PDF Oxu

Müxalifət

  • 3 689

Müsavat funksionerinin istefası - səbəblər və məqamlar

image

Yaxud Arif Hacılı tərəfdarlarını niyə çıxdaş edir?

Müsavat partiyasında daxili qarşıdurmalar növbəti istefa dalğasının yaranmasına gətirib çıxarıb. Artıq partiyanın Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev təşkilatın qapısını çırparaq istefa verib. Səbəblər isə, artıq kimsədə təəccüb doğurmur. Çünki o da, daha öncələr Müsavat sıralarını tərk edənlərdən fərqlənməyərək, başda başqan Arif Hacılı olmaqla, partiya rəhbərliyini intriqaçılıqda, saxtakarlıqda və s. məsələlərdə ittiham edib.

İstefa verən şəxs vaxtilə Arif Hacılını müdafiə edənlərdən olub

"Müsavat partiyası daxilində aparılan siyasətə və saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm"-deyə mətbuatda bəyanatla çıxış edən müsavatçı funksioner, hələlik, siyasi fəaliyyətini hansı təşkilatda aparacağını deməsə də, daha bir fakt üzə çıxıb ki, F.Mehdiyev 2014-cü ildə keçirilən qurultayda hazırkı Müsavat başqanı A.Hacılının başqanlığa namizədliyini dəstəkləyib.

Yeri gəlmişkən, Müsavatın qurultayı zamanı baş verən saxtakarlıqlar və A.Hacılıya alternativ olan namizədlərin sıradan çıxarılması işinə F.Mehdiyev də cəlb olunmuşdu. Bu mənada, o və digərləri, əslində, A.Hacılının gizli planlarından kifayət qədər xəbərdardırlar. Daha bir fakt budur ki, A.Hacılının başqan seçilməsi üçün saxtakarlıqlarda iştirak edən funksionerlər sonradan partiyada müəyyən prioritetlərə sahib olacaqlarını düşünürdülər. Ancaq bu, baş vermədi və daxildə yaranan narazılıqlar nəticə etibarilə onlara da təsirini göstərdi.

Artıq üzvləri saxlamaq mümkün deyil

Bu arada, onu da qeyd etmək yerinə düşərdi ki, Müsavatın Suraxanı rayon təşkilatı digər rayon təşkilatlarından fərqli olaraq, partiyanın rəhbərliyi üçün daxili qiyamçılar kimi tanınır. Çünki partiyanın qurultayının ardınca, məhz onlar ard-arda istefalar verdilər. Rahib Mirələmov, Rüfət Əliyev, Rövşən Dəmirli, Niyaməddin Qocayev, Nizami Sadıxov, Tahir İsmayılov və sairələri, məhz partiya daxilindəki avtoritar idarəçiliyi önə sürərək, bəyanatlarında vurğulamışdılar ki, artıq üzvləri saxlamaq mümkün deyil.

Qeyd edək ki, A.Hacılı bu və ya digər məsələlərdə uduzduğunun fərqindədir, hətta F.Mehdiyev tərəfindən verilən sonuncu istefa onun bir sıra sirlərinin ifşasına da səbəb ola bilər. Ancaq digər tərəfdən istefalar A.Hacılının partiya daxilində avtoritar idarəçiliyinin daha da genişləndirməsinə zəmin yaradır.

Rövşən RƏSULOV

Digər xəbərlər