmişdi ki, hakim partiya ilə görüşməyə hazıram.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər